Pula qarşı allergiyası olan insan   |   Ana bətnində 4 gün donduruldu   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Sonsuzluq – miflər və faktlar   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Ana südü xərçəngə qarşı   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Savadlı ol ürəyin ağrımasın   |   Yaşın fərqi varmış   |   2 yaşında 41 kilo oldu   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Tənhalıq xərçəngə səbəb olur   |   Enli budlar sağlam ürəyə işarədir   |   Prostatit və onunla mübarizə   |   Sadizmə meyilli olan insan portreti   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Pul saymaq ağrını azaldır   |   Uşaqları öpməyin!   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Portağal sümüyü bərkidir   |   Güclü cinsin zəif tərəfləri   |   Piylənmə və artıq çəki problemi   |   Diliniz dərdinizdən danışır...   |   Başı başqa bədənə köçürüləcək   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Qadınlar yatanda arıqlayır   |   B6 vitamini xərçəng risqini azaldır   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Xərçəng yox olmaq üzrədir…   |   Yuxusuzluq kökəldir   |   Gəzinti ən yaxşı idmandır   |   Su filtrindən süzülən xəstəlik   |   Kişilərin futbol sevgisi   |   Körpələr yatanda da öyrənir   |   İdman depressiyanın dərmanıdır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   
Digər xəstəliklər
14.04.2014
Qastrit mədənin selikli qişasının iltihabıdır. Başqa sözlə, qastrit mədəni daxildən müdafiə edən örtüyün müxtəlif səbəblər üzündən zədələnməsidir.Qastritin əmələ gəlməsinin əsas səbəblərindən biri Helicobacter pylori adlanan bakteriyalardır.Requlyar olaraq ağrıkəsici dərmanların qəbulu, travmatik zədələnmələr, spirtli içkilərin qəbulu, emoisional gərginlik kimi faktorlar da qastrit törədir. Qastritlər kəskin və xroniki olmaqla iki qrupa bölünür. Müalicə edilməyən qastrit mədə xorasına gətirib çıxara bilir.
14.04.2014
Biz yemək yeyən zaman mədəmiz turşu ifraz edir. İfraz edilən turşunun rolu mədəyə daxil olan qidanı həzm etməkdir. Təsəvvür edin ki, onun aqressivliyi avtomobil akkumulyatorlarında olan turşu ilə müqayisə edilə bilər. Amma mədəmiz elə qurulmuşdur ki, belə aqressiv turşu ilə təmasdan zədələnmir. Amma qida borusu mədə turşusu ilə təmasda olmağa hazır deyil və onun təsirindən zədələnə bilir.
14.04.2014
Limfoma termini altında fərqli gedişə və proqnoza malik müxtəlif bədxassəli törəmələr birləşdirilir. Limfomalar iki əsas böyük qrupa bülünür: Hodgkin və Qeyri-Hodgkin Limfoması. Rast gəlinən bədxassəli limfomaların 85%-ni Qeyri-Hodgkin Limfomaları təşkil edir. Hodgkin xəstəliyinə aid edilə bilməyən və onun üçün xarakterik olmayan xərçəng hüceyrələrinə malik olan limfomalar Qeyri-Hodgkin Limfomaları adı altında birləşdirilir.
10.04.2014
Qıcıqlanan Bağırsaq Sindromu (QBS) yoğun bağırsağın funksional pozğunluğu olub bir çox əlamətləri özündə birləşdirir. QBS zamanı qarında ağrı ilə müştərək bir-birini əvəz edən qəbzlik və ishal qeyd oluna bilər. Qıcıqlanan Bağırsaq Sindromu (QBS) həkimlərin ən çox rast gəldiyi şikayətlərdən biridir. Amma heç də QBS-i olan hər bir kəs həkimə müraciət etmir. Yalnız daha həsas və şikayətləri kəskin olan insanlar həkimə müraciət edirlər. Belə hallarda həkimə müraciət etmə alqışlanmalıdır. Çünki siz əmin ola bilərsiniz ki, şikayətləriniz digər daha ciddi patologiyadan qaynaqlanmır. QBS kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.
10.04.2014
Kriqler-Nacar Sindromu (KNS) az rast gəlinən və bilirubin mübadiləsinin defekti ilə səciyyələnən qaraciyərin anadangəlmə irsi patologiyasıdır. Kriqler-Nacar Sindromu ilk dəfə 1952 (I Tip KNS) və 1962-ci (II Tip KNS) illərdə təsvir edilmişdir. Rast gəlmə tezliyi 1 milyon əhaliyə 0.6-1.0 nəfər düşür.
10.04.2014
Burun boşluğu selikli qişasının iltihabı rinit adlanır. Azərbaycanca buna zökəm də deyilir. Ümumiyyətlə dünya əhalisinin 15 - 20%-i rinitin müxtəlif formalarından əziyyət çəkir. Bununla da rinit əhali arasında ən geniş yayılmış xəstəlikdir.Rinit, onu törədən səbəblərdən asılı olaraq sərbəst (qeyri-spesifik) xəstəlik kimi və ya müxtəlif xəstəliklər (spesifik) zamanı özünü göstərir.
