Uzunömürlülüyün sirri   |   Balığın sağlamlığınıza faydaları   |   Zəmanə qadınları...   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Ana südü xərçəngə qarşı   |   Sevgi ürəyə xeyirdir   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Ana öpüşü güclü immunitet yaradır   |   Piylənmə və artıq çəki problemi   |   Müasir xanımlar çox yaşayır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Peşənə bax, ölümünü bil!   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Çox gülən qadınlar tez kökəlir   |   Sadizmə meyilli olan insan portreti   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Oturaq işləyən insanlar diqqətli olun   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Tüstüsüz siqaret kəşf edildi   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   İnsan dərisindən ev   |   Enli budlar sağlam ürəyə işarədir   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   
Çiçək tozcuqları

Çiçək tozcuqları: Tozcuqlar əsəb sisteminə yaxşı təsir göstərir, ürəyin fəaliyyətini normallaşdırır və mədə - bağırsaq sistemini, ağ və qara ciyərlərin, böyrəklərin, daxili vəzilərin sekresiyasının işini stimullaşdırır. Bitkilərin tozcuqları öz tərkibinə görə nadir qida məhsulu və bir çox xəstəliklərin müalicəsində və proflaktikasında universal təsirə malik dərman vasitəsidir. Məlumdur ki, bütün xəstəliklər üçün vahid və yüksək səmərəli dərman yoxdur və ola da bilməz. Lakin elə dərmanlar var ki, onu bir çox xəstəliklərdə müvəffəqiyyətlə istifadə etmək olar. Çiçək tozları belə dərmanlardandır. Təcrübi olaraq elə bir xəstəlik yoxdur ki, həmin xəstəlikdə çiçək tozu, bu və ya başqa dərəcədə faydalı olmasın.

Çiçək tozcuqları bizim və başqa ölkələrin farmokoloqları tərəfindən yaxşı öyrənilib və onların müalicəvi əhəmiyyəti də klinistlər tərəfindən yoxlanılıb. Formokoloqlar və klinistlər çiçək tozcuqlarının böyük profilaktik və müalicəvi əhəmiyyətə malik olduğunu təsdiq ediblər. Tozcuqlar təcrübi olaraq orqanizm üçün zərərsizdir (zərərli bitkilərin tozcuqlarından başqa).

Aparılmış çoxlu miqdarda tədqiqatlar tozcuqların qəbulunun yüksək səmərəli olduğunu aşağıdakı xəstəliklərdə sübut etmişdir: ürək – damar sistemi xəstəliklərində, hipertoniyada, qanazlığı və ağ qanlılıq xəstəliklərində (qan əmələgətirən vasitə kimi), mərkəzi əsəb və endokrin sistemlərinin xəstəliklərində.

Bitkilərin tozcuqları mədə –bağırsaq iltihabında, iştahanın artırılmasında, bağırsaqların fəaliyyətinin tənzimlənməsində, xüsusilə də xroniki qəbizlikdə yaxşı təsir göstərir. Uşaq xəstəliklərinin profilaktika və müalicəsində tozcuqlar yaxşı nəticə verir. Tozcuqlar orqanizmin qocalmasına mane olur. Kosmetikada da onlardan geniş istifadə olunur. Arılar bitkilərin tozcuqlarını toplayır, mürəkkəb fermentizasiyasından keçirib bal ilə qarışdırıb özlərinə yem hazırlayırlar ki, bu yemsiz arı ailəsi yaşaya bilmir. Çiçək tozcuqlarında yüksək aktivliyə malik olan antibiotiklər vardır ki, bunların sayəsində onlar min illər mühafizə olunub qalır.

Təcrübə göstərir ki, müalicə bitkiləri toplandığı kimi çiçəklərin də tozcuqlarının toplanmasını (yığılmasını) təşkil etmək olar və bəzi ölkələrdə bu müvəffəqiyyətlə həyata keçirilir.

 

Hipertoniya xəstəliyinin başlanğıcında çiçək tozcuqlarının bal ilə 1:1 və ya 1:2 nisbətində qəbul etmək faydalıdır.

 

Arılar tərəfindən toplanan çiçək tozcuqları bədxassəli qanazlığında, beynin iltihabında yaxşı müalicə əhəmiyyətinə malikdir. Dəmləmə: 180 qr bal, 50 qr tozcuq və 800 ml su. Balı soyuq suda həll etmək, az-az tozcuq əlavə etmək və fasiləsiz qarışdırmaq. Bu qatışığı bir neçə gün otaq temperaturunda (200C) qıcqırma prosesi baş verənə qədər saxlamaq. Alınan məhlul yaxşı dada və ətirə malik olur. Qarışdıraraq bu məhluldan gündə ¾ stəkan yeməkdən qabaq qəbul etmək. Bu dərmanı 6 gün ərzində qəbul etmək və yeni porsiya hazırlayıb qəbul etmək lazımdır.

Profilaktika məqsədilə qəbul edilən tozcuq dozası gündə üç dəfə bir çay qaşığından bir xörək qaşığına qədərdir. Tozcuqlar təzə halda daha səmərəlidir. Tozcuqları bal ilə şüşə qabda saxlamaq olar. Bal ilə tozcuqların nisbəti 2:1 götürülür (iki hissə bal, bir hissə tozcuq – məs. 200 qr. bal 100 q. tozcuq). Meyvə ağaclarının tozcuqları çox xeyirlidir.

Məşhur fransız alimi və ictimai xadimi Alen Kaya kişilərin 50 yaşdan sonra hər gün 15 qram tozcuq istifadə etməsini məsləhət görürdü.

Baxış sayı
Ay ərzində: 31
Bütünlüklə: 1320