Xoşbəxtlik qadınları zəif edir   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Piylənmə və artıq çəki problemi   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Xərçəng yox olmaq üzrədir…   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Yemiş stressin dərmanıdır   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Uzunömürlülüyün sirri almadadır   |   Pul saymaq ağrını azaldır   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Həkimlərdən qeyri-adi cəza   |   Tüstüsüz siqaret kəşf edildi   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   3D ürək bulandırır   |   Saqqız çeynəməyin faydaları   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Xərçəngi insan yaradıb?   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Qadınlar niyə çox danışır?   |   Qadınlar daha ağıllıdır   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Balığın sağlamlığınıza faydaları   |   Dişləri düzgün fırçalama texnikası   |   Çox oturmağın zərərləri   |   Boşanma kişilərə də təsir edir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Başı başqa bədənə köçürüləcək   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Depressiyanın dərmanı - dondurma   |   Ramazan ayında necə qidalanmalı?   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Ana öpüşü güclü immunitet yaradır   |   
Digər xəstəliklər
20.11.2015
Vərəm yada tuberkuloz, Mycobacterium tuberculosis adı verilən bakteriyanın səbəb olduğu yoluxucu bir xəstəlikdir.
20.11.2015
Astiqmatizm – gözün optik sisteminin defekti və gözün şüasındırma quvvəsinin əsas meridianlarda eyni olmamasıdır.
16.08.2015
Menstrual dövrdə sancılar və ağrılara qarşı bu masaj metodlarını tətbiq edə bilərsiniz.
16.08.2015
İnsan bədənində əllərin içi və ayaqların altından başqa bütün dəri örtüyü xırda və yumşaq tüklərlə örtülü olur.
31.03.2015
Qalxanabənzər vəzdə aparılan cərrahi müdaxilə zamanı 8 mq deksametazonun əməliyyatdan əvvəl verilməsi əməliyyatdan sonrakı ürəkbulanma, qusma və ağrının səviyyəsini xeyli azaltmış olur. Əməliyyat zamanı sinirlərin monitorinqi və yoxlanması tiroidektomiya nəticəsində ağırlaşma kimi qeydə alınan qayıdan qırtlaq sinirinin - rekurrensin zədələnməsi (parezi) hallarının azalması ilə nəticələnir. Qalxanabənzər vəzin cərrahiyyəsi zamanı drenajların qoyulması nəticənin yaxşılaşmasına xidmət etmir və əksinə xəstəxanada qalma müddətinin artmasına səbəb ola bilər. Digər tərəfdən qeyd etmək lazımdır ki, xərçəng xəstəliyinə görə aparılan tiroidektomiya və boynun disseksiyası zamanı çox nadir hallarda qoyulmuş drenajdan limforeya müşahidə edilə bilər. Bu limfatik damarların zədələnməsi nəticəsində baş verə bilər. Xüsusi yağsız pəhriz nəticəsində limfatik drenaj qısa müddət ərzində dayanır. Tiroidektomiya və ya qalxanabənzər vəzidə aparılan cərrahi müdaxilədən sonra xəstələrə kalsium və vitamin D-nin gündəlik verilməsi hipokalsemiyanın qarşısını almış olur.
06.03.2015
Tapılmış düyünlər ilk öncə USM-lə müayinə edilməli, sonradan isə iynə ilə aspirasiya nəzərdən keçirilməlidir. Müəyyən hallarda qanda kalsitonin səviyyəsinin təyini qalxanabənzər vəzin düyünlərinin araşdırılmasında istifadə edilə bilər. Lakin nəzərə alınmalıdır ki, qanda kalsitonin hormonun artması həm medulyar tiroid xərçəngi, həm də ağciyər və ya mədəaltı vəzin endokrin şişləri, böyrək çatışmazlığı, autoimmun tiroidit və hiperqastrinemiya ilə əlaqədar ola bilər. Ailə üzvlərində MEN 2 sindromu və ya medulyar tiroid xərçəngi qeydə alınmış xəstələrdə kalsitonin səviyyəsinin təyini faydalı ola bilər.
26.02.2015
Qalxanabənzər vəzin düyünləri həm xoşxassəli, həm də bədxassəli proseslər nəticəsində əmələ gələ bilər. Qalxanabənzər vəzin düyünü ilə bağlı müayinə edilən hər hansı şəxsdə əsas məqsəd xərçəng, yəni bədxassəli prosesin istisna edilməsidir. Ümumiyyətlə, qalxanabənzər vəzdə düyünlər adətən digər səbəblərdən aparılan fiziki müayinə və ya görüntüləmə (KT, MRT və ya USM) zamanı rast gəlinmiş tapıntı (inçidentalom) kimi müəyyən edilir.
11.12.2014
Uşaqlarda bədən temperaturu, yeniyetmələrdən daha yüksəkdir və bədən hərarətinin gün ərzində müəyyən ritmi vardır. Gün boyu səhər və axşam saatları arsında 0.5-1.0 C fərq olur. Bu vəziyyətə gündəlik temperatur ritmi deyilir. Uşaqlarda ən yüksək bədən temperaturu saat 17:00-19:00 arasında, ən aşağı temperatur isə saat 24:00- 06:00 arasında olur. Bədən hərarəti ağızdan, makatdan, qoltuq altı ya da qulaqdan ölçülə bilər. Qoltuq altı temperaturu, həqiqi bədən hərarətindən bir az daha aşağıdır.