09.04.2014
Rotor sindromu birləşmiş hiperbilirubinemiyanın digər növü olub klinikasına görə Dubin-Conson sindromuna bənzəyir. Bu sindrom 1948-ci ildə Arturo Rotor və həmmüəllifləri tərfindən təsvir edilmişdir və onun şərəfinə Rotor sindromu adlandırılır. Rotor sindromu zamanı Dubin-Conson sindromundan fərqli olaraq qaraciyərdə qranulyar piqmentin toplanması və qaraciyərın rənginin tündləşməsi baş vermir.
09.04.2014
Burunətrafı ciblərin iltihabına ümumi olaraq sinusitlər deyilir. Bu ciblər dörd cüt olur: haymor (əng), alın, əsas və xəlbir cibləri. Haymor cibləri ən böyük olub, həcmi 30 kub santimetrə çatır. Onlar əng nahiyəsinin dərinliyində yerləşir. Haymor cibinin forması üçüzlü piramidanı xatırladır. Onun ən vacib hissəsi burunla əlaqədar olan iç divarıdır. Burada cibdən burun boşluğuna açılan dəlik vardır. Haymor cibinin dib hissəsi üst-arxa azı dişlərinin kökləri ilə yaxın yerləşmişdir.
09.04.2014
Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir.
09.04.2014
Milyonlarla insan şəkərli diabetdən əziyyət çəkir. Yalnız Amerika Birləşmiş ştatlarında diabet xəstələrinin sayı 23 milyondur. Hər 20 dəqiqədə 1 diabet dianozu təsdiqlənir. Diabetin müalicəsinin müvəffəqiyyəti adətən xəstədən asılı olur. Orqanizmimiz milyonlarla hüceyrələrdən təşkil olunub ki, onlara öz funksiyalarını yerinə yetirmək üçün enerji lazımdır. Bizim yediyimiz qida qlükozaya çevrilərək hüceyrələr üçün enerji mənbəyi rolunu oynayır.
09.04.2014
Pnevmoniya yaşlılar, xronik xəstəliyi olanlar və immun sistemi zəif olanlar üçün təhlükəli ola bilər. Eyni zamanda pnevmoniya cavan, sağlam şəxsləri də zədələyə bilər. Uşaqlarda ölüm törədən əsas xəstəliklərdəndir. Pnevmoniyaların bir çox növləri öz ağırlıq dərəcəsinə görə orta və ağıra qədər dəyişir. Xəstəxana daxilində olarkən əmələ gələn pnevmoniyalar xüsusən virulent və ölümcül olur. Bir çox pnevmoniyalar qəfil əmələ gəlir, sinədə ağrı, temperatur, öskürək, bəlğəmlə və qısalmış tənəffüslə xarakterizə olunur.
09.04.2014
Kəskin tonzillit və ya angina badamcıqların iltihabına deyilir. Badamcıqlar ağız və burun vasitəsilə orqanizmə daxil olan mikrobların qarşısını alaraq baryer rolunu oynayır. Bakterial kəskin tonzillit əsasən streptokokklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından sonra üçüncü yerdə duran geniş yayılmış bir xəstəlikdir. Böyüklər arasında bu xəstəliyə 5%, uşaqlar arasında isə 6%-dən çox rast gəlinir. Payız və yaz aylarında xəstələnmə hallarının artması xarakterikdir.
09.04.2014
Xəstələrin illərlə arterial təzyiqi yüksək ola bilər, amma bundan xəbərləri olmaya bilər. Çünki xəstəliyin simptomları üzə çıxmaya bilər. Nəzarət olunmayan hipertenziya ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Arterial təzyiq sizin ürəyinizin vurduğu qanın həcmi və arteriyalarınızın rezistentliyi ilə təyin olunur. Ürəyiniz nə qədər çox qan vurursa və damarlarınız nə qədər dardırsa təzyiqiniz o qədər yüksək olur. Yüksək təzyiq demək olar ki, hər kəsi zədələyə bilir. Lakin xoşbəxtlikdən asanlıqla diaqnozu qoyulur və dərmanlar vasitəsi ilə idarə edilə bilir.
23.11.2013
Əgər sizin uşağınıza anadangəlmə ürək qüsuru diaqnozu qoyulubsa bu o deməkdir ki, o ürəyin embrional inkişaf dövründə olan bir problemlə qarşılaşmışdır. Bəzi anadangəlmə qüsurlar sadə olub (məsələn, ürəyin ayrı-ayrı hissələri arasında olan dəliklər) öz-özünə bağlana bilir. Digər qüsurlar isə daha mürəkkəb olub bir neçə cərrahi əməliyyat tələb edir.
23.11.2013
Ürək aritmiyaları o zaman əmələ gəlir ki, sizin ürəyinizin vurğularını idarə edən impulsların işi pozulur. Bu zaman ürək ya çox tez, ya çox gec, ya da nizamsız vurur. Adətən insanlar aritmiyaları ürək dayanması, ürək əsməsi, ürək döyünməsi kimi hiss edirlər. Bəzi aritmiyalar həyat qorxusu simptomları yaradır.
10.07.2013
Ürəyin İşemik Xəstəliyi (miokard işemiyası) geniş yayılmış bir patologiyadır. Təkcə Amerika Birləşmiş Ştatalarında 14 milyon insan bu xəstəlikdən əziyyət çəkir.Sizin koronar arteriyalarınız urəyinizi qidalandıran və oksigenlə təchiz edən damarlardır. Bu damarların piy hissəcikləri ilə tutulması və ya hər hansı bir formada zədələnməsi ürəyinizin qidalanmasını pozur.