Suyu az içmək beyni qocaldır   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Stress qadınların beynini zəiflədir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Yuxusuzluq kökəldir   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Şokolad qan təzyiqini azaldır   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Savadlı ol ürəyin ağrımasın   |   Ana bətnində 4 gün donduruldu   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   İnsulini sprey əvəz edəcək   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Çox oturmağın zərərləri   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Uzunömürlülüyün sirri almadadır   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Ana südü xərçəngə qarşı   |   Saqqız çeynəməyin faydaları   |   Tənhalıq xərçəngə səbəb olur   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Sevgi ürəyə xeyirdir   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   İdman depressiyanın dərmanıdır   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   
Dünyada 33 milyondan artıq şəxs QİÇS-ə yoluxub

"Azərbaycanda bu infeksiyaya qarşı pulsuz tədbirlər həyata keçirilir"

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Kamran Qaraxanovla eksklüziv müsahibə

Dekabrın 1-də dünyanın hər yerində QİÇS-lə mübarizə günü kimi qeyd olunur. Bəşəriyyətin bəlasına çevrilmiş bu xəstəliyin sürətlə yayılmasının qarşısını heç cür almaq mümkün olmur. Dünya alimləri illər boyu tədqiqatlar aparsalar da, hələlik onun dərmanını tapa bilməyiblər.
   Bəs bəşəriyyəti nə gözləyir, bu gün dünyada nə qədər adam bu virusun daşıyıcısıdır, ölüm-itim nə qədərdir, hansı müalicə yolları tapılıb və bu kimi suallarla Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Kamran Qaraxanovla həmsöhbət olduq. Beynəlxalq təşkilatın təmsilçisi ilə müsahibəni diqqətinizə çatdırırıq.
   - Ümumdünya Səhiyyə Təşkilatı və UNAIDS-in 2009-cu ildə HİV üzrə qlobal hesabatına görə, dünyada adıçəkilən infeksiyaya yoluxmuş insanların sayı 33,3 milyon nəfərdir. Onlardan - böyüklərin sayı 30,8 milyon, yaşı 15-dən aşağı olan uşaqların sayı isə 2,5 milyon nəfərdir. Onu da deyək ki, xəstəliyin daşıyıcılarından 15,9 milyon nəfəri qadındır.

   - Sizdə bu xəstəliyin qitələr üzrə yayılma dərəcəsini göstərən məlumatlar varmı?
   - Əlbəttə, var. Çünki bütün dünyada mövcud olan mərkəzlər mütəmadi olaraq məlumatları toplayır və baş qərargaha göndərir. Virusun yayıldığı əraziləri diqqətinizə çatdırıram: şimal ölkələri istisna olmaqla bütün Afrikada (Sub-Saxaran Afrika) 22,5 milyon HİV daşıyıcısı yaşayır. Yaxın və Orta Şərq, eləcə də şimali Afrika ölkələrində 460 min, Cənub və Cənub-Şərqi Asiyada 4,1 milyon, Şərqi Asiyada 770 min, Mərkəzi və Cənubi Amerikada 1,4 milyon, Karib adalarında 240 min, Şərqi Avropa və Mərkəzi Asiyada 1,4 milyon, Qərbi və Mərkəzi Avropada 820 min, Şimali Amerikada 1,5 milyon və Okeaniyada 57 min nəfər bu xəstəliyə yoluxub.

   - İndiyədək dünyada nə qədər adam bu xəstəlikdən dünyasını dəyişib və ən pis vəziyyət hansı ölkələrdə qeydə alınıb?
   - Hələlik builki məlumatlar cəmlənməyib. Amma 2009-cu ilə olan qlobal hesabata görə, bu xəstəlik səbəbindən 1,8 milyon nəfər dünyasını dəyişib. Ölüm halları ən çox gözlənildiyi kimi, Sub-Saxaran Afrika bölgəsində qeydə alınıb - 1,3 milyon fakt.

   - Maraqlıdır, AİDS-in yaranma səbəbləri nədir, bu virusların elmi izahını verə bilərsinizmi?
   - HİV-İİV - insanın immun çatışmazlığı virusu - Lentivirus soyuna, Retroviridae ailəsinə aiddir. İİV virusu insanın orqanizmində əsas CD4, T-limfosit, makrofaq olan immun hüceyrələri zədələyir. Hüceyrəyə daxil olan virus orada çoxalmağa başlayaraq hüceyrəni dağıdır. Uzun müddət davam edən bu proses immun hüceyrələrinin azalmasına və immun sisteminin zəifləməsinə səbəb olur. Nəticədə İİV infeksiyasının son mərhələsində - AİDS - QİÇS - qazanılmış immun çatışmazlığı sindromu yaranır.

   - Bu xəstəliyin yayılma yolları - qanla keçmə, cinsi əlaqə, eyni şprisdən təkrar istifadə və sairlə keçməsi barədə çox eşitmişik. Maraqlıdır ki, xəstəliyin daha çox tüğyan etdiyi yer deyəndə də hər kəs Afrikanın adını çəkir. Buna səbəb nədir?
   - Rəqəmlərə nəzər salanda görünür ki, Afrika dünyada HİV infeksiyasının ən geniş yayıldığı qitədir. Bu da həmin qitədə kasıbçılıq, insanların yetərincə maariflənməməsi, səhiyyənin inkişaf etməməsi və sair hallarla bağlıdır.

   - Bu xəstəliyin daha sürətlə yayılmasına insanların coğrafi baxımdan isti və ya soyuq qurşaqlarda yaşamalarının təsiri varmı?
   - Xeyr, bu xəstəliyin yayılması təbii-coğrafi amillərlə əlaqəli deyil.

