Çiyələk gümrahlığı artırır   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Köklük insult riskini artırır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Oturaq iş qadınları qocaldır   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Ev işləri erkən doğum risqini artırır   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Həkimlərdən qeyri-adi cəza   |   Saqqız çeynəməyin faydaları   |   Dünyanın ən xeyirli mətbəxləri   |   İnsan dərisindən ev   |   Sadizmə meyilli olan insan portreti   |   Autizm dünyanın sonu deyil   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Sevgi ürəyə xeyirdir   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Ramazan ayında necə qidalanmalı?   |   Prostatit və onunla mübarizə   |   Yuxusuzluq kökəldir   |   Müasir xanımlar çox yaşayır   |   Uzunömürlülüyün sirri   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Depressiya görməni zəiflədir   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Xərçəngi insan yaradıb?   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Suyu az içmək beyni qocaldır   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Pul saymaq ağrını azaldır   |   B6 vitamini xərçəng risqini azaldır   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Linza seçərkən diqqətli olun   |   Su filtrindən süzülən xəstəlik   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   
"Uğurlarımızın təməlində qarşılıqlı inam dayanır"

Rəşad Mahmudov: "İndi birgünlük körpə üzərində də açıq ürək əməliyyatı aparmağa qadirik"

Son illər Azərbaycan səhiyyəsinin sürətlə inkişaf edən sahələrindən biri də kardiocərrahiyyə sahəsidir. Bu sahənin ən tanınmış isimlərindən biri isə ürək-damar cərrahı Rəşad Mahmudovdur.
R.Mahmudov Türkiyə Cümhuriyyətinin 9 Eylül Universitetinin tibb fakültəsində və Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil alıb. 2003-cü ildən 2005-ci ilədək Türkiyənin müxtəlif tibb ocaqlarında ürək-damar cərrahı kimi çalışıb. 2005-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının "Ürək-damar cərrahiyəsi şöbəsi"nin müdiri və ürək-damar cərrahı işləyir. 5 minə yaxın yaşlı və uşaqlarda açıq ürək əməliyyatları aparıb. 2006-cı ildən Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının sədri olaraq Azərbaycanda 7 beynəlxalq konfransın təşkilatçısı olub. Ölkə başçısı İlham Əliyev tərəfindən "Tərəqqi" medalı və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən "Qızıl çinar" mükafatı ilə təltif olunub.

- Gənc yaşında hər adama bu qədər uğur qazanmaq nəsib olmur. Bəlkə uğurunzun formulunu açıqlayasınız? Hər şey insanın özündənmi asılıdır, yoxsa bu bir şansdır?

- Fikirləşirəm ki, Allahın da, bu ölkənin də şanslı övladlarındanıq. İndi bəyənməsək belə, mənfilərin yanında müsbət dəyərləri olan Sovetlər Birliyində doğulmağımın mənim üçün böyük üstünlükləri olub. SSRİ erası bitər-bitməz Türkiyə mühitinə düşməyimiz mənə və mənimlə bu ölkəyə təhsil alamğa gedən bir neçə tələbə həmkarıma milli dəyərləri, dinə baxışı, ədəb-ərkanı öyrətdi. Düşünürəm ki, insanın formalaşması üçün cəmiyyətin rolu çox önəmlidir. Bütün bunlar, təbii ki, Allahın yazısı idi. Azərbaycandakı saf müəlləlimlərimdən aldığım təhsil və Türkiyə cəmiyyətində qazandığım dünyagörüşünün də uğurlarımda yeri var.

- Uğurlarınızın böyük bir qismini Türkiydə qazandığınız halda, Azərbaycana dönmək istəyi haradan yarandı?

