Ürək əməliyyatını robot həyata keçirdi   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Tüstüsüz siqaret kəşf edildi   |   Boşanma kişilərə də təsir edir   |   Yaşın fərqi varmış   |   29 yaşında nənə oldu   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   B6 vitamini xərçəng risqini azaldır   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Su filtrindən süzülən xəstəlik   |   Qadınlar niyə çox danışır?   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Piylənmə və artıq çəki problemi   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Mavi gözlülərin genetik atası eyni olub   |   İdman depressiyanın dərmanıdır   |   Ana südü xərçəngə qarşı   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   İnternet qocalmanı sürətləndirir   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Çox oturmağın zərərləri   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   İnsan dərisindən ev   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Güclü cinsin zəif tərəfləri   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Depressiya görməni zəiflədir   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Çox gülən qadınlar tez kökəlir   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   
Ərik

ƏRİK. Əriyin meyvələrində kalsium duzları olduğundan ürək-damar sistemi və qanazlığı xəstəliklərində orqanizmə faydalı təsir göstərir. Ərik bağırsaqların boşalmasına yaxşı təsir edir. A provitamini ilə zəngin olduğu üçün üzün dərisinin gigiyenik şəraitinə yaxşı təsiri var. Üzün dərisini gün yandırarkən əriyin ətindən maska edirlər. Ərikdə karotinin miqdarı çox olduğu üçün onu uşaqların qidasına daxil etmək məsləhətdir.

 

Ərik təzyiqi olanlar üçün faydalıdır. Onda A vitamini olduğu üçün gözlərə və dəri üçün faydalıdır.

 

Ərik şirəsi hamilə qadınlar üçün çox faydalıdlır. Pakistan alimləri belə hesab edirlər ki, ölkənin bir qəbiləsinin nümayəndələrinin uzun ömür sürməsinə səbəb həmin qəbilənin ənənəvi olaraq əriklə çox qidalanmasıdır.

 

Müəyyən edilibdir ki, 100 q ərik qanəmələgətirmə prosesinə 20-40 mq dəmir və ya 200 q təzə qaraciyər kimi təsir göstərir. 150 q ərik şirəsi insanın bir günlük C vitamininə olan tələbini ödəyir. İldə hər adamın 2,5 kq ərik yeməsi məsləhətdir.

 

Xalq təbabətində ərik astma xəstəliyində məsləhət görülür, o orqanizmin infeksiya ilə mübarizə aparmasına kömək edir. Mədəni əriyin tumlarının ləpəsi Çin təbabətində az miqdarda öskürək zamanı sakitləşdirici vasitə kimi işlədilir.

 

Laringitdə (xirtdək iltihabı), bronxitdə (bronxların selikli qişasının iltihabı), traxeitdə və göy öskürəkdə ərik tumlarının ləpəsinin emulsiyası məsləhət görülür. Emulsiya: 20-30 ərik tumlarının ləpəsi xırdalanır və 1:1 nisbətində kərə yağı ilə qarışdırılır. Gündə 3 dəfə 1 ç.qaşığı qəbul edilir.

 

Zəiflik (arıqlıq) xəstəliyində quru qaysıdan, əncirdən, kişmişdən, qara gavalıdan hərəsindən 200 qr götürüb bunları bircinsli kütləyə çevrilənə qədər xırdalayıb əzib qarışdırmaq (ət maşından keçirmək olmaz). Bunlara 25 qr xırda doğranmış qoz ləpəsi əlavə etmək və yaxşı qarışdırmaq. Bankaya töküb soyuducuda saxlamaq. Gündə uşaqlara 1 ç.qaşığı, böyüklərə isə 1 x.qaşığı vermək. Bunu qatıqla, kefirlə qəbul etmək. Müalicə kursu 1 ay və daha çoxdur.

 

Avitaminozda. 1 stəkan ərik qurusu gün ərzində yemək. Böyrəkləri xəstə olanlara olmaz.

 

Ərik qurusu – qaysı üzvi turşularla, vitaminlərlə, karotin, fosfor, kalsium və dəmirlə zəngindir. Qaysının əsas üstünlüyü onun tərkibində kaliumun miqdarının çox olmasıdır. Buna görə də ürək-damar sistemi və böyrək xəstəliklərində qaysı yemək faydalıdır. Qurudulmuş ərik hipertoniyanın və qanazlığının müalicəsində istifadə edilir. Bundan başqa qaysı yaddaşı yaxşılaşdırır, işləmə qabiliyyətini artırır, beyinin damarlarının işinə müsbət təsir göstərir. İsladılmış qaysı bağırsaqları gözəl təmizləyir, qatı həlimi sidikqovucu təsir edir.

 

Gündə acqarına 2-3 dəfə ərik yemək və ərik şirəsini bir neçə gün 2 stəkan içmək onikibarmaq bağırsağın xəstəliyində əhəmiyyətlidir.

Baxış sayı
Ay ərzində: 26
Bütünlüklə: 1344