Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Ana südü xərçəngə qarşı   |   Ana öpüşü güclü immunitet yaradır   |   Qadınlar daha ağıllıdır   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Xərçəng yox olmaq üzrədir…   |   Uzunömürlülüyün sirri   |   Depressiyanın dərmanı - dondurma   |   Qadınların sevimli yaş dövrü   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Pul saymaq ağrını azaldır   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Linza seçərkən diqqətli olun   |   Kola spermanın tərkibini korlayır   |   Suyu az içmək beyni qocaldır   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Almanı qabıqlı yeyin   |   Sadizmə meyilli olan insan portreti   |   Prostatit və onunla mübarizə   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Ana bətnində 4 gün donduruldu   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Kişilər yoxa çıxacaq   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Nikah gecəsinin sirləri   |   Portağal sümüyü bərkidir   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Arıqladan çimərlik paltarı   |   Su filtrindən süzülən xəstəlik   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   İnsan dərisindən ev   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   
«Tibbi sığorta çox vacibdir»

Türkər Şahinər: «Bu məsələ həm də Azərbaycan səhiyyəsində xidmətlərin səviyyəsini yüksəldə bilər»

Azərbaycanda səhiyyə sistemində müəyyən islahatların aparılmasına baxmayaraq bu sektordakı problemlər həllini tapmış sayıla bilməz. Çünki bu gün də həm dövlət, həm özəl tibb müəssisələrində xəstələrin müalicə almaq hüququ pozulur. Dövlət xəstəxalarında qanunvericiliyə zidd olsa da, vətəndaşlardan yeri gəldi-gəlmədi pul tələb olunur. Məhz bu səbəbdən müəyyən qədər imkanlı vətəndaşlar sağlamlıqlarını xarici həkimlərə etibar edirlər. Bu yaxınlarda Bakıda səfərdə olan Anadolu Sağlamlıq Mərkəzinin sinir sistemi xəstəlikləri üzrə professoru, həkim Türkər Şahinər ilə söhbətimiz təmsil etdiyi xəstəxanada xəstələrin hüquqlarının hansı formada qorunması və digər məsələlər barədə oldu.

- Sizin mərkəzdə xəstələrin sağlamlıq və müalicə almaq hüququ necə qorunur? Pasiyentlərlə xəstəxana rəhbərliyi arasında hansısa müqavilə bağlanırmı?
- Açığı belə bir müqaviləmiz yoxdur. Amma bizim elektron poçt ünvanımız var və vətəndaşlar öz xəstəlikləri, narahatlıqları barədə bizə yaza bilirlər. Həmin məlumatlar bizə çatan kimi internet vasitəsilə həkim məsələhətləri xəstəyə çatdırılır. Məsələn, əgər xəstəyə əməliyyat lazımdırsa, bununla bağlı bütün detallar və xərclər pasiyentə bildirilir. Xəstə təklifləri qəbul edəcəyi təqdirdə, bu məsələ ilə məşğul olan komandamız işə başlayır. Pasiyentin qəbulu ilə bağlı sənədləşdirmə yekunlaşandan sonra isə xəstədən mərkəzimizə köçürüləcək ümumi məbləğin yarısının ödənilməsi istənilir. Məbləğin qalan hissəsini isə xəstə evə buraxılanda ödəyir.

- Azərbaycanda tibbi sığorta ilə bağlı vəziyyət çox acınacaqlıdır. Çünki Azərbaycan vətəndaşlarından yalnız özəl şirkətlərdə işləyənlər tibbi sığortaya malikdir ki, həmin göstərici də çox cüzidir. Bəs, Türkiyədə bu sahədə durum necədir?

- Əslində Azərbaycanda tibbi sığorta ilə bağlı vəziyyətin aşağı səviyyədə olması barədə hələ Türkiyədə olanda eşitmişdim. Amma etiraf edim ki, buna inanmadım, Azərbaycana gələndə isə hər şey aydın oldu. Bu sahədə Türkiyədə durum çox yaxşıdır və müvafiq qanunvericiliyə görə, bütün vətəndaşlarımız sığortalanıb. Düzdür, hökumət sığorta haqlarının yığımında müəyyən çətinliklərlə üzləşir. Demək olar ki, vətəndaşların böyük əksəriyyəti sığorta ödəməkdən yayınırlar. Lakin buna baxmayaraq hökumət öz vətəndaşının sağlamlıq hüququnun təmin olunmasında maraqlıdır. Məsələn, biz özəl mərkəz kimi fəaliyyət göstərsək də, onkoloji bölməmizdə müalicə alan pasiyentlər ciblərindən pul ödəmirlər. Yəni, həmin bölməyə qəbul edilən xəstənin müalicəsi üçün dövlətlə mərkəz arasında anlaşma var. Düzdür, müalicə müqabilində dövlətin xəstəxanaya ödədiyi məbləğ cüzi olsa da, vətəndaşlarımızın sağlamlığı bizim üçün önəmli olduğundan çətinlikləri dəf edirik. Düşünürəm ki, tibbi sığortanın bütün vətəndaşlara tətbiqlənməsi Azərbaycan səhiyyəsində xidmətlərin səviyyəsini yüksəldə bilər.

