Uşaqları öpməyin!   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Savadlı ol ürəyin ağrımasın   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Köklük insult riskini artırır   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Su filtrindən süzülən xəstəlik   |   Almanı qabıqlı yeyin   |   Sonsuzluq – miflər və faktlar   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Qadınlar daha ağıllıdır   |   Nikah gecəsinin sirləri   |   Uzunömürlülüyün sirri almadadır   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Siqaret karlıq yaradır   |   İnsulini sprey əvəz edəcək   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   3D ürək bulandırır   |   Kök kişilər daha sədaqətlidir   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Güclü cinsin zəif tərəfləri   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Saqqız çeynəməyin faydaları   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Şokolad qan təzyiqini azaldır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Körpələr yatanda da öyrənir   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   2 yaşında 41 kilo oldu   |   Portağal sümüyü bərkidir   |   Peşənə bax, ölümünü bil!   |   Kişilər ağıllı qadınları sevmirlər   |   
Futbola baxmaq ürək xəstəliklərini artırır

Münhen alimlərinin fikrincə futbola baxmaq ürək xəstəliklərini artırır. Oyuna baxarkən yaranan stress ürək ritminin artmasına gətirib çıxarır ki, bunun da nəticəsində infarkt baş verir. Tədqiqatçılar həkimlərə futbol həvəskarı olan pasientlərinə dərmanların dozasını artırmağı məsləhət görürlər.
2006-cı il dünya çempionatının azarkeşlərə təsirini öyrənən alimlər belə nəticəyə gəliblər ki, oyun zamanı kişilərdə ürək tutmalarına üç dəfə artıq rast gəlinir. BBCrussian.com saytının yaydığı xəbərə görə, alimlər bu halı 4 min nəfər azarkeş üzərində apardıqları uzunmüddətli tədqiqatlar zamanı müşahidə ediblər. Sonuncu tədqiqat zamanı azarkeşlərin tamaşa etdikləri çempionatın yeddi oyununun altısında ürək tutmalarının çoxalması müşahidə olunub.
Alimlər daha çox ürək tutmaları isə 2006-cı ilin iyunun 30-da Alman millisinin Argentina üzərində 11 metrlik cərimə zərbələri ilə qələbə çaldığı oyunda müşahidə ediblər. Almaniya və İtaliya komandalarının yarımfinal qarşılaşması zamanı isə azarkeşlərdə ürək tutmalarına daha az rast gəlinib. Almaniya və Portuqaliya komandalarının üçüncü yer uğrunda qarşılaşmaları zamanı isə tutmalara ümumiyyətlə rast gəlinməyib. Bütün bu oyunlar zamanı azarkeşlərin səhhətini tədqiq edən alimlər sonda belə nəticəyə gəliblər ki, tutmalar oyunun nəticələrindən deyil, onun nə dərəcədə gərgin və emosional keçməsindən asılıdır.

Baxış sayı
Ay ərzində: 30
Bütünlüklə: 1710