- Həmin dönəmlər Azərbaycanda ürək cərrahiyyəsinin tənəzzülə uğradığı bir vaxtlar idi və tez bir zamanda bu işə başlamaq və bu sahəni inkişaf etdirmək məcburiyyətindəydik. 15 il müddətinə xarcidə olduğum dövr ərzində də bütün planlarımı yalnız bir nəticə üzərində qurmuşdum - sonunda Azərbaycana dönmək. Bir gün dönmək haqqında qərar verdim və ilk olaraq qarşıma çıxan adam, adı Azərbaycan səhiyyəsi tarixinə yaradıcı bir insan kimi düşən Fəxrəddin Cavadov oldu. Onun xaricdən gələn ilk kadr olaraq mənə burada çalışmağıma imkan yaratması da sonrakı uğurlarıma stimul verdi. Beləliklə, 2005-ci il mayın 9-da ilk dəfə olaraq körpə uşağın üzərində ürək əməliyyatı tətbiq etdik. Bu gün isə artıq etdiyimiz açıq ürək əməliyyatının sayı 5 minə yaxınlaşıb. Geriyə baxdığımda qürur hissi ilə gözəl hisslər yaşayıram.

- Bu gün Azərbaycan üçün mütəxəssisin formalaşma dövrü bir az fərqli qəbul olunur. Çoxları elə düşünür ki, insan ancaq yaşlandıqca müəkəmməl ola bilər. Gənc mütəxəssis olaraq insanların inamını qazanmaq, yəqin ki, sizin üçün də çətin oldu?

- Avropa və Amerika tibbinin qəbul etdiyi bir qayda var və həmin qaydaya görə, həkimin formalaşma dövrü 30 yaşınadəkdir. Həkim 35 yaşına qədər ən gözəl işlərini ortaya qoymalı, 35-dən sonra etdiklərinin nəticəsi olaraq adı yüksəlməli, 40 yaşında isə artıq adına işləməyə başlamalıdır.

- Sizin həyatınıza nəzər saldıqda demək olarmı ki, həyatınızı bu qaydalara uyğun qurmusunuz?

- Dünyanın həqiqəti budur və gələcəyini qurmaq istəyən şəxsin bu qaydaları həyatında tətbiq etməsi pis olmazdı. Əvvəllər mənim bir xəstəni əməliyyat etmək üçün onu inandırmağım günlərlə çəkə bilirdi. Amma indi insanlar "qərarın nədirsə, onu edin" deyirlər. Mən arzulayıram ki, xəstə-pasiyent olaraq bizim bir-birimizə olan inamımız heç vaxt itməsin və çalışaq bu inamı qoruyaq. Elə nailiyyətlərimizin təməlində də qarşılıqlı inam dayanır. İndi birgünlük körpə uzərində də açıq ürək əməliyyatı aparmağa qadirik, 95 yaşlı bir insan üzərində də. Düşünrəm ki, səhiyyədə hər gün yeniliklər olmalıdır. Biz inanırdıq və sonunda inancımızın boşuna olmadığını gördük. Bu gün azərbaycanlı xəstə inanır ki, artıq öz ölkəsində şəfa tapacaq, gənc həkim də fikirləşir ki, onun işləməsi üçün günü-gündən müasir tələblərə cavab verən mərkəzlər açılır, buyursun işləsin, gələcəyini təmin etsin.

- Azərbaycanda əhalinin kardiocərrahiyyəyə olan tələbatı hansı formada ödənilir?

- Bu gün dünyanın bütün ölkələrində ürək-damar xəstəlikləri ilk yerdə dayanır. Əvvəllər Azərbaycanda diaqnostik mərkəzlər müasir tibbin imkanlarına uyğun olmadığından xəstələrə zamanında diaqnoz qoyulmurdu və diaqnoz qoyulsa belə, onun sağalma imkanları aşağı idi. Əslində, bu gün də Azərbaycanda il ərzində olunası açıq ürək əməliyyatlarının sayı 8 min, lazımi yardım göstərilməli olanların sayı 15 mindir. 12 mindən artıq insanın isə ürəyi anadangəlmə ürək qüsurludur və bütün bunlar onu göstərir ki, ölkədəki mövcud diaqnostik mərkəzlərin sayəsində işlərin ancaq 1/8-ni həyata keçirə bilirik. Amma ümidverici haldır ki, son illərdə ölüm halları azalıb. Müasir tipli xəstəxanaların qurulması və burada ürək-damar xəstəliklərinin müasir diaqnostikası, müalicəsi metodlarının geniş bir şəkildə tətbiq olunmağa başlanması müsbət nəticələrə səbəb olur.

