Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Uzunömürlülüyün sirri almadadır   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Saqqız çeynəməyin faydaları   |   Tüstüsüz siqaret kəşf edildi   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Xərçəngi insan yaradıb?   |   Kişilər yoxa çıxacaq   |   Təzyiq altında yaşamayın   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Boşanma kişilərə də təsir edir   |   Qadınlar, qəhvə için!   |   Pul saymaq ağrını azaldır   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Ayaqlarınız xarakterinizdən danışır   |   Nikah gecəsinin sirləri   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Arıqladan çimərlik paltarı   |   Ana südü xərçəngə qarşı   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   3D ürək bulandırır   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Pula qarşı allergiyası olan insan   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Yaşın fərqi varmış   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Yuxusuzluq kökəldir   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Partenofiliya - bakirə qızlara meyl   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Balığın sağlamlığınıza faydaları   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Soğan yemək beyini gücləndirir   |   Enli budlar sağlam ürəyə işarədir   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Qadınların sevimli yaş dövrü   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Portağal sümüyü bərkidir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   
Loğman da təbiətdədir, dərman da...

Süleyman Qaradağlı: "Elə bir dərd yoxdur ki, onun təbiətdə müalicəsi olmasın"

Son vaxtlar insanların xalq təbabəti üsulları ilə müalicə olunmağa üstünlük verməsi müşahidə edilir. Bu səbəbdən kütləvi informasiya vasitələrində bu mövzuya tez-tez müraciət olunur. "Herba Flora" jurnalında da xalq təbabəti ilə müalicə üsulları oxuculara təqdim olunur.

Qeyd edək ki, jurnal eyniadlı firmaya məxsusdur. Ayda 1 dəfə çap olunan nəşrdə xalq təbabəti üsulları ilə müalicə barədə oxuculara məlumat verməklə yanaşı, peşəkar həkimlərin məsləhətləri də yer alıb. Müsahibimiz "Herba Flora" jurnalının redaktoru Süleyman Qaradağlı ilə sözügedən jurnal və ümumilikdə xalq təbabəti barədə söhbətləşdik. S.Qaradağlı Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirib. Uzun illər mətbuatda - "Səhər", "Panorama" qəzetlərində çalışan müsahibimiz "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatıdır. "İşartıdan işığadək" və "Doymadım bu dünyadan" adlı kitabların müəllifidir.

- Əvvəlcə redaktoru olduğunuz jurnal haqqında məlumat verərdiniz...

- 2 ildir bu jurnal çıxır və 1 ildir mən orada çalışıram. Dərman bitkiləri və müalicəvi çaylar istehsal edən "Herba Flora" firmasının jurnalıdır. Firmanın özünün 130 adda məhsulu var. Məqsəd bitkilərlə müalicə üsullarını təbliğ etmək, camaata xalq təbabəti ilə şəfa tapmağın yollarını göstərməkdir. Hələ sovet dönəmində kimyəvi preparatlarla müalicə uzun illər xalq təbabətini kölgədə qoyub. Bunun nəticəsidir ki, bizdə bu sahə ətraflı öyrənilməyib və hər xəstəlikdən ötrü gərək həkimə müraciət edəsən. Amma hamının həkimə getmək imkanı yoxdur.

- Süleyman müəllim, xalq təbabətinə olunan müraciətlərin çoxluğu həkimlərə inamsızlığı ehtiva etmir ki?..

- Həkimi heç kəs inkar etmir və bu sənət müqəddəsdir. Amma indi müalicə almaq çox çətindir. Əvvəla, savadlı həkimlərimizin sayı çox azdır, bunu danmaq olmaz. Digər tərəfdən müayinə və müalicə çox bahadır. Dərmanların qiyməti günbəgün qalxır. Ən acınacaqlısı isə saxta dərmanların geniş yayılmasıdır. Nəticədə insanlar müalicənin təsirsizliyindən xalq təbabətinə müraciət etməli olur. Bütün dünya bitkilərlə müalicəyə üz tutub. Elə bir dərd yoxdur ki, onun təbiətdə müalicəsi olmasın. Hazırda ölkəmizdə xalq təbabəti klinikasının açılmasının tam zamanıdır. Təbii ki, fırıldaqçılar yox, bu işi bilən adamlar orada çalışmaqla insanlara kömək etməlidirlər. Mən Ürfan Cabbarzadə adlı kimyaçı xanım tanıyıram. Özünün dediyinə görə, o, ürək-damar sistemində kirəcləşmənin təbii yolla qarşısını almağı bacarır. Halbuki bunun qiyməti tibbi yolla 5-10 min manatadəkdir. Bundan başqa, çoxları bilir ki, Azərbaycanda haymoriti ancaq təbii otlardan istifadə etməklə sağaldan Rafiq adlı məşhur bir həkim var - Saatlı rayonunda yaşayır. Bu cür mütəxəssislər insanlara kömək olur. Kimyəvi dərmanlar bir orqana xeyir verəndə digərinə də ziyan verir. Xalq təbabəti isə xeyir etməsə də, ziyanı da olmur.

- Əksər həkimlər deyir ki, xəstəliklərin çoxu düzgün qidalanmama nəticəsində yaranan maddələr mübadiləsi pozğunluğundan əmələ gəlir...

