İnternet qocalmanı sürətləndirir   |   Uzunömürlülüyün sirri almadadır   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Gəzinti ən yaxşı idmandır   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Depressiyanın dərmanı - dondurma   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Saqqız çeynəməyin faydaları   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Boşanma kişilərə də təsir edir   |   Sevgi ürəyə xeyirdir   |   Partenofiliya - bakirə qızlara meyl   |   3D ürək bulandırır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Qadınların sevimli yaş dövrü   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Qadınlar yatanda arıqlayır   |   Çili bibərləri ağrıkəsicidir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   B6 vitamini xərçəng risqini azaldır   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Yuxusuzluq kökəldir   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Yemiş stressin dərmanıdır   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   29 yaşında nənə oldu   |   
"Hər bir ağır xəstəlik yüngül əlamətlərlə başlayır"

Elxan Yaqubov: "Əgər xəstə ilə həkim bir olarsa xəstəliyə asanlıqla qalib gəlmək olar"

- Elxan müəllim, son illər səhiyyə sahəsində aparılan islahatları necə dəyərləndirirsiniz?
- Son illər səhiyyə sahəsində mühüm işlər görülür, yeni islahatlar həyata keçirilir. Sevindirici haldır ki, bu sahəyə dövlətin diqqət və qayğısı gündən-günə artır. Hər il yüzlərcə tələbə xarici ölkələrdə təhsil almağa göndərilir və nəticədə səhiyyə sahəsində ən müasir tibbi avadanlıqlarla işləyə bilən yüksək ixtisaslı kadrlar hazırlanır. Son zamanlar dövlət xəstəxanaları təmir olunaraq, müasir tibbi avadanlıqlarla təchiz edilib. Tibbin sürətlə inkişaf etdiyi bir zamanda ən müasir avadanlıqlarla işləyə bilən mütəxəssislərə ehtiyac artır. Bu cür mütəxəssislərin yetişdirilməsi üçün uzun illər tələb olunur. Ümidvaram ki, yaxın günlərdə bu cür yüksək ixtisaslı kadrları ölkəmizdə yetişdirən xüsusi məktəb yaradılacaqdır. "Bioloji təbabət" klinikası olaraq biz də, Azərbaycanda bioloji təbabət elmini inkişaf etdiririk. Qeyd edim ki, bioloji təbabət dünyanın 60-a yaxın ölkəsində tətbiq olunur, mərkəzi isə Almaniyada yerləşir. Məlumat üçün bildirim ki, bu elm Almaniyada - 1936, Rusiyada - 1993, Ukraynada - 1995, Gürcüstanda - 1996, Azərbaycanda isə 2001-ci ildən etibarən tətbiq edilir. Rəhbəri olduğum klinikanı açmazdan qabaq, tibbin bu sahəsində nailiyyətlər əldə edə biləcək yüksək ixtisaslı kadrları hazırlamaq qarşımızda duran başlıca vəzifə idi. Azərbaycanda isə 2001-ci ilə qədər bu cür mütəxəssislər demək olar ki, yox idi və onların hazırlanması üçün uzun illər tələb olunurdu. Bioloji təbabət tibbin yeni və müasir sahəsi olduğundan Almaniya, Ukrayna, Rusiyadan yüksək ixtisaslı mütəxəssisləri Azərbaycana dəvət edərək seminarlar keçirdik. Bununla yanaşı, bioloji təbabətin elmi prinsiplərini öz təcrübələrində tətbiq edən həkimləri xarici ölkələrdə təşkil olunan müxtəlif elmi-praktik kurslara göndərdik. Müəyyən ixtisaslar üzrə mütəxəssislər hazırladıqdan sonra onların elmi-praktik biliklərini digər həkimlərə çatdırmaq üçün mühazirələr təşkil olundu. Artıq 2005-ci ildən etibarən Azərbaycanda öz mütəxəssislərimizin iştirakı ilə müntəzəm olaraq bioloji təbabət üzrə elmi-praktik seminarlar keçirməyə başladıq. Qeyd edim ki, bioloji təbabət üzrə elmi-praktik seminarların ümumi proqramı 1500 saatı əhatə edir və mərhələli şəkildə həyata keçirilir. Artıq ölkəmizdə 400 saatdan çox seminar keçirilib. İndiyə qədər bu kurslarda 2127 həkim iştirak edib. 2009-cu ilin fevralından başlayaraq "BİOLOJİ TƏBABƏT" klinikası fəaliyyət göstərir. Qeyd edim ki, bioloji təbabət orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir müalicə metodur. Bioloji təbabət digər müalicə metodlarından fərqli olaraq, xəstəliyi deyil, xəstəni müalicə edir. Yəni müalicə fərdi olaraq seçilir, müalicədə yalnız təbii tərkibli potensiyalaşdırılmış dərman preparatlarından istifadə edilir. Müalicə zamanı digər orqan və toxumalar zədələnmir.
Lakin kimyəvi dərmanlarla müalicə zamanı xəstəlik əlamətləri müvəqqəti olaraq aradan qaldırılır, müalicə əvəzinə xəstəlik gizli hala keçirilir. Xəstəlik gizli surətdə inkişaf etdiyi üçün elə bir həddə çatır ki, onun qarşısını almaq mümkün olmur. Bununla yanaşı, kimyəvi dərmanların zərərli təsiri nəticəsində sağlam orqan və toxumalar zədələnir.