- Ürək xəstəliklərində sosial təbəqələşmə faktorunun rolu nə dərəcədədir?

- Aparılan müşahidələrə əsasən deyə bilərəm ki, bizə müraciət edənlər arasında hər iki təbəqənin nümayəndələri kifayət qədərdir. Əslində, özünü infarkta, ürək-damar xəstəlikləri risqinə məruz qoyanların çoxu məhz varlı və imkanlı şəxsdir. Gərgin iş həyatı, stresslər, həyəcan, düzgün qidalanmamaq, piylənmə, siqaret kimi risk faktorları imkanlı şəxslər arasında daha çoxdur. Sosial təbəqələşmənin ən çox təsir etdiyi anadangəlmə ürək qüsurlarıdır. Bunun əsas səbəblərindən biri də hamiləlik zamanı müayinələrin aparılmaması, yerli-yersiz dərmanların qəbuludur. Belə olanda uşağın ürəyində qüsur yaranır. Ürəyin işemik xəstəlikləri içərisində də sosial təbəqələşmənin rolu var. Bu xəstəlikdən əziyyət çəkməyən aktiv həyat tərzi sürənlərdir. Aparılan müşahidələr də onu göstərir ki, hansısa kənd yerində yaşayan, davamlı şəkildə fiziki işlə məşğul olanlarda bu xəstəliyə az hallarda rast gəlinir və əgər olsa belə, müalicəsi çox asandır. Amma bir həqiqət var ki, ürək xəstəliklərində sosial təbəqələşmə Azərbaycan reallığında daha çox passiv həyat tərzi sürənlərdə müşahidə olunur.

- Azərbaycanda ilk dəfə həyata keçirilməsinə başlanılan ürək əməliyyatından 50 ildən artıq vaxt ötür. Bu həm də Qafqazda ilk hadisə olub. Ola bilərmi ki, kardiologiyanın indiki uğurlarının təməlində elə o dövrdə də bu sahənin öndə olması dayansın?

- Bu, həqiqətən də, belədir. Çünki hələ sovetlər dönəmində Azərbaycanın bu sahədəki uğurları çox olub. Əməliyyatlara kütləvi şəkildə 1978-ci ildə cərrah Fikrət Zərgərli tərəfindən başlanılıb və həmin dövrdə yaranmış Zərgərli məktəbi həm də ümumilikdə Sovetlər Birliyinin bütün dünyada fəxrlə adını çəkdiyi işlər görüb. Düşünürəm ki, belə bir məktəbin sonrası da həmişə inkişafda olan bir sahə olmalıydı. Gələcəkdə Azərbaycanda kardiologiyanın tarixi və inkişfı ilə bağlı həyata keçirəcəyimiz planlarımız var.

- İnsanlar nə etməlidirlər ki, ürək xəstəliklərindən uzaq olsunlar?

- Sağlam həyat tərzi sürən ölkələrdə ürək-damar xəstəliklərindən fəsadlaşmalar daha az olur. Sağlam və keyfiyyətli, o cümlədən uzun ömür yaşamaq istəyənlər düzgün qidalanmalı, axşam sat 6-7-dən sonra yeməməli, zərərli vərdişlərdən uzaq olmalı və hər gün yarım saat bədən tərbiyəsinə xüsusi vaxt ayırmalıdır. Bir çox hallarda iş rejimi buna əməl etməyə imkan vermir, amma bütün bunlar bəhanə ola bilməz. Allahın bizə vermiş olduğu ən gözəl nemət can sağlığıdır.

- İnsanın üzünə baxıb ürəyindəkilərdən xəbər tutmaq olarmı?

- Düzdür, belə inanclar var, amma bu gün aktual deyil. İndi elə yeniliklər var ki, xəstəliyi bilmək, onların köməyinə arxalanmaq yetərlidir. Təbii ki, həkimlik ilk olaraq özünü onda göstərir ki, xəstənin üzünə baxıb onun dərdini hiss edə biləsən.

 

Naibə Qurbanova

Baxış sayı
Ay ərzində: 12
Bütünlüklə: 856