Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Stress qadınların beynini zəiflədir   |   Boşanma kişilərə də təsir edir   |   Soğan yemək beyini gücləndirir   |   İdman depressiyanın dərmanıdır   |   Yaşın fərqi varmış   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Su filtrindən süzülən xəstəlik   |   Arıqladan çimərlik paltarı   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Kişilərin futbol sevgisi   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Başı başqa bədənə köçürüləcək   |   Ana südü xərçəngə qarşı   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Müasir xanımlar çox yaşayır   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Bakıda möhtəşəm Tibbi Turizm tədbiri keçiriləcək   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Nikah gecəsinin sirləri   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Əlləriniz xarakterinizi göstərir   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Çili bibərləri ağrıkəsicidir   |   Yemiş stressin dərmanıdır   |   Balığın sağlamlığınıza faydaları   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Kola spermanın tərkibini korlayır   |   
Zoğal

ZOĞAL. Müalicə məqsədilə təzə və quru meyvələrindən, çox az hallarda isə yarpaqlarından, qabıqlarından və köklərindən istifadə edilir. Meyvələrin həlimi və şirəsi isalda faydalıdır. Müəyyən olunmuşdur ki, zoğalın meyvəsi tif dizinteriya qruplu bakteriyaları öldürmə qabiliyyətinə malikdir.

Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, zoğalın və cır armudun şirəsi isalda müsbət nəticə verir. Zoğal sinqa əleyhinə dərman vasitəsi kimi böyük əhəmiyyətə malikdir. Bu məqsədlə onun həm təzəsi və həm də cemi, kiseli və kompotu əhəmiyyətlidir.

Xalq təbbətində zoğal maddələr mübadiləsi pozulanda, podaqra, dəri xəstəliklərində və həmçinin qanəmələgətirən dərman kimi istifadə edilir. Zoğalın meyvələri vərəm əleyhinə və iştahaçan vasitə kimi faydalıdır.

Kökləri və qabığı malyariya və revmatizmə qarşı dərman kimi işlədilir. Baş ağrısında zoğal tumlarının həlimi ilə isladılmış dəsmalı alına, köklərinin həlimini arpa unu ilə qarışdırıb çibana qoyardılar. Budaqlarının yarpaqları ilə birlikdə həlimi öd və sidikqovan, çiçəklərinin həlimi, meyvələrinin şirəsi və həlimi titrətmə – qızdırma əleyhinə vasitə kimi işlədilib. Zoğalın mürəbbəsi soyuqdəymə zamanı tərlədici və hərarət salan, mədə sancmasında ağrıkəsən vasitə kimi istifadə edilir.

Çin təbabətində zoğal vərəmdə, mədə tez-tez işləyəndə, qulaqlarda səs və beldə ağrı olanda işlədilir.

Dərmanları. Meyvələrinin həlimi belə hazırlanır: 2 xörək qaşığı meyvələri, 1 stəkan qaynar su ilə 8 saat dəmlənir. Gündə iki dəfə ½ stəkan qəbul edilir.

Köklərinin həlimi. Əzilmiş xırda kökləri (1: 10 nisbətində) qaynadılır, sonra iki saat dəmlənir. Bu dərman süzülür, gündə 3 dəfə və hər dəfə iki xörək qaşığı qəbul edilir.

Köklərinin belə həlimi orqanizmin tonusunu və fəaliyyətini artırır.

Budaq və yarpaqlarının birlikdə çayı: budaq və yarpaqlarının narın əzilmiş qarışığından 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir. Süzülərək ¼ stəkan gündə 3-4 dəfə qəbul edilir. Bu isal əleyhinə, ödqovucu və sidikqovucu vasitədir.

Malyariyada 2 xörək qaşığı zoğal ağacının qabığını 2 stəkan su töküb zəif odda ağzı örtülü qabda 30 dəq. qaynatmaq, soyutmaq, süzmək. Bütün alınan həlimi qurtum – qurtum gün ərzində içmək.

Zoğal meyvəsi mədə qanaxmalarında və isalda faydalıdır. Cövhər: 5-10 q quru zoğal meyvələri 1 stəkan qaynar suya töküb 1 saat dəmlənir. İsalda gündə 1 stəkan, mədə qanaxmalarında isə yeməkdən qabaq gündə 3 dəfə 1 stəkan içmək.

Lumbaqoda (bel ağrısı) zoğalın meyvəsini (tumsuz) tənzifə büküb belin ağrıyan yerinə qoyurlar.

Zoğal sirkəsi: yuyulub tumları təmizlənmiş 1,5 kq zoğal ağacla döyülüb əzilir və şüşə bankaya tökülür, üzərinə 1,5 litr su, 200 qr şəkər və 1-2 budaq nanə əlavə edib ağzı ikiqat tənziflə bağlanır. Otaq şəraitində 2-3 ay saxlanır. Bundan sonra üst təbəqə süzülür və alınan sirkə xörəklərin hazırlanmasında istifadə edilir.

Baxış sayı
Ay ərzində: 33
Bütünlüklə: 1642