"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı
"Psixiatriya yardımı haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı
"Psixiatriya
yardımı haqqında"
Azərbaycan
Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun
tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- «Psixiatriya yardım haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- həmin Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətin məhdudlaşdırılması tələb olunan peşə növlərini və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin siyahısını təsdiq etsin;
- öz səlahiyyətləri daxilində «Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
- «Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
- həmin Qanunun 1.0.2-ci, 7.4-cü, 13.2-ci, 41.1-ci və 41.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
- həmin Qanunun 18.3-cü, 30.0.7-ci, 31.1-ci və 31.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
- həmin Qanunun 35.2-ci və 35.3-cü maddələrində «xüsusi razılıq» dedikdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nm 36-cı bəndinə müvafiq sürətdə verilmiş xüsusi razılıq (lisenziya) nəzərdə tutulur.
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr
2001-ci il
Material www.health.gov.az saytından götürülüb
Bölmənin digər xəbərləri
Müsahibə
Xəbərlər
12-12-2017

Ölkə səhiyyəsi