Şokolad qan təzyiqini azaldır   |   Tüstüsüz siqaret kəşf edildi   |   Təzyiq altında yaşamayın   |   Qadınlar daha ağıllıdır   |   Arıqladan çimərlik paltarı   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Tənhalıq xərçəngə səbəb olur   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Pul saymaq ağrını azaldır   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Dişləri düzgün fırçalama texnikası   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Sonsuzluq – miflər və faktlar   |   Sevgi qurban tələb edir   |   Qadınlar niyə çox danışır?   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Xoşbəxtlik qadınları zəif edir   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Həkimlərdən qeyri-adi cəza   |   İnsulini sprey əvəz edəcək   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Enli budlar sağlam ürəyə işarədir   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Güclü cinsin zəif tərəfləri   |   29 yaşında nənə oldu   |   Stress qadınların beynini zəiflədir   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Xərçəng yox olmaq üzrədir…   |   Boşanma kişilərə də təsir edir   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Sadizmə meyilli olan insan portreti   |   Piylənmə və artıq çəki problemi   |   Kişilər yoxa çıxacaq   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Çox oturmağın zərərləri   |   İnternet qocalmanı sürətləndirir   |   Depressiya görməni zəiflədir   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   
Türklər xərçəngin dərmanını tapdılar

Yusuf Erkul: "Yeni dərman öncə hüceyrələrdə, sonra isə siçanların orqanizmində yoxlanılacaq"

Bir neçə gün öncə Birləşmiş Ştatlarda nəşr olunan qəzetlərə istinad edən müxtəlif ölkələrin mətbuatında bəşəriyyətin ən qorxunc təhlükəsi sayılan xərçəng xəstəliyinin dərmanının tapılmasına dair məlumatlar yayıldı.
Bostondakı "Merck & Co." dərman şirkətində aparılan tədqiqatda amerikalı alimlərlə yanaşı, 3 türkün də çalışdığına dair xəbərlər isə sözün əsl mənasında hər birimizdə bir türk olaraq qürur oyatdı. Həmin 3 türk alimdən biri - Massaçusets Texnologiya İnstitutunun məzunu, hazırda adıçəkilən şirkətdə çalışan və xərçəng xəstəliyinin çarəsinin tapılmasına dair icra olunan proqramda bioloq-tədqiqatçı vəzifəsini tutan Yusuf Erkulla müsahibəmizin məqsədi də bəşəriyyətin həyəcanla izlədiyi bu yeni kəşf barədə söhbətləşmək idi. Cənab Erkuldan öncə 3 türkdən ibarət qrupun niyə məhz Birləşmiş Ştatlarda tədqiqat apardığını soruşduq.

- Əslində deməzdim ki, bizim qrup 3 nəfərdən ibarətdir və hamısı da türkdür, xeyr. "Merck & Co."da xərçəng xəstəliyinin çarəsinin tapılması prosesində onlarca alim iştirak edir ki, biz türklər də onlardan, sadəcə, 3 nəfərik. Onu da deyim ki, biz üçümüz də eyni qrupda deyilik, amma vahid hədəfə çatmağa çalışırıq.

- Ayrı-ayrı qruplarda çalışırdınız? Elə isə maraqlıdır, həmin proqramda şəxsən sizin vəzifəniz nədən ibarət idi?

- Mən siçanların bədənindəki xərçəng modellərinin inkişaf etdirilməsi üzərində iş aparırdım. Vəzifəm genetik quruluşu dəyişdirilmiş müxtəlif siçanlarda sinə, ağciyər, pankreas xərçəngləri və losemini araşdırmaq idi. Qrupumuzun üzərində araşdırma apardığı siçanları başqa bir heyət alır. Sonra isə əldə edilən yeni dərmanları onlara tətbiq edərək sözügedən kəşfin bu məsələdə nə dərəcədə təsirli olub-olmadığını yoxlayırlar. 2 həftə öncə əvvəl çalışdığım qrupdan çıxaraq başqasına keçdim. Hazırda vəzifəm xərçəng xəstəliyini aradan qaldırmağa yönələn yeni dərmanı tətbiqləməklə son uğura imza atmaqdır.

