Sonsuzluq – miflər və faktlar   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Uzunömürlülüyün sirri almadadır   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Sevgi ürəyə xeyirdir   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Kola spermanın tərkibini korlayır   |   İnsulini sprey əvəz edəcək   |   Körpələr yatanda da öyrənir   |   Kişilərin futbol sevgisi   |   Kök kişilər daha sədaqətlidir   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   İnsan dərisindən ev   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Siqaret karlıq yaradır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Oturaq iş qadınları qocaldır   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Həkimlərdən qeyri-adi cəza   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Stress qadınların beynini zəiflədir   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Nikah gecəsinin sirləri   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Təzyiq altında yaşamayın   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Diliniz dərdinizdən danışır...   |   Qadınlar niyə çox danışır?   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Peşənə bax, ölümünü bil!   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Ana südü xərçəngə qarşı   |   Pul saymaq ağrını azaldır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   B6 vitamini xərçəng risqini azaldır   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   3D ürək bulandırır   |   
Hələ o qədər açılmamış sirlər var ki…

Həbib Yüzbaşıyev: “Bütün yeniliklərin fövqündə insana yeni tibbi münasibət formalaşmalıdır”

Ölkədə istər neftçilərin, istərsə də əhalinin digər təbəqəsinin salamlığının qayğısina qalan tibb müəssisələri arasında Mərkəzi Neftçilər Xəstəxanasının özünəməxsus yeri var. Xəstəxananin son illərdəki fəaliyyəti və ümumilikdə səhiyyədəki yeniliklərlə bağlı suallarımızı sözügedən tibb müəssisəsinin baş həkimi, ölkə başçısı tərəfindən səhiyyənin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunan Həbib Yüzbaşıyev cavablandırdı.

- Həbib müəllim, Azərbaycanda özəl və dövlət səhiyyə ocaqlarının sayı artmaqdadır və onlar əhaliyə keyfiyyətli xidmətlər təklif etsələr də, bəzi vaxtlarda xəstəyə qoyulan diaqnozlar və analizlər arasındakı ciddi fərqlər narazılıqlara səbəb olur. Sizcə, əhalinin etimadını qazanmaq üçün nə etmək lazımdır?

- Hesab edirəm inamı qazanmaq yalnız və yalnız tibbi xidmətin keyfiyyətindən asılıdır. İstər özəl, istərsə də dövlət xəstəxana və tibb mərkəzləri açılsa, o qədər yaxşıdır. Bunun üstünlükləri daha çoxdur. Amma bir şərtlə ki, bütün yeniliklərin fövqündə insana yeni tibbi münasibət formalaşmalıdır. Yəni xəstə gülərüzlə qarşılanmalı, lazım olan tibbi üsullar tətbiq olunmalı və düzgün diaqnozu öyrəndikdən sonra müalicəyə başlanılmalıdır. Bu kriteriyalar yalnız bizim xəstəxana üçün deyil, bütün tibb müəssisələrində tətbiq olunmalıdır. Mən yeni mərkəzlərin açılmasının tərəfdarıyam. Belə olarsa, ölkənin səhiyyə sahəsində sağlam raqabət mühiti də formalaşmış olar. Türkiyənin səhiyyəsi 20 - 25 il bundan öncə çox aşağı səviyyədə idi. Amma birdən-birə bu ölkənin səhiyyəsi dinamik şəkildə sıçrayış etdi ki, bunun da səbəbi özəl strukturların yaranması, tibbi sığortanın tətbiqi və təhsilə böyük önəm verilməsi oldu. Yaxşı kadrların sayəsində bu cür uğurlar qazandılar. Bilik səviyyələrini artırmaqla indiki vəziyyətə gəlib çatdılar.

- Bəs bizdə kadr hazırlığı ilə bağlı vəziyyəti qənaətbəxş saymaq olarmı?

- Bu ilin mart ayından indiyədək Dövlət Neft Şirkətinin və bilavasitə həmin qurumun rəhbəri Rövnəq Abdullayevin vasitəçiliyi ilə xaricə 22 nəfər oxumağa adam göndərmişik. Biz öz xəstəxanamız çərçivəsində kadr məsələsinə çox ciddi yanaşırıq. Belə ki, işçi qəbul edəndə 10 - 12 nəfərlik tibb mütəxəssisindən ibarət heyətlə komissiya təşkil edirik və bizə müraciət edən kadrı attestasiyadan keçirdikdən, biliyinə bələd olduqdan sonra onu işə götürürük. Kadrların peşəkarlığına çox fikir veririk. Çünki xəstəxananın nüfuzu kadrların peşəkarlığından asılıdır. Avadanlıq da almaq olar, yeni binalar da tikmək olar, ancaq o yenilikləri mənimsəyən kadrlar da olmalıdır. Bundan əlavə, biz həm də xaricdə təhsil alan azərbaycanlı tələbələrimizi işlə təmin edirik.

- Ölkədə son illər yeni tibb mərkəzlərinin tikintisi və bərpası, müasir avadanlıqlarla təminatı Azərbaycanın qabaqcıl ölkələrlə rəqabət aparmasını sürətləndirən amil hesab etmək olarmı?

- Mən, heç şübhəsiz, inanıram ki, yaxın gələcəkdə Azərbaycanın səhiyyəsi Avropa standartlarından heç də geri qalmayacaq. Son illər ölkədə aparılan əməliyyatlar və yeniliklər bunu deməyə əsas verir.

- Həbib müəllim, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında hansı yeniliklər tətbiq olunur?

