Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Dişləri düzgün fırçalama texnikası   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Qadınların sevimli yaş dövrü   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Qaradərili insanlar daha sakit olurlar   |   Xərçəng yox olmaq üzrədir…   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   3D ürək bulandırır   |   Tənhalıq xərçəngə səbəb olur   |   Çox gülən qadınlar tez kökəlir   |   Kişilər yoxa çıxacaq   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Yaşın fərqi varmış   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Depressiya görməni zəiflədir   |   29 yaşında nənə oldu   |   Saqqız çeynəməyin faydaları   |   Çox oturmağın zərərləri   |   Mavi gözlülərin genetik atası eyni olub   |   İdman depressiyanın dərmanıdır   |   Pul saymaq ağrını azaldır   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Soğan yemək beyini gücləndirir   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Xoşbəxtlik qadınları zəif edir   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   İnternet qocalmanı sürətləndirir   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Su filtrindən süzülən xəstəlik   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Linza seçərkən diqqətli olun   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Kola spermanın tərkibini korlayır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Diliniz dərdinizdən danışır...   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Körpələr yatanda da öyrənir   |   Ana öpüşü güclü immunitet yaradır   |   Ana südü xərçəngə qarşı   |   Gəzinti ən yaxşı idmandır   |   Portağal sümüyü bərkidir   |   
"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

 "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 4-cü maddəsinin ikinci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş «Vərəm xəstəliyinin yayılmasının qarşı-sının alınması üzrə Milli Proqram»ın qəbul edilməsini təmin et-sin;
  • həmin Qanunun 13-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin siyahısını müəyyən etsin;
  • həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsində nə-zərdə tutulmuş vərəm xəstəliyinə tutulmuş işləməyən şəxslərə müavinətin verilmə qaydasını və şərtlərini müəyyən etsin;
  • bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;
  • həmin Qanunun 8-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasında və-rəmlə mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci his-səsində, 6-cı maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci hissəsində, 8-ci maddəsinin dördüncü hissəsində, 10-cu maddəsinin üçüncü hissəsində, 13-cü maddəsinin birinci və altıncı hissələrində və 14-cü maddəsinin dördüncü hissəsində nə-zərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində, 10-cu maddəsinin birinci, ikinci və dördüncü hissələrində və 11-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
  • həmin Qanunun 11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və onun yerli qurumları həyata keçirirlər;
  • həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
  • həmin Qanunun 13-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş vərəm mikrobakteriyaları ifrazedicisi olan şəxsin növbədənkənar və ya ilk növbədə aldığı mənzil üzərində hüququnu təsdiq edən sənəddə həmin mənzilin xəstəlik ilə əlaqədar verildiyi barədə qeyd yazılmalıdır;
  • həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində və 6-cı maddəsinin birinci hissəsində «xüsusi razılıq» dedikdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 36-cı bəndinə müvafiq surətdə verilmiş xüsusi razılıq (lisenziya) nəzərdə tutulur.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2000-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 16
Bütünlüklə: 556