- Sözügedən kəşfiniz bu günədək xərçəngin müalicəsinə aid əldə olan dərmanlardan və ümumiyyətlə, müalicə üsullarından hansı məziyyətinə görə fərqlənir?

- İndinin özündə də xərçəng xəstələrinə verilən xeyli sayda dərman mövcuddur, amma onların hamısı insan orqanizminin başqa əzalarına daha ağır formada mənfi təsir göstərir. Mədə bulantısından saç tökülməsinə, ümumi halsızlıqdan fikir dağınıqlığınadək bir çox arzulanmayan təsir üzə çıxır. Bunun da bir səbəbi var: həmin dərmanları qəbul edərkən orqanizmdə təbii reaksiya başlayır və nəticədə dərmanlar xərçəng hüceyrələri ilə yanaşı, normal bölünən və insanın yaşaması üçün vacib olan digər hüceyrələri də öldürür. Amma bizim hazırladığımız dərmanlar, sadəcə, xərçəng hüceyrələrini məhv edəcək.

- Buna təminat verirsiniz?

- Əlbəttə. Bizim tapdığımız dərmanlar bəzi xərçəng növlərində mutasiya (genetik pozuqluq) aşkarlandığı hallarda, həmin xəstə hüceyrələri öldürür. Mutasiya faktı olmayan normal hüceyrələrə isə təsir göstərmir. Elə bizim kəşfimiz özümüzdən öncəki alimlərin tapıntılarından məhz bu mutasiyaları aşkarladığımıza görə fərqlənir. Amma onların nə olduğunu və dərmanın tərkibinin təsir mexanizmini sizə deyə bilmərəm. Çünki bunlar şirkətimizin beynəlxalq qanunlarla qorunan sirridir.

- Bizdə olan məlumata görə, şəxsən siz insan bədənindəki xərçəng hüceyrələrinin siçan bədəninə köçürülməsi üzərində çalışırsınız. Necə edirsiniz bunu, siçan və insan orqanizmləri bir-birinə bu qədərmi bənzərdir? Niyə məhz siçanları seçdiniz?

- Siçanlardakı gen toxumaları 85 faiz insanınkı ilə eynidir. Xüsusən də insanlarda xərçəng xəstəliyi yaradan gen toxumaları siçanlarda da var. Hazırda bizim şirkətdə məhz siçanlarda genetik dəyişiklik yaradan bir qrup işləyir. Biz istədiyimiz dəyişikliyi edərək məsləhət gördüyümüz geni lazım olan toxumada aktivləşdiririk və ya əksinə, fəaliyyətini dayandırırıq. Məsələn: PTEN geninin fəaliyyətini bütün bədəndə dayandırdıqda siçanlar losemi inkişaf etdirir. Şəxsən mənim qrupum bu losemin necə inkişaf etdiyini, xüsusən də insan bədənindəki losemiyə nə qədər bənzədiyini və necə ekstra genetik dəyişikliklərlə bağlı olduğunu üzə çıxarır. Yəni siçanların orqanizmindəki xərçəngin xarakterini öyrənirik. Təcrübə modeli olaraq siçanların seçilmə səbəblərinə gəldikdə isə deyim ki, onların genetik quruluşu insanlardakı ilə eyni olmaqdan əlavə, ömürləri çox qısadır. Buna görə də siçanlarda xərçəng daha tez inkişaf edir və alimlər nəticəni illərlə gözləməli olmurlar. Bundan əlavə, siçanı hər yerdən tapmaq mümkündür və bunun üçün çox vəsait xərcləməyə də ehtiyac yoxdur.

- Kəşf etdiyiniz dərmanı hər hansı insana tətbiq etmisiniz və ya nə vaxt bu istəyi həyata keçirməyi düşünürsünüz?