- Gəlin nəzərə alaq ki, son illər özəl tibb müəssisələrinin sayının artmasına baxmayaraq, ölkəmizdə əhalinin sağlamlıq durumu ürəkaçan vəziyyətdə deyil. Siz bunu nə ilə əlaqələndirərdiniz?
- Əhalinin sağlamlıq durumu müxtəlif səbəblərdən asılıdır. Bunu yalnız müalicə ilə əlaqələndirmək olmaz. Xəstəliklərin meydana çıxmasında ekoloji, sosial amillər və düzgün qidalanmama böyük rol oynayır.

- Ümumiyyətlə, özəl klinikalarda xidmətlərin baha olması bildirilir. Bu haqda nə deyə bilərsiniz?
- Biz tez-tez inkişaf etmiş ölkələrdə səhiyyə idarələri tərəfindən təşkil olunan seminarlarda iştirak edirik. Burada müalicə işinin təşkili haqda mövcud olan ən son nailiyyətlərdən yararlanmağa çalışırıq. Məsələn, Yaponiyada müalicəyə sərf olunan maddi vəsaitin 50%-i xəstəliyin diaqnostikasına, 30%-i tibbi personalın xidmətinə, yerdə qalan 20%-i isə müalicədə istifadə olunan dərmanlara sərf olunur. Buradan göründüyü kimi, müalicədə xəstəliyin düzgün diaqnostikasına xüsusi diqqət yetirilir. Artıq Azərbaycanda da səhiyyə bu sistem üzrə işləməyə çalışır. Amma təəssüflər olsun ki, çox zaman xəstələr bunu başa düşmürlər. Xəstəni instrumental müayinəyə göndərən zaman o, diaqnostikaya sərf etdiyi xərcə görə narahat olur. Belə olan halda, düzgün diaqnoz qoyulmur, nəticədə müalicədən heç bir effekt əldə edilmir. Keyfiyyətli diaqnostik aparatlar xarici ölkələrdən gətirildiyi üçün bahalı olur. Bacarıqlı mütəxəssisə isə yüksək səviyyədə əmək haqqı verilməlidir. Nəticədə müalicəyə sərf olunan xərc böyük olur. Belə ki, xidmət göstərən yüksək əmək haqqı tələb edir, pasiyent isə az pul ödəmək istəyir. Ona görə də əhali arasında qeyd etdiyiniz fikrin formalaşması tamamilə təbii haldır.