- Həqiqətən də insanın uzun ömür sürməsi, sağlam olması üçün yeganə resept var - o da dadlı-ləzzətli yeməklərdən imtina etməkdən, düzgün həyat tərzi sürməkdən və təbii qidalardan qidalanmaqdan ibarətdir. Amma biz yenə də həkimin sözünə baxmırıq - gedib yenə kabab yeyirik, araq içirik, siqaret çəkirik. İnsan nə qədər dadlı-ləzzətli yeyirsə, öz ömrünə o qədər də balta çalmış olur.

- Orqanizm üçün daha çox hansı məhsulların qəbulu faydalıdır?

 - Mən bu suala Məhəmməd peyğəmbərin bitkilərlə bağlı dedikləri ilə cavab vermək istərdim. Peyğəmbərimiz buyurub ki, yerdə göyərən hər bir bitkidə şəfa və xəstəlik var. O deyirdi ki, innab qızdırmanı aşağı salır, xürfə ağlı, bal hafizəni gücləndirir. Hamilə qadın yemiş yeyərsə, övladı gözəl olar. Nəzirgülü iyləmək cünun və cüzam xəstəliyini yox edər. Turac əti yemək insanı ürək ağrısı və qəm-qüssədən uzaqlaşdırar, uzun ömür sürmək istəyirsənsə, bal ye və sair. Məşhur loğman İbn Sina deyirdi ki, hətta şəkər xəstəsi olanlara da, ilahi nemət olan bal yemək məsləhətdir. Sarımsaq 1000 dərdin, nar 100 dərdin, bal 10 dərdin dərmanıdır. Həftədə ən azı 2 dəfə sarımsaq yemək orqanizmi sağlam edir. İngilis həkimlərinin tədqiqatlarına görə, gündə 1 dilim limon və 1 diş sarımsaq yeyənin daxili orqanları sağlam olar.

- Elə müalicəvi bitkilər var ki, zəhərli növləri də mövcuddur. Bəs onları necə seçmək lazımdır?

- Kəklikotunun 512 növü mövcuddur, amma bunun 2 növü elmə məlumdur, qalanları öyrənilməyib. Əvəliyin 7 növü var: 1-i xeyirlidir, 6-sı zəhərli. Belə bitkilərdən istifadə də müəyyən biliklər tələb edir, kor-koranə istifadə etmək də düzgün deyil. Çox xeyirli olan səhləb çiçəyi var, təəssüf ki, bu çiçək o qədər təbliğ edilmir. Böyük Vətən müharibəsində boğazından güllə yarası alan əsgərlərin qidalanması məhz səhləblə imalə nəticəsində həyata keçirilirdi. Məşhur görücü Vanqanın belə bir sözü var: "Çiçəkləri əzməyin, çünki onlar özündə günəşin əlamətlərini daşıyır". Həqiqətən də şəfa verən çiçəklərin əksəriyyəti sarı rəngdədir. Həmin çiçəklər gülxətmi, novruzgülü, dazıotu, andız, dəvədabanı, bataqlıq qurucası, zəncirotu, solmazçiçəyi və digərləridir.

- Jurnalda arı terapiyası ilə bağlı müalicə üsullarına rast gəldik...

- Dünyada ən böyük loğman arı, ən yaxşı dərman isə onun məhsullarıdır. Hətta həkimlərin sağalda bilmədiyi elə xəstəliklər var ki, arı onu sağaldır. Məsələn: dəri xəstəliyi olan psoriozun arı terapiyası ilə müalicəsi mümkündür. Makedoniyalı İsgəndər vəfat edəndə onun meyidini Hindistandan Yunanıstanadək uzaq yolda xarab olmaması və iylənməməsi üçün balın içərisində aparmışdılar. Daha bir fakt - ötən əsrin 70-ci illərində sovet rəhbəri Leonid İliç Brejnevin iflicdən ağzı əyilir. Orlov soyadlı bir həkimin arı ilə müalicəsi onu sağaldır. Ümumiyyətlə, arının istehsal etdiyi 6 növ məhsulun hamısı çox qiymətlidir. Arının öz balası üçün hazırladığı çiçək tozu bir çox dərdin dərmanıdır.

- Süleyman müəllim, sizcə, getdikcə xalq təbabətinə üstünlük verilməsi müasir tibbi nailiyyətləri kölgədə qoymur ki?..

- Vaxtilə Hippokrat deyirdi ki, xəstəliyi təbiət sağaldır, həkimlər isə kömək edirlər. İbn Sina isə "Xəstələnsən, təbiətə müraciət et, nicat tapmasan, loğmanın yanına get" deyirdi. Həqiqətən də bütün dərdlərin dərmanı təbiətdədir. Xalq təbabəti ilə müalicə insanın ilk yarandığı vaxtlara gedib çıxır. Dava-dərman hələ ixtira olunmayan zamanlarda insan təbiətlə özünü müalicə edirdi. Həkimlik ona görə müqəddəs sənətdir ki, kimə şəfa vermək lazımdırsa, Allah-taala onu həkimlərin əli ilə verir. Elə xəstəliklər var ki, həqiqətən həkimsiz ötüşmək mümkün deyil. Amma insan özü-özünün həkimi olmalıdır.

Tibb.az

Baxış sayı
Ay ərzində: 187
Bütünlüklə: 7813