- İndiyədək Azərbaycanda həyata keçirilməyən invaziv radiologiya - beyində aşağı və yuxarı ətraf periferiyalarda bütün trombları, qansızmaları, invaziv yolla aradan qaldırmaqla müalicə aparırıq. Bu, ölkəmizdə Mərkəzi Neftçilər Xəstəxanasından başqa heç bir tibb müəssisəsində yoxdur. Eyni zamanda bizdə yeni şöbə açılıb ki, burada da insan orqan və toxumalarının köçürülməsi həyata keçirilir. Altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, burada qısa müddət ərzində iki dəfə böyrəkköçürmə, iki dəfə isə qaraciyər köçürmə əməliyyatı keçirmişik. Yaxın zamanlarda isə daha iki qaraciyər köçürmə əməliyyatını planlaşdırırıq. Nümayəndə heyətimiz Türkiyədən hazırlıq kursundan döndükdən sonra isə yanvar ayından etibarən tam tərkibdə və geniş fəaliyyətə başlayacağıq. Qeyd edim ki, insan orqan və toxumalarının köçürülməsi əməliyyatı indiyədək nə Azərbaycan, nə də Orta Asiyada aparılırdı. İnsanlar bu məqsədlə daha çox Türkiyəyə üz tuturdular.

- Bəs necə oldu ki, ilk dəfə bu iş ölkəmizdə reallaşdı, üstəlik, ən ağır qaraciyər əməliyyatı ilə yadda qaldı?

- Bizdə ilk dəfə ötən ilin dekabr ayında əməliyyat olunan şəxs bir vətənpərvər insan kimi öz sağlamlığını yerli həkimlərə etibar etdi və ona yaxın qohumunun donorluğu ilə qaraciyər köçürüldü, əməliyyat da çox uğurlu alındı. Tibdə sensasiya sayılan bu kimi əməliyyatlar inanın ki, bir müddətdən sonra hamıya adi gələcək və adi əməliyyatlar kimi qarşılanacaq.

- Yəqin, o zaman insanları daha uğurlu nailiyyətlərlə təəccübləndirmək asan olmayacaq?

- Təəccübləndirmək üçün hələ o qədər açılmamış sirlər, qarşısı alınmayan xəstəliklər var ki. Ümumiyyətlə, mən düşünürəm ki, səhiyyədə hər gün inkişaf getməlidi. Bir gün yenilik olmasa, deməli, nəinki yerimizdə sayırıq, həm də geri gedirik. Səhiyyə hər gün yenilikləri gözləyən və onu tələb edən sahədir. Biz bu gün ürəkköçürmə əməliyyatını etməyə hazırıq. Amma burada artıq canlı donordan istifadə etmək mümkün deyil. Çünki donor kimi yalnız meyitdən yararlanmaq olur. Burada bir məsələni xüsusilə qeyd etmək istərdim ki, əslində insan itkisi hamının başına gələn bir işdir. Amma beyin ölümü təsdiqlənəndən sonra heç kəs onun daxili orqanlarının lazım olan adamlara köçürülməsinə icazə vermirlər. Yəni bununla kimisə xilas etmək mümkündürsə və həmin adamın itirmiş olduğu yaxınının ürəyi və yaxud hansısa orqanı başqasının bədənində yaşayacaqsa, niyə vermirlər? Hesab edirəm ki tibbin inkişaf etdiyi bir vaxtda bunu təbliğ etmək lazımdır.

- Daxili orqanların başqasına köçürülməsi hansı qaydalar əsasında aparılmalıdır?

- Bununla bağlı ümummilli lider Heydər Əliyev tərəfindən 1999-cu ildə qərar imzalanıb və bu qərarla canlı insandan insana və meyitdən insana orqan köçürülməsinə icazə verilir. Qaydalara tam riayət olunmalıdır və qaydalara görə, canlı insandan insana orqan köçürməyə yalnız yaxın qohumundan donor kimi istifadə edilməklə mümkündür. Qohum isə notariusda təsdiq edilmiş qaydada xəstənin qohumu olduğunu təsdiqləyən sənəd gətirməklə öz orqanını qohumuna verə bilər. Meyitdən isə beyin ölümü təsdiqlənəndən sonra yaxınlarının icazəsi ilə donor kimi yararlanmaq olar. Başqa cür orqanlarla alver etmək qəti şəkildə qadağandır. Təsəvvür edin ki, böyük əziyyətlə şöbə açıb iş görmək, sonra da oturub insan orqanları ilə alver etmək gülüncdür.

- Həbib müəllim, məlumdur ki, Mərkəzi Neftçilər Xəstəxanasının son illərdəki uğurlarının bir qismi mərhum Fəxrəddin Cavadovun adı ilə bağlıdır və bura daxil olan kimi ölümündən sonra da kollektivin ona göstərdiyi sayğı ilk baxışdan duyulur...

- Mən əslində təkcə Fəxrəddin müəllim haqqında bir neçə məqalənin mövzusu olacaq qədər danışa bilərəm. Amma yalnız onu deyə bilərəm ki, mən onun tələbəsiyəm. O olmasaydı, mən səhiyyə sistemində olmayacaqdım. 1984-cü ildən bu yana çalışdığım müxtəlif iş yerlərində məni o öyrədib. Səmimi qəlbdən deyirəm: çox xoşbəxtəm ki, belə insanın yanında işləmişəm, onun mənə öyrətdiklərinin sayəsində bu səviyyəyə gəlib çatmışam.

 

Naibə Qurbanova

Baxış sayı
Ay ərzində: 16
Bütünlüklə: 1074