2 yaşında 41 kilo oldu   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   İnsulini sprey əvəz edəcək   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Uzunömürlülüyün sirri almadadır   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Siqaret karlıq yaradır   |   Çox oturmağın zərərləri   |   Peşənə bax, ölümünü bil!   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Kök kişilər daha sədaqətlidir   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Başı başqa bədənə köçürüləcək   |   İnternet qocalmanı sürətləndirir   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Xərçəng yox olmaq üzrədir…   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Depressiyanın dərmanı - dondurma   |   29 yaşında nənə oldu   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Yaşın fərqi varmış   |   Yemiş stressin dərmanıdır   |   Tüstüsüz siqaret kəşf edildi   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Arıqladan çimərlik paltarı   |   Kola spermanın tərkibini korlayır   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Balığın sağlamlığınıza faydaları   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Pula qarşı allergiyası olan insan   |   QİÇS-in yeni forması aşkarlanıb   |   
"Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Əczaçılıq fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

"Əczaçılıq fəaliyyəti haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının "Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • "Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • öz səlahiyyətləri daxilində "Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • "Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü, altıncı və səkkizinci (tərkibində narkotik maddələr olan dərman vasitələrinin saxlanması, buraxılması qaydasının müəyyənləşdirilməsi hissəsində) abzaslarında göstərilmiş vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabineti, ikinci, üçüncü (Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi ilə birlikdə), beşinci, yeddinci (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə birlikdə), səkkizinci (tərkibində narkotik maddələr olan dərman vasitələrinin istifadəsinə nəzarətin təşkili hissə-sində), doqquzuncu (Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi ilə birlikdə), onuncu, on birinci (qanunvericilikdə müəyyən edilmiş qaydada və öz səlahiyyətləri daxilində) və on ikinci abzaslarında göstərilmiş vəzifələr Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir; - həmin Qanunun 1-ci maddəsinin yeddinci abzasında, 7-ci maddəsinin birinci və ikinci hissələrində, 8-ci maddəsinin birinci və ikinci hissələrində, 12-ci maddəsinin birinci, ikinci və beşinci hissələrində, 15-ci, 17-ci, 19-cu (öz səlahiyyətləri çərçivəsində) və 22-ci maddələrində, 24-cü maddəsinin ikinci, üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
  • həmin Qanunun 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
  • həmin Qanunun 29-cu maddəsinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərin Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 19-cu maddəsində (öz səlahiyyətləri çərçivəsində) və 20-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi həyata keçirir;
  • həmin Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini müvafiq yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 yanvar 1997-ci

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 18
Bütünlüklə: 1020