Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   2 yaşında 41 kilo oldu   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Xərçəngi insan yaradıb?   |   Yaşın fərqi varmış   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Tüstüsüz siqaret kəşf edildi   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Sevgi qurban tələb edir   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Saqqız çeynəməyin faydaları   |   Sonsuzluq – miflər və faktlar   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Sevgi ürəyə xeyirdir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Kola spermanın tərkibini korlayır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Qadınlar niyə çox danışır?   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Almanı qabıqlı yeyin   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Çili bibərləri ağrıkəsicidir   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Partenofiliya - bakirə qızlara meyl   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Tənhalıq xərçəngə səbəb olur   |   Kök kişilər daha sədaqətlidir   |   İnsulini sprey əvəz edəcək   |   Depressiya görməni zəiflədir   |   Arıqladan çimərlik paltarı   |   
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Tibbi sığorta haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

 

"Tibbi sığorta haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Tibbi sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • «Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 4-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş tibbi sığorta müqaviləsinin formasını və bağlanma qaydasını müəyyən etsin;
  • həmin Qanunun 4-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş tibbi sığortanın ayn-ayrı növlərinə aid qaydaların və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyalarını müəyyən etsin;
  • həmin Qanunun 5-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş tibbi sığorta şəhadətnaməsinin formasını və onun tətbiqi qaydalarını müəyyən etsin;
  • həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş icbari tibbi sığorta haqlarının məbləği və ödənilmə qaydasını müəyyən etsin;
  • həmin Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş icbari tibbi sığorta proqramını təsdiq etsin;
  • həmin Qanunun 15-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş icbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tarifləri müəyyən etsin;
  • həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin ikinci abzasında, 7-ci maddəsinin ikinci hissəsində, habelə 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş icra hakimiyyəti orqanları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • öz səlahiyyətləri daxilində «Tibbi sığorta haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü və beşinci hissələrində, 5-ci maddəsinin dördüncü hissəsində, 6-cı maddəsinin birinci hissəsinin ikinci abzasında, 10-cu maddəsinin birinci hissəsində, 11-ci maddəsində, 12-ci maddəsinin birinci hissəsində və 15-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsinin dördüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Respublikası Dövlət Sığorta Nəzarəti həyata keçirir;
  • həmin Qanunun 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqam»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
  • həmin Qanunun 12-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və onun yerli orqanları həyata keçirirlər;
  • həmin Qanunun 3-cü maddəsinin dördüncü hissəsində «xüsusi razılığı olan müalicə-profilaktika, elmi tədqiqat müəssisələri, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi yardım göstərən digər hüquqi şəxslər» dedikdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 36-cı bəndinə müvafiq olaraq xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslər nəzərdə tutulur;
  • həmin Qanunun 12-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş tibbi sığortanı həyata keçirmək üçün xüsusi razılığın verilməsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyəti növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 44-cü bəndinə müvafiq olaraq həyata keçirilir.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 1999-cu il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 22
Bütünlüklə: 969