- Maraqlıdır, sizi başqa özəl klinikalardan fərqləndirən əsas xüsusiyyət nədir?
- "Bioloji təbabət" klinikası həftənin yeddi günü fəaliyyət göstərir. Dövlət idarələrində işləyən və həftə ərzində həkimə müraciət etmək imkanına sahib olmayan insanlar bazar günləri bu klinikada müayinədən keçərək müalicə oluna bilirlər. Qeyd edim ki, xəstəlik nə qədər tez aşkar olunarsa müalicəyə bir o qədər az vaxt və az vəsait sərf olunar. Məsələn, 30 il hansısa bir xəstəlikdən əziyyət çəkən xəstə 1 ay ərzində müalicə olunub sağalmaq istəyir. Təəssüflər olsun ki, əhalinin tibbi maarifləndirilməsi aşağı səviyyədə olduğu üçün insanların əksəriyyəti bunu başa düşmürlər. Əgər pasiyent 30 il hər hansı bir xəstəlikdən əziyyət çəkibsə, onda o mərhələli şəkildə ən az 3 il müddətində müalicə olunmalıdır. "Bioloji təbabət" klinikasında yalnız xəstə orqan deyil, bütöv orqanizm müalicə olunur. Müalicədə bitki, heyvan mənşəli komponentlərdən, göbələklərdən, təbii minerallardan, katalizatorlardan, canlı və zəiflədilmiş mikroorqanizmlərdən, insan orqanizmində gedən kimyəvi reaksiyaların aralıq məhsullarından əldə edilən və Almaniyada müasir texnologiya ilə istehsal olunan dərman preparatlarından istifadə edilir və bu preparatlar "Biopunktura", "Homeosiniatriya", "Mezoterapiya" və bu kimi üsullarla orqanizmə yeridilir. Bu klinika alman mütəxəssisləri ilə sıx əməkdaşlıq şəraitində işləyir. Mütəmadi olaraq ayda 1 dəfə klinikaya dəvət olunan alman mütəxəssislərinin iştirakı ilə xəstələrin müalicəsi və müayinəsi təşkil olunur, seminarlar keçirilir. Klinikanın həkimləri isə bütün tədbirlərdə yaxından iştirak edir. Bizim əsas məqsədimiz xarici ölkələrdən hər hansı bir mütəxəssisi daimi olaraq gətirmək deyil, əksinə, həmin mütəxəssislərin təcrübəsindən yararlanaraq öz kadrlarımızı yetişdirməkdir. Belə olan halda, digər xarici ölkələrdən mütəxəssis gətirməyə ehtiyac qalmayacaq. Necə ki, əvvəllər xarici ölkələrdən bioloji təbabətlə bağlı seminarlar keçirmək üçün ölkəmizə mütəxəssislər dəvət olunurdusa, indi isə əksinə, bizim mütəxəssislərimiz müxtəlif xarici ölkələrdə keçirilən seminarlara dəvət olunur. Artıq klinikada hormonal asılılıq, psoriaz, artroz, bronxial astma, miqren, qırmızı qurdeşənəyi, trofik yara, qeyri-spesifik xoralı kolit, uşaqlıq mioması və digər xroniki xəstəliklər uğurla müalicə olunur. Dini bayram günlərində klinikada müayinələr pulsuz həyata keçirilir. Aztəminatlı ailələr üçün xüsusi güzəştlərimiz nəzərdə tutulur.Yuxarıda sadaladığım bütün xüsusiyyətlər bizi digər klinikalardan fərqləndirir.

- Klinikanıza müraciət edən xəstələr daha çox nədən şikayət edirlər?
- Əsasən başgicəllənməsi, oynaqlarda ağrı və hərəkət məhdudluğu, dəri, qaraciyər, böyrək xəstəlikləri ilə bağlı müraciətlər daxil olur.

- Sonda, oxucularımıza sağlamlığın qorunması ilə bağlı nələri təklif edərdiniz?
- Hər bir ağır xəstəlik yüngül əlamətlərlə başlayır. Buna görə də təklif edərdim ki, heç bir xəstəliyə və xəstəlik əlamətinə biganə yanaşmasınlar. Tibb sahəsində belə bir deyim var: üçbucağın bir tərəfində həkim, bir tərəfində xəstə, o biri tərəfində isə xəstəlik durur. Əgər xəstə ilə həkim bir olarsa, xəstəliyə asanlıqla qalib gəlmək olar. Əksinə, xəstəlik ilə xəstə bir olarsa, əlbəttə ki, xəstəlik qalib gələcək...

Cəfər Mənsimi

Baxış sayı
Ay ərzində: 18
Bütünlüklə: 3148