- Hazırladığımız dərmanlar klinik şəraitdə inkişaf etdirilir. Yeri gəlmişkən, bu barədə maraqlandığı məlumatı tapmaq istəyənlər www.clinicaltrials.gov saytına baxa bilərlər. Eyni zamanda dərmanlarımız hələlik inkişaf müstəvisində olduğu üçün insanlara tətbiq etmirik. Güman edirəm, onun insanlara tətbiq olunması üçün hələ 4 - 5 il gözləməliyik.

- Yeni kəşf olunan dərmanlar ABŞ və Avropa ilə müqayisədə digər ölkələrə, o cümlədən Türkiyəyə 4 - 5 il sonra çatır, bunun səbəbi nədir?

- Şirkətlərdə inkişaf etdirilən hər bir dərman Birləşmiş Ştatların Ərzaq və Dərmanların Keyfiyyətinə Nəzarət İdarəsində (FDA) təsdiqlənən kimi bazarlara çıxarılır. O ki qaldı bu dərmanların Türkiyə və ya digər ölkənin bazarlarına çıxarılmasına, bunun üçün həmin dövlətlərin Səhiyyə Nazirliklərindən rəsmi icazə alınmalıdır. Eyni zamanda həmin dövlətlər dərman üçün müəyyən maliyyə xərclərini də öz üzərlərinə götürməlidir. Bu da ki, siz deyən kimi, 4 - 5 il vaxt tələb edir.

- Maraqlıdır, siz Bostonda etdiyiniz kəşfləri niyə Türkiyədə reallaşdırmadınız? Məncə, vətəninizdə bu sahədə nə qədər desəniz, savadlı elm adamı var. Həm siz Türkiyədə qəhrəmana çevrilərdiniz, həm də dövlətiniz daha çox qazanardı...

- Türkiyədə bu cür dərmanları kəşf etmək üçün çox böyük yatırımların qoyulmasına ehtiyac var. "Merck & Co." istənilən bir dərmanı yaratmaq üçün bəlkə də 2 milyard dollar vəsait xərcləyir. Milyonlarca molekul testdən keçirilir və onlardan, sadəcə, 1-i seçilir. Onun da ki, əlavə təsirlərin qarşısını almaq üçün dərmanın tərkibində çox həssas dəyişikliklər edilir. Onu da deyim ki, yeni kəşf olunmuş istənilən dərman öncə hüceyrələrdə, sonra isə siçanların orqanizmində yoxlanılır. Bunların hamısı üçün isə külli miqdarda vəsait tələb olunur. Bundan əlavə, Turkiyədəki dərman firmalarının arasdırma - inkişaf departamentləri yox səviyyəsindədir.

- Necə bilirsiniz, kəşf etdiyiniz dərmanla xərçəng xəstəsinin tam müalicəsinə təminat verirsiniz?

- Xərçəng xəstəliyinin tam müalicəsi indiki zamanda o qədər də inandırıcı görünmür. Bu ancaq insanın immun sistemindən istifadə edərək xərçəng hüceyrələrini leykositlər vasitəsilə öldürməklə mümkündür. Amma bunu etmək çox çətindir. Bizim dərmanımız daha çox xəstəliyin inkişafını yavaşıtmağı və ya qarşısını almağı nəzərdə tutub.

- Sirr deyilsə, kəşfiniz sizə hansı maddi və mənəvi dəyərlər qazandirdi? Hansısa dövlətdən və ya universitetdən sizinlə çalışmaq təklifi gəldimi?

- Maddi olaraq şirkətimiz mütəxəssislərə bonus verir. Mənəvi tərəfinə gəldikdə isə insanları daim dəhşət içində saxlayan bir xəstəliyi məğlub edəcək dərmanı tapmaqdan şərəfli nə ola bilər? Hansısa dövlətdən və ya universitetdən də təklif almamışam. Yeri gəlmişkən, şirkətimiz Massaçusets Texnologiya İnstitutu ilə birlikdə işləyir. Bu institut isə dünyanın ən məşhur məktəblərindəndir.

Vüsal Tağıbəyli

Baxış sayı
Ay ərzində: 20
Bütünlüklə: 1024