Şokolad qan təzyiqini azaldır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Güclü cinsin zəif tərəfləri   |   Arıqladan çimərlik paltarı   |   Uzunömürlülüyün sirri almadadır   |   Kişilərin futbol sevgisi   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Savadlı ol ürəyin ağrımasın   |   Yaşın fərqi varmış   |   Peşənə bax, ölümünü bil!   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Sevgi ürəyə xeyirdir   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Sonsuzluq – miflər və faktlar   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Ev işləri erkən doğum risqini artırır   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Yuxusuzluq kökəldir   |   Xoşbəxtlik qadınları zəif edir   |   Almanı qabıqlı yeyin   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Pul saymaq ağrını azaldır   |   Stress qadınların beynini zəiflədir   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Qadınlar daha ağıllıdır   |   Tənhalıq xərçəngə səbəb olur   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Partenofiliya - bakirə qızlara meyl   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Uşaqları öpməyin!   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   İnsulini sprey əvəz edəcək   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Qadınlarla kişilər eyni cür düşünür   |   
Gavalı

GAVALI. Təzə və qurudulmuş qara gavalı təbabətdə yüngül işlədici kimi istifadə edilir. Qədim təbabətdə gavalını uzun sürən qəbizlikdə, mədə qıcqırmasında, aterosklekrozda, böyrək xəstəliklərində və revmatizmdə məsləhət görürdülər. O, iştaha artıran, mədə ağrısını kəsən və sidikqovucu kimi işlədilirdi. Gavalı hamıya xeyirlidir, xüsusən, bağırsaqları zəif işləyənlərə. Qara gavalının həlimi və kompotu gözəl yüngül işlədici vasitədir.

Yatmazdan qabaq 10-20 ədəd qara gavalı yemək, işlədici kimi təsir göstərir. Qara gavalını yeməyə hazırlamaq üçün onun üstünə qaynar su tökmək lazımdır. Onu qaynatmaq və şirinləşdirmək olmaz. Səhər – səhər acqarına yeyilməsi məsləhətdir.

Lümbaqoda (bel ağrısı) gavalının tumunun özəyindən 25 ədəd 250 ml araq töküb, 7 gün saxlamaq. Ağrıyan yerə sürtmək. Qəbizlikdə caqqal gavalısı çiçəklərindən və yarpaqlarından 2 x.qaşığı 1 stəkan qaynar suda termosda 2 saat dəmləmək, süzmək və hamısını birdəfəyə içmək.

Qara gavalı kalium, natrium, kalsium, maqnezium,  fosfor, mis, manqan, sink, xrom, yod və ftorla zəngindir.

Gavalı dücgün qurudulanda təzə gavalının xassələrini uzun müddət saxlayır. O, ateroskleroz, hipertoniya və böyrək xəstəliklərində vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Qara gavalıdan dəmlənmişi ödqovucu, yüngül işlədici və ümumi möhkəmləndirici kimi istifadə edilir:

Bir ovuc qara gavalı yuyulur, 1 stəkan isti su tökülüb 3-4 saat dəmlənir, yeməkdən 20-30 dəq qabaq, həlimindən içməklə 3-4 ədəd yemək.

Mütəxəssislər tərəfindən aparılan tədqiqatlar göstərir ki, qara gavalı sümüklərin «tikilmə» prosesini gücləndirir. Buna görə də sümüklərin möhkəmliyini saxlamaq üçün, xüsusilə yaşlı adamlar quru gavalını yeməlidir.

Ürək üçün qara gavalı çox xeyirlidir. Bu məqsədlə gündə 3-5 qara gavalı yemək lazımdır. Bir ay yeyəndən sonra 2-3 həftə fasilə etmək. Çox yemək olmaz, belə ki, qan azlığı əmələ gətirə bilər.

 

Qəbizliyə qarşı:

1. qaysı – 100 qr.

2. kişmiş – 100 qr.

3. qara gavalı – 400 qr.

4. əncir – 200 qr.

5. itburnu meyvəsi – 200 qr.

6. bal – 200 qr.

7. səna yarpaqları – 50 qr.

Birinci – 5 meyvəni ət maşınından keçirtməli və bal ilə qatmalı. Bundan sonra səna yarpaqlarını əzib tərkibə tökə-tökə qarışdırmaq, soyuducuda saxlamaq (aşağı hissədə). Səhər və axşam acqarına 1 x.qaşığı qəbul etmək.

Baxış sayı
Ay ərzində: 23
Bütünlüklə: 2648