Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Kişilər yoxa çıxacaq   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Köklük insult riskini artırır   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Güclü cinsin zəif tərəfləri   |   Pula qarşı allergiyası olan insan   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Həkimlərdən qeyri-adi cəza   |   Qadınlar yatanda arıqlayır   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Almanı qabıqlı yeyin   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Balığın sağlamlığınıza faydaları   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   İnsulini sprey əvəz edəcək   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Arıqladan çimərlik paltarı   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Ev işləri erkən doğum risqini artırır   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Qadınlar, qəhvə için!   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Uzunömürlülüyün sirri   |   Sadizmə meyilli olan insan portreti   |   29 yaşında nənə oldu   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Xoşbəxtlik qadınları zəif edir   |   Saqqız çeynəməyin faydaları   |   Dişləri düzgün fırçalama texnikası   |   İnternet qocalmanı sürətləndirir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   2 yaşında 41 kilo oldu   |   Qaradərili insanlar daha sakit olurlar   |   Başı başqa bədənə köçürüləcək   |   
"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddətini və qaydasını müəyyən etsin;
  • həmin Qanunun 6-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısını müəyyən etsin;
  • həmin Qanunun 15-ci maddəsinin dördüncü hissəsində nə-zərdə tutulmuş ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin siyahısını və həmin müavinətin həcmini müəyyən etsin;
  • bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin; - öz səlahiyyətləri daxilində «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikasının Qanunun-dan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci və ikinci hissələrində, 6-cı maddəsinin altıncı hissəsində və 15-ci maddəsinin birinci və dördüncü hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 4-cü maddəsinin birinci hissəsində, 6-cı maddəsinin üçüncü və dördüncü hissələrində, 7-ci maddəsinin birinci hissəsində, 10-cu və 12-ci maddələrində və 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
  • həmin Qanunun 4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Hərbi Əks-kəşfiyyat Xidməti və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi həyata keçirirlər;
  • həmin Qanunun 6-cı maddəsinin birinci hissəsində «xüsusi razılıq alan hüquqi və fiziki şəxslər» dedikdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 36-cı bəndinə müvafiq olaraq xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxslər nəzərdə tutulur.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2000-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 15
Bütünlüklə: 698