Dişləri düzgün fırçalama texnikası   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Sevgi ürəyə xeyirdir   |   Qadınların sevimli yaş dövrü   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Yuxusuzluq kökəldir   |   Kişilərin futbol sevgisi   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Oturaq işləyən insanlar diqqətli olun   |   İnternet qocalmanı sürətləndirir   |   Yemiş stressin dərmanıdır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Qadınlar, qəhvə için!   |   Güclü cinsin zəif tərəfləri   |   İnsan dərisindən ev   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Sevgi qurban tələb edir   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Nikah gecəsinin sirləri   |   Xərçəng yox olmaq üzrədir…   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Xərçəngi insan yaradıb?   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Pul saymaq ağrını azaldır   |   Autizm dünyanın sonu deyil   |   Təzyiq altında yaşamayın   |   Oturaq iş qadınları qocaldır   |   Uşaqları öpməyin!   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Qadınlar niyə çox danışır?   |   
"Əhlinin radisiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Əhlinin radisiya təhlükəsizliyi haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

"Əhlinin radisiya təhlükəsizliyi haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıl-sın ki, iki ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Əhalinin radiasiya təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • Həmin Qanunun 13-cü maddəsinin dördüncü hissəsində nə-zərdə tutulmuş ərazi, müəssisə və təşkilatların radioloji gigiyenik pasportlarının formasını və tərtib edilməsi qaydasını hazırlayıb təsdiq etsin;
  • Həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət qaydasını müəyyən etsin;
  • Həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Öz səlahiyyəti daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin;
  • Bu Fərmanın 3-cü bəndində sadalanan fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını hazırlayıb təsdiq etsin.

2. Müəyyən edilsin ki:

  • «Əhalinin radiasiya təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
  • həmin Qanunun 7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsinə aid hissədə), 9-cu maddəsinin altıncı hissəsində, 13-cü maddəsinin dördüncü hissəsində, 18-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətinə aid hissədə), 9-cu maddəsinin ikinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin birinci hissəsində, 14-cü maddəsinin onuncu və on birinci abzaslarında, 19-cu maddəsinin dördüncü abzasında və 20-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
  • həmin Qanunun 7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətinə aid hissədə), 9-cu maddəsinin səkkizinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin birinci hissəsində, 14-cü maddəsinin onuncu və on birinci abzaslarında, 19-cu maddəsinin dördüncü abzasında və 20-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsi-nə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi həyata keçirir;
  • həmin Qanunun 7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətinə aid hissədə) və 14-cü maddəsinin on birinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublika-sının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirir;
  • həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında, 19-cu maddəsinin dördüncü abzasında v 20-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər;
  • həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında, 19-cu maddəsinin dördüncü abzasında və 20-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir.

3. Müəyyən edilsin ki, «Əhalinin radiasiya təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddə-sində göstərilən aşağıdakı fəaliyyət növləri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aiddir və onların lisenziyalaşdırılması Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-mədən Nəzarəti Komi-təsi tərəfindən həyata keçirilir:

  • ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işləri;
  • ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması;
  • həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması;
  • radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 avqust 1998-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 14
Bütünlüklə: 700