Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Su filtrindən süzülən xəstəlik   |   Oturaq iş qadınları qocaldır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Stress qadınların beynini zəiflədir   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Uzunömürlülüyün sirri   |   Güclü cinsin zəif tərəfləri   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Suyu az içmək beyni qocaldır   |   Qadınlar, qəhvə için!   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Arıqladan çimərlik paltarı   |   Köklük insult riskini artırır   |   Ev işləri erkən doğum risqini artırır   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   İnsulini sprey əvəz edəcək   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Kola spermanın tərkibini korlayır   |   Təzyiq altında yaşamayın   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Ana bətnində 4 gün donduruldu   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   B6 vitamini xərçəng risqini azaldır   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Partenofiliya - bakirə qızlara meyl   |   Kişilər yoxa çıxacaq   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Tüstüsüz siqaret kəşf edildi   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Zəmanə qadınları...   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Pul saymaq ağrını azaldır   |   Şokolad qan təzyiqini azaldır   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Qaradərili insanlar daha sakit olurlar   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   
"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Özəl tibb fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

"Özəl tibb fəaliyyəti haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıl-sm ki, iki ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş özəl tibbi praktika ilə məşğul olmaq üçün zəruri olan tibbi iş stajını və müvafiq sertifikat alınması qaydasını müəyyən etsin;
  • həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlərini müəyyən etsin;
  • həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin keçirilmə qaydalarını müəyyən etsin; həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində və üçüncü hissəsində, 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;
  • öz səlahiyyətləri daxilində «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci və ikinci hissələrində, 8-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 15-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; - həmin Qanunun 4-cü maddəsinin dördüncü və altıncı hissələrində, 9-cu maddəsinin ikinci hissəsində, 16-cı maddəsinin dördüncü abzasında və 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
  • həmin Qanunun 10-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş dövlət mülkiyyətində olan və dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində istifadə olunmayan əmlakın, habelə səhiyyə üçün nəzərdə tutulan, tam tikilməyən və əsaslı təmirə ehtiyacı olan binaların özəl tibb fəaliyyəti subyektlərinə icarəyə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Əmlak Nazirliyi tərəfindən həyata keçirilir.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2000-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 24
Bütünlüklə: 1009