- Əgər sizin xəstəxanada müalicə alan pasiyent xidmətlərdən narazı qalıb ödədiyi ödənişi geri tələb edirsə, onda məsələ hansı formada həllini tapır?
- Açığını deyim ki, indiyədək bizdə belə hadisə baş verməyib. Çünki ilk başdan heç bir xəstədən tam ödəniş istənilmir. Təbii ki, əgər belə situasiya baş verərsə, məbləğ birmənalı olaraq geri qaytarılır. Çünki Türkiyə qanunvericiliyinə görə, müraciət etdiyi tibb müəssisinin fəaliyyətindən narazı qalan şəxslər ödədikləri məbləği geri qaytarmaq hüququna malikdirlər. Amma bu məsələyə birmənalı yanaşmaq da düzgün deyil. Məsələn, bizim onkoloji mərkəzdə xeyli xəstə müalicə alır və hər kəs bilir ki, bu pasiyentlərdə aparılan prosedurlar sakitləşdirici xarakter daşıyır. Yəni, belə xəstələrin 98 faizində müalicə uğurlu alınmır. Bunu həm xəstənin yaxınları, həm də onu müalicə edən həkim yaxşı dərk edir. Bütün bunların müqabilində hesab edirəm ki, xəstəsini razı sala bilməyən tibb mərkəzi pasiyentdən aldığı vəsaiti mütləq geri qaytarmalıdır.

- Sizin xəstəxana hansı xəstəliklərin müalicəsində daha iddialıdır?
- Anadolu Sağlamlıq Mərkəzi az müzakirə olunan məsələləri gündəmə gətirməkdədir. Biz daha çox xəstəxanalar dolaşaraq fikirləri qarışmış və problemləri həll olunmamış pasiyentləri qəbul edirik. Bu baxımdan onkoloji, hemotoloji və nevroloji sahədə daha iddialıyıq. Çünki bizim xəstəxanada sözügedən problemlərlə bağlı yaradılan mərkəz nəinki Türkiyədə, hətta qonşu ölkələrdə də yoxdur. Bundan başqa heç bir əməliyyat aparmadan beyinin hər hansı hissəsindəki şişi robort cərrahiyyəsi vasitəsilə aradan qaldırırıq. Eyni zamanda, epillepsiya xəstəliyinin müalicəsi istiqamətində də ciddi uğurlarımız var və bu problemi öyrənən xüsusi bölümümüz fəaliyyətdədir. Belə xəstələrin hər hərəkəti kamera vasitəsilə lentə köçürülür. Bununla paralel beyindəki anormal bölgə müəyyənləşdirilir və müalicə təyin olunur. Digər tərəfdən sinir sistemindəki narahatlıqlar nəticəsində yaranan enes xəstəliyinin müalicəsində də müəyyən nailiyyətlər əldə etmişik. Qeyd edim ki, enes xəstəliyi xüsusilə gənc xanımları yaxalayır. Bu xəstəliyin əsas siptomları özünü bayılma formasında göstərir və xəstələrin böyük əksəriyyətində problemi aradan qaldırmağa nail oluruq.

- Türkər bəy, siz epillepsiya və enes xəstəliklərinə toxundunuz və bu problemlərin tamamilə aradan qaldırıla biləcəyini deyirsiniz. Axı, Azərbaycanda yerli həkimlər sözügedən xəstəliklərin müalicəsi olmadığını bildirirlər.
- Əgər belə yanaşma varsa, kökündən yanlışdır. Çünki indi texnologiya o qədər inkişaf edib ki, tibb sahəsində də yeniliklər etmək mümkündür. Əsas məsələ həssas bölgənin müəyyənləşdirilməsi və dəqiq müalicənin təyin edilməsidir.

- Ümumiyyətlə, belə xəstəliklərdə bayılma dövründə ölüm riski nə dərəcədə yüksəkdir?
- Əgər tutmalar yuxudaykən baş verirsə, bu təhlükəli deyil. Amma bununla yanaşı, bayılma dövründə ətrafdakı insanların kənar müdaxiləsi xəstə üçün problem yarada bilər. Məsələn, bayılma zamanı insanlar daha çox xəstənin üzünü sillələyir, sifətinə su tökür. Belə müdaxilələr xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. Yaxşı olar ki, bayılma dövründə xəstəyə heç bir müdaxilə olunmasın. Çünki 5-6 dəqiqə sonra xəstə özünə gələcək.

- Azərbaycandan sizə müraciət edən pasiyentlər olurmu?
- Əlbəttə, bizdə çoxlu sayda azərbaycanlı xəstələr müalicə alır. Elə pasiyentlərimizin əksəriyyəti epillepsiya və enes xəstəliyindən əziyyət çəkənlərdir. Bakıya gəlməmişdən iki gün öncə həmin xəstələrdən birini evə yazdıq.

Sevinc

Baxış sayı
Ay ərzində: 14
Bütünlüklə: 807