05.11.2014
Kişi sonsuzluğunun müalicə üsulu onun yaranma səbəblərindən asılı olaraq həkim-androloq tərəfindən müəyyən edilir. Hər hansı “özbaşına” müalicə, həmçinin müxtəlif ekstrasenslər və digər “şəfavericilər” tərəfindən aparılan müxtəlf “müalicələr” heç bir nəticə verməyəcəkdir.
05.11.2014
Hazırkı dövrdə ən çox yayılmış, bakteriya etiologiyalı zöhrəvi xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin məlumatlarına görə, hər il dünyada 150 milyona qədər adam süzənəklə xəstələnir. Bəzi ölkələrdə bu xəstəlik sayına görə yalnız qrip xəstəliyindən geri qalır.
04.11.2014
Bir sıra yoluxucu xəstəliklər var ki, onların törədiciləri bir şəxsdən başqasına, əsasən, cinsi əlaqə yolu ilə yoluxur. Sifilis, süzənək, yumşaq şankr, qasıq limfaqrapulomatozu (dördüncü zöhrəvi xəstəlik), donovanoz (beşinci zöhrəvi xəstəlik) və, nəhayət, son vaxtlar aşkar edilmiş QİDE (qazanılmış immundefisit sindromu) xəstəlikləri ən çox cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi təmas yolu ilə sidik yollanndan yoluxub pozqunluq əmələ gətirən xəstəliklərdən trixomoniazı, sidik-cinsiyyət xladimiozunu da xüsusilə qeyd etmək lazımdır. Bundan əlavə nedikulyoz (bitliliyin müxtəlif formaları, xüsusilə qasıq bitləri), qoturluq, kandilomalar və s. yoluxa bilər.
22.10.2014
Leykemiya digər xərçəng növlərinə, məsələn, süd vəzisinin xərçəngi, prostat xərçəngi, bağırsaq xərçəngi nisbətən az rast gəlinir. Bu müasir müalicə üsulları sayəsində bir çox hallarda müalicəsi mümkün olan xəstəlikdir. Leykemiya sümük iliyində tam yetişməmiş və funksional cəhətdən qeyri aktiv leykositlərin həddindən artıq çoxalması ilə müşahidə olunur. Bu isə öz növbəsində normal qanyaranma mexanizminin pozulmasına və nəticədə qanda sağlam leykositlərin, eləcə də sağlam eritrositlərin, trombositlərin defisitinə gətirib çıxarır. Diaqnoz qanın müayinəsinə əsasən qoyulur. Daha dəqiq diaqnoz qoyulması üçün isə sümük iliyindən biopsiya alınması mütləqdir.
22.10.2014
Limfoma termini altında fərqli gedişə və proqnoza malik müxtəlif bədxassəli törəmələr birləşdirilir. Limfomalar iki əsas böyük qrupa bülünür: Hodgkin və Qeyri-Hodgkin Limfoması. Rast gəlinən bədxassəli limfomaların 15%-ni Hodgkin Limfomaları təşkil edir. Hodgkin lomfoması limfa düyünlərində, dalaqda. qaraciyərdə və sümük iliyində olan lifatik toxumanın bədxassəli prosesi, başqa sözlə, xərçəngidir. Bu xəstəlik ilk dəfə 1832-ci ildə Tomas Hodgkin tərəfindən təsvir edilmiş və ona görə də onun adını daşıyır.
12.05.2014
Qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır. Burdan belə nəticəyə gəlmək olar ki, insanın qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin də özünəməxsus funksiyaları və xəstəlikləri vardır. Beləliklə, qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür.
12.05.2014
Mədəaltı vəzi xərçəngi 95% hallarda ekzokrin hüceyrələrdən qaynaqlanır. Pankreas şişlərinin 75%-i mədəaltı vəzinin başında və boynunda, 15-20% hallarda cismində, 5-10% hallarda isə quyruğunda rast gəlinir. Mədəaltı vəzinin xərçəngi elə də xoş olmayan proqnoza malikdir. Hətta xərçəng daha ilkin mərələlərində təyin edilsə belə tez bir zamanda yayıla və xəstənin ölümünə səbəb ola bilir. Odur ki, pankreas xərçəngi şişə görə ölüm halları arasında əsas səbəblərdən biri hesab edilir.
12.05.2014
Pankreatit kəskin və xoroniki olmaqla iki formada olur. Kəskin pankreatit adətən qəflətən başlayır və günlərlə davam edə bilir. Kəskin pankreatitlərin əsasən mülayim gedişli olur (80% hallarda) və bir neçə gün ərzində aradan qalxır. Ağır gedişli kəskin pankreatitlər isə 20% hallarda qeyd olunur və ciddi ağırlaşmalara səbəb ola bilir. Bu qisim pankreatitlər zamanı ölüm göstəricisi 30%-ə çatır. Xroniki pankreatit isə xəstəni uzun zaman (illərlə) narahat edə bilir.