Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Müasir xanımlar çox yaşayır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Sonsuzluq – miflər və faktlar   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Çox gülən qadınlar tez kökəlir   |   Almanı qabıqlı yeyin   |   Oturaq iş qadınları qocaldır   |   Saqqız çeynəməyin faydaları   |   Yaşın fərqi varmış   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Uzunömürlülüyün sirri almadadır   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Tənhalıq xərçəngə səbəb olur   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Uşaqları öpməyin!   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Ana bətnində 4 gün donduruldu   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Pula qarşı allergiyası olan insan   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Soğan yemək beyini gücləndirir   |   2 yaşında 41 kilo oldu   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   İnternet qocalmanı sürətləndirir   |   Yemiş stressin dərmanıdır   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Stress qadınların beynini zəiflədir   |   Ana öpüşü güclü immunitet yaradır   |   Kişilər yoxa çıxacaq   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Sevgi ürəyə xeyirdir   |   Zəmanə qadınları...   |   Diliniz dərdinizdən danışır...   |   Autizm dünyanın sonu deyil   |   Xərçəngi insan yaradıb?   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Oturaq işləyən insanlar diqqətli olun   |   
Quşüzümü

QUŞÜZÜMÜ. Ən çox quşüzümünün meyvələrindən istifadə edilir. Quşüzümünün meyvələri maddələr mübadiləsi pozulduqda, qanazlığında, hipertoniyada, qlaukomada faydalıdır. Böyrək, mədə, qaraciyər, mədəaltı vəzi, şəkər, malyariya, yel, ağciyər vərəmi, ateroskleroz, baş ağrısı xəstəliklərində istifadə edilir. Təngənəfəslikdə quşüzümü yarpaqlarının çayı bal ilə içilir.

Titrətmə - qızdırmada quşüzümü meyvələri və onun şirəsi qızdırma salan vasitə kimi istifadə edilir.

1. Pielonefritdə (böyrək xəstəliyi) quşüzümünün xırdalanmış meyvələrindən 1 x.qaşığı götürüb 1 stəkan qaynar suda 1 saat dəmləmək. Gündə 3-5 dəfə yeməkdən 20 dəq qabaq 100-130 ml qəbul etmək. Hər dəfə yenidən dəmləmək lazımdır.

2. Quşüzümünün yarpaqlarından 3 x.qaşığı götürüb 500 ml qaynar suda 1 saat dəmləmək, süzmək. Yeməkdən 20 dəq qabaq gündə 2-3 dəfə 100 ml qəbul etmək.

Sistitdə (sidik kisəsinin iltihabında) və sidik orqanlarının xəstəliyinin profilaktikasında: quşüzümünün təzə meyvələrinin şirəsindən 2 x.qaşığı yeməkdən ½ saat qabaq gündə 2 dəfə qəbul etmək faydalıdır.

Mədə və 12 barmaq bağırsaq yaralarında quşüzümü yemək olmaz!

Quşüzümü hərarət salan, yarasağaldan, iltihab əleyhinə vitaminli vasitə olub, tərlədici, sidikqovucu və qandurulducu xassələrə malikdir.

Xalq təbabətində quşüzümü soyuqdəymədə, anginada, qanazlığında, böyrək və sidik kisəsi xəstəliklərində istifadə edilir.

Quşüzümünün tərkibində olan pektin maddəsi orqanizmdən zərərli xolesterini və ağır metalların duzlarını xaric edir.

Toromboflebitdə, hipertoniyada: 2 x.qaşığı yetişmiş quşüzümünü yeməkdən 30 dəq. qabaq gündə 2-3 dəfə yemək faydalıdır.

Aterosklerozda və sistit xəstəliklərində: 20 qr təzə quşüzümü meyvələri və quru yarpaqların qarışığını 1 stəkan qaynar suya töküb termosda 3-4 saat dəmlənir. Yeməkdən yarım saat qabaq, ½ stəkan gündə 2-3 dəfə içilir.

İmmunitet aşağı olanda: 1 kq quşüzümünü, 1 kq doğranmış alma ilə qarışdırmaq. 2 stəkan qoz ləpəsini xırdalayıb, 2,5 kq şəkərin 1 stəkan su ilə hazırlanmış şərbətlə qarışdırmaq. Bütün bunların hamısını bir qaba töküb sakit odda 30 dəq. bişirmək və bankaya tökmək səhər-səhər 1 x.qaşığı su ilə içmək məsləhətdir.

Baxış sayı
Ay ərzində: 16
Bütünlüklə: 2709