   - İndiyədək AIDS-in dərmanı nə üçün tapılmayıb, ümumiyyətlə, bu istiqamətdə nə kimi işlər görülür?
   - Hazırda dünyada AİDS-in müalicəsi və profilaktikası üçün "antiretroviral" adlanan dərmanlar mövcuddur. Məhz bu dərmanlar virusun insanın bədənindən tam yox edilməsinə nail ola bilməsə də, hər halda, onların çoxalmasının qarşısını alır. Nəticədə də virus yükü aşağı düşür və insanların vəziyyəti sabitləşir. HİV infeksiyasının anadan uşağa keçməməsi üçün profilaktika vaxtında aparılanda uşaqların sağlam doğulması müşahidə olunur və bu infeksiyanın yoluxma risqi 2 faizə qədər azalır.

   - Sizcə, hazırda dunya uzrə bu xəstəliklə mübarizəyə nə qədər vəsait xərclənib? Ümumiyyətlə, bunun üçün ildə nə qədər pul ayrılır? Həm də burada ən çox vəsait xərcləyən 5 dövlətin adını sıralaya bilərsinizmi?
   - Konkret nə qədər vəsait xərclənməsi barədə əlimdə məlumat olmasa da, hər halda bu sahədə böyük işlər görülür. Dünya üzrə bu xəstəliklə mübarizə aparmaq və digər ölkələrə yardım etmək məqsədi ilə ABŞ, Kanada, Rusiya və sair ölkələr də daim vəsait ayırmaqla dəstək göstərirlər.

   - Bu xəstəliklə bağlı Azərbaycanda vəziyyət necədir?
   - Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu infeksiyaya qarşı lazımi tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi və ona tabe olan Respublika QiÇS-lə mübarizə mərkəzi tərəfindən əhaliyə HİV və AİDS-lə əlaqədar müayinə, müalicə, profilaktik dəstək göstərilir. Özü də Azərbaycanda bu kimi işlər əhali üçün pulsuz aparılır.

   - Donor dövlətlərin Azərbaycana yardımları nədən ibarətdir və xəstəliyin yayılmasının qarşısını almaq istiqamətində bu ölkədə gördükləri işlərdən razısınızmı?
   - Donor təşkilatların yaranması və dünya ölkələrinə dəstək göstərmənin məqsədi HİV infeksiyasının yayılmasının, eləcə də AİDS-dən ölmə hallarının azaldılmasıdır.

   - Bir məsələ də maraqlıdır: bu xəstəliyə yoluxan insanların adları ictimaiyyətdən gizlədilir. Sizcə, buna ehtiyac varmı? Ümumiyyətlə, sizə elə gəlmirmi ki, o adamların adını açıqlamaq əslində digər insanları onlarla ünsiyyətdən qaçırar və nəticədə də xəstəliyin yayılmasına müəyyən müsbət təsir edər?
   - HİV infeksiyasına hər bir insan yaşından, milliyyətindən, irqindən, dinindən, sosial vəziyyətindən, yaşadığı yerdən asılı olmayaraq yoluxa bilər. Eyni zamanda, hər bir yoluxmuş şəxs hamı kimi insan hüquqlarına malikdir. HİV infeksiyasının yoluxma yollarından məlumatlı olan hər kəs özünü bu təhlükə ilə üzləşməkdən qoruya bilər. Odur ki cəmiyyətin kütləvi informasiya vasitələri ilə maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği, HİV-lə xəstələnmə yolları haqqında və bu viruslara yoluxmadan qorunmaq vasitələri haqqında məlumatların verilməsi vacibdir. Bir məsələ də var ki, HİV istənilən yolla insandan-insana keçmir. Məsələn: öpüş, əlsıxma və toxunmaq, öskürmə və asqırma, ümumi qablardan, ümumi ayaqyolundan istifadə, həşərat sancması, yataq və digər şəxsi əşyalardan yararlanmaq və sair təhlükə törətmir.

   - Necə bilirsiniz, AİDS-lə mübarizə təxminən nə vaxt səmərə verəcək, yəni xəstəliyin yaranma səbəbləri və təbii ki, dərmanı nə vaxt tapılacaq?
   - Birləşmiş Millətlər Təşkilatının minilliyin məqsədlərindən biri olan HİV/AİDS və onunla əlaqədar bütün dünyada geniş aparılan tədbirlər nəticəsində bu infeksiyaya yoluxmaq, eləcə də AİDS-dən ölüm hadisələri təxminən 20 faizədək azalıb. Bunu çıxışında UNAİDS-in icraedici direktoru və Birləşmiş Millətlər Təşkilatı baş katibinin müavini Mişel Sidibe də qeyd edib. Bu faktlar isə dünya üzrə sabitləşməni göstərir.

   - Son olaraq insanlara nəyi məsləhət görərdiniz: nə etsinlər ki, bu xəstəliyə yoluxmaq risqindən uzaq olsunlar?
   - Bir sıra amil var ki, öz yaşamlarına tətbiq etməlidirlər. Bunlara aiddir: sağlam həyat tərzi sürmək, təsadüfi cinsi əlaqələrdən çəkinmək, cinsi əlaqə zamanı qoruyucu vasitələrdən yararlanmaq, steril iynələrdən və alətlərdən istifadə etmək, tamamilə narkotiklərdən uzaq durmaq. Əgər bunlara riayət olunsa, insan özünü yoluxma təhlükəsindən sığortalaya bilər.

Vüsal Tağıbəyli

Baxış sayı
Ay ərzində: 16
Bütünlüklə: 1645