Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Güclü cinsin zəif tərəfləri   |   Köklük insult riskini artırır   |   Pul saymaq ağrını azaldır   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Ana bətnində 4 gün donduruldu   |   Dişləri düzgün fırçalama texnikası   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Suyu az içmək beyni qocaldır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Ana südü xərçəngə qarşı   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Kişilər ağıllı qadınları sevmirlər   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   B6 vitamini xərçəng risqini azaldır   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Boşanma kişilərə də təsir edir   |   Linza seçərkən diqqətli olun   |   Soğan yemək beyini gücləndirir   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Pula qarşı allergiyası olan insan   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Yuxusuzluq kökəldir   |   Su filtrindən süzülən xəstəlik   |   Sadizmə meyilli olan insan portreti   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Qaradərili insanlar daha sakit olurlar   |   
Azərbaycanda qaraciyər əməliyyatı keiçrmiş ilk pasiyent

Rasim Məmmədov: "Özümü azərbaycanlı həkimlərimizə etibar etməyimə peşman deyiləm"

Məlum olduğu kimi, 2008 ci ilin dekabr ayında Azərbaycanda ilk dəfə olaraq qaraciyər köçürmə əməliyyatı baş tutub. Mərkəzi Neftçilər Xəstəxanasında reallaşan əməliyyatdan uğurla çıxan və hazırda özünü yaxşı hiss edən Rasim Məmmədov ölkədə ilk dəfə keçirilən qaraciyər əməliyyatının səbəbkarı olaraq adını Azərbaycan səhiyyəsinin tarixinə yazıb. Hazırkı durumuna görə sözügedən xəstəxananın həkimlərinə minnətdar olan R.Məmmədov bu barədə fikirlərini bizimlə bölüşdü.

- Siz Azərbaycanda ilk qaraciyər əməliyyatı keçirmiş şəxs olmaqdan başqa, həm də çoxlarının tanımadığı adi vətəndaşsınız. Odur ki özünüz haqda məlumat verərdiniz?
- Mən özüm iş adamıyam. Həm ictimai işlərlə, həm də kommersiya fəaliyyəti ilə məşğulam. Sabitlik və İnkişaf Mərkəzi adlı Qeyri-Hökumət Təşkilatının İdarə Heyətinin sədriyəm. Xəstəliyimə gəlincə isə, deməli, bir gün mən də xəstələnməli oldum və həkimlərə müraciət etdikdə məndə qarciyər sirrozunun olduğunu dedilər. Aldığım müalicələrin getdikcə heç bir təsiri olmadı və sonra vəziyyətim ağırlaşdı. Bu, müsəlmanlara xas olan xüsusiyyətdir ki, ölümün yaxınlaşdığını hiss etməyincə həkimə getmirlər. Mən də vəziyyətimin ağırlaşdığını görüncə getdim həkimə və mənə dedilər ki, sənin dərdinin çarəsi yalnız Avropadadır. Mən də üz tutdum Türkiyənin bu sahə üzrə ixtisaslaşmış olan Memorial xəstəxanasına. Ancaq orada da xəstəliyimin ağır mərhələdə olduğunu söylədilər. Ömrümün sonuna çox az qaldığını elan edəndə mən artıq dərk elədim ki, ölüm haqdır və bu hamının başına gələcək sondur.

- Rasim müəllim, necə oldu ki, yenidən Azərbaycana qayıdaraq burada əməliyyat olunmağa razılıq verdiniz?
- Mən Türkiyədə olanda Memorial xəstəxanasının qarşısında dayanmışdım, gördüm orada Mustafa Kamal Atatürkün sözlərindən sitat gətirilərək yazılıb: "Məni türk həkimlərinə əmanət edin!" Fikirləşdim ki, mənim də müstəqil Azərbaycanım var və bir vətəndaş olaraq özümü azərbaycanlı həkimlərə etibar etməliyəm. Səmimi deyirəm, düşündüm ki, bunu mən etməsəm, kim edəcək? Qırılmalıydı bu tilsim.

- Amma çoxlarına sizin bu addımınız riskli görünə bilər...
- İctimaiyyətdən uzaq, ölkədə gedən proseslərdən xəbərsiz biri olsaydım, bəlkə də bu addımı atmazdım. Ancaq mən ölkənin bütün sahələrdə əldə olunan nailiyyətlərini dərk edən bir adamam. Azərbaycanda tibb sahəsinin başında dayanan adamlar artıq dünyada analoqu olmayan əməliyyatların keçirilməsinə qadirdir. Məni bu əməliyyata sövq edən daha bir çağırış isə hələ ölkə başçısının 1 saylı şəhər xəstəxanasının açılışında söylədiyi fikirlər oldu. O demişdi ki, mən ümidvaram həkimlərimiz yaxın zamanlarda ən çətin əməliyyat sayılan qaraciyər əməliyyatını həyata keçirəcəklər. Ləyaqətli həkimlərimiz də bunu eşitdilər və öz əmməllərində sübut etdilər.

- Bəs Mərkəzi Neftçilər Xəstəxanasını seçməyiniz nə ilə bağlı oldu?
- Türkiyədən döndükdən sonra yadıma saldım ki, öz ölkəmizdə artıq bu əməliyyatın keçirilməsinə cəhd göstərilir və odur ki müraciət etdim Mərkəzi Neftçilər Xəstəxanasına. Burada bildirdilər ki, həqiqətən bu yaxınlarda ölkə başçısının və Dövlət Neft Şirkətinin rəhbərliyinin göstərişi ilə qaraciyər əməliyyatının keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır. Fikirləşdim ki, əvvəl-axır ilk addımı kimsə atmalıdır, qoy elə həmin adam mən olum. Əgər mən ölkənin iqtisadi, sosial, mədəni, tibbi həyatındakı inkişafı dərk edirəmsə, niyə də bu addımı mən atmayım? Odur ki ölkəmizin səhiyyəsinə və ləyaqətli həkimlərə arxayın olaraq qərarımı verdim. Bundan əlavə, mən qaraciyər əməliyyatı xofunu aradan qaldırmaq istədim. Əhalinin yerli həkimlər haqqında olan stereotiplərini öldürməyə çalışdım. Biz artıq mədəniyyətimizlə, siyasətimizlə, iqtisadi gücümüzlə dünya dövlətləri arasında nüfuzlu mövqe qazanmışıqsa, deməli, səhiyyədə də bu cür olmalıdır. Fəxr edirəm ki, bu dövlətdə yaşayıram və özümü azərbaycanlı həkimlərimizə etibar etməyimə peşman deyiləm.
- Məlumdur ki, bu əməliyyatın qiyməti çox bahadır. Sirr deyilsə, bugünkü durumunuz sizə nə qədər vəsaitə başa gəlib?
- Əvvəla onu qeyd edim ki, xaricdə çox baha olan bu əməliyyat Azərbaycanda müəyyən qədər ucuzdur. İndi külli miqdarda pullar xərcləyib xaricə getməyə ehtiyac yoxdur. Konkret olaraq mənim əməliyyatıma gəlincə isə deyim ki, ilk dəfə əməliyyat olunduğum üçün bütün xərclər Dövlət Neft Şirkəti tərəfindən ödənilib və bu məbləğin miqdarından xəbərim yoxdur.

- Rasim müəllim, çoxları donorun adını gizli saxlayır...
- Məncə, bütün proses qanun çərçivəsində, qaydasında aparılıbsa, burada məxfiliyə lüzum yoxdur. Mən Məhəmməd adlı xalam nəvəsinin qaraciyərini daşıyıram. O mənim sanki ikinci bir hissəmdir. İndiki zəmanədə qardaş qardaşa adi şeyləri verməyə qıymır. Amma Məhəmməd kimi insanlar da var ki, başqalarından ötəri özünü təhlükəyə atır. Görün indi belə oğullar xalq üçün, vətən üçün nələr etməyə qadirdir.

- Çox güman ki, əməliyyatdan sonra da siz mütəmadi həkim nəzarətində olursunuz...
- Mən ayda 1 dəfə Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçirəm və tez-tez bura gəlirəm. Əməliyyat olunduğum zaman bütün proseslər 15 - 16 saat ərzində xəstəxananın rəhbərliyinin və baş həkim Həbib Yüzbaşıyevin nəzarətində olub. Amma çox təəssüf ki, əməliyyatdan sonra hamımızı kədərləndirən hadisə baş verdi ki, bu da xəstəxananın baş həkimi Fəxrəddin Cavadovun dünyasını dəyişməsi idi. Mənim ailəmdə bu, faciə kimi qəbul olundu. Sevindirici haldır ki, Fəxrəddin həkimin qoyduğu ənənələri Həbib Yüzbaşıyev davam etdirir. Bundan sonra da burada çalışan Rəşad Mahmudov, Həbib Yüzbaşıyev, Mircəlal Kazımov kimi həkimlərə öz sağlamlığımı etibar etməyə hazıram.

Naibə Qurbanova

Baxış sayı
Ay ərzində: 22
Bütünlüklə: 1158