Həkimlərdən qeyri-adi cəza   |   Müasir xanımlar çox yaşayır   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Prostatit və onunla mübarizə   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Portağal sümüyü bərkidir   |   Depressiya görməni zəiflədir   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Arıqladan çimərlik paltarı   |   Xərçəng yox olmaq üzrədir…   |   Peşənə bax, ölümünü bil!   |   Ramazan ayında necə qidalanmalı?   |   Oturaq iş qadınları qocaldır   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Qadınlar niyə çox danışır?   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Piylənmə və artıq çəki problemi   |   Depressiyanın dərmanı - dondurma   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Yaşın fərqi varmış   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   İnsulini sprey əvəz edəcək   |   Dişləri düzgün fırçalama texnikası   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Suyu az içmək beyni qocaldır   |   Soğan yemək beyini gücləndirir   |   Sonsuzluq – miflər və faktlar   |   Zəmanə qadınları...   |   
Oftalmoloji xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Həmvətənlərimizə yüksək ixtisaslı oftalmoloji yardım üçün digər ölkələrə getməyə ehtiyac qalmayıb

Könül xanim, son illər oftalmologiya səhiyyənin ən inkişaf etmiş sahələrindən birinə çevrilib. Yeniliklərin ölkənin oftalmologiyasında tətbiqi göz xəstliklərinin müalicəsində hansı müsbət dəyişiklikərə səbəb olub?
Azərbaycanda oftalmoloji xidmət inkişaf etmiş ölkələrin texnologiyasını tətbiq etməklə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Əhalinin sağlamlığının möhkəmləndirilməsi üçün oftalmoloji xidmətlər yaxşılaşdırılıb. Müasir texnologiyalar sayəsində həm müayinə, həm də müalicə üsulları təkmilləşib. Milli oftalmologiya sahəsində bütün texniki yeniliklərin tətbiqi nəticəsində müalicə prosesinin dünya oftalmologiyasında qəbul olunmuş səviyyəyə yüksəldilməsinə şərait yaranıb. Daha dəqiq diaqnoz, daha incə əməliyyatlar və daha qısa sağalma dövrü olan kiçik kəsikdən, həmçinin əvvəllər ölkəmizdə aparılması mümkün olmayan əməliyyatlar aparılır. Həmvətənlərimizə yüksək ixtisaslı oftalmoloji yardım üçün digər ölkələrə getməyə ehtiyac qalmayıb. Tibb elminin nailiyyətlərinin qısa zamanda təcrübədə tətbiq edilməsi respublikanın əhalisi arasında göz xəstəliklərini və görmə üzrə əlilliyi azaldıb.

Saytda sizə ünvanlanan suallardanda görmək olur ki, hazırda əksər insanların gözlərində problem var. Ancaq onların əksəriyyəti bunu kompüterə baxmaq və digər səbəblərlə əlaqələndirərək həkimə müraciət etmirlər. Maraqlıdır, bu tip cüzi nasazlıqlar sonda hansı fəsadlara səbəb ola bilər?
Belə hallar olur ki, insanlar öz sağlamlıqlarına məsuliyyətlə yanaşmır, öz-özünə keçib gedəcəyini düşünür. Bəzən isə belə narahatlıqlar digər böyük xəstəliyin əlamətlərindən biri kimi özünü göstərə bilər. Hətta kompüterə baxmaqla əlaqələndirdikləri problemləri hiss etmədikləri zəif miopiya, hipermetropiya, astiqmatizmin və s. səbəbi kimi meydana çıxıb mövcud görmə qüsurunu daha da artıra bilər. Məsələn, akkomodasiyanın uzun müddətli spazmı miopiyaya və ya mövcud miopiyanın daha da artmasına səbəb ola bilər. Kompüterə uzun müddət fasiləsiz baxdıqda tez bir zamanda astenopiya adlanan patoloji görmə yorğunluğu, funksional görmə pozulmaları yaranır. Belə şəxslərdə əzginlik, tez yorulma, gözlər, alın, ənsə nahiyəsində vaxtaşırı iti, sızıldayan, sancan xarakterli ağrılar, görmənin pisləşməsi, əşyaların iki görünməsi, konyunktivanın hiperemiyası və s. yaranır. Müayinə zamanı onlarda görmə analizatorunun bəzi funksional vəziyyətinin və akkomodasiya göstəricilərinin azalması aşkar olunur. Ən cüzi narahatlıqlar da vaxtında aradan qaldırılmadıqda gözdə daha ağır hallara və ya mövcud xəstəliklərin xronikləşməsinə səbəb ola bilər. Göz xəstəliklərinə məsuliyyətlə yanaşıb vaxtında müayinə və müalicə almaq lazımdır. Yadda saxlamaq lazımdır ki, müalicəni təxirə salıb yubatmaqla gözlərin sağlamlığı təhlükə altına qoyulur. Bəzi göz xəstəlikləri isə vaxtında aşkarlanıb, müalicə olunmazsa hətta görmədən məhrum olmaq olar.

Göz xəstəliklərinə bəzi sahələrdə artıq peşə xəstəliyi kimi baxırlar. Umumi gotürdükdə hansı peşə sahiblərində oftolmoloji xəstəliklərə daha çox rast gəlinir?
Peşə xəstəlikləri istehsalat-peşə sahəsində zərərli amillərin orqanizmə təsiri nəticəsində meydana gəlir və onları törədən patogen faktorlara əsasən şərti olaraq kimyəvi, fiziki, bioloji, görmə analizatorunun funksional yüklənməsi nəticəsində yaranan ifrat yorğunluq və toz amillərinin təsiri nəticəsində baş verən xəstəliklərə bölünür. Kimyəvi faktorun təsirinə ən çox qazanxanada, boya, şəkər istehsalı, dəri-gön, farmasevtik sənayedə, insektisidlərin istehsalı və işlədilməsi ilə məşğul olan, kimyəvi sexlərdə işləyən işçilər məruz qalırlar. Kimyəvi maddələrin təsir müddətindən və qatılığından asılı olaraq gözün qişalarının qıcıqlanması, yanığı, müalicəyə çətin tabe olan və residivlər verən keratitləri, distrofik dəyişiklikləri və s. yaranır. Fiziki faktora – ultrabənövşəyi, infraqırmızı, ionlaşdırıcı, rentgen, lazer şüalarının, gur işığın təsirinə uzun müddət məruz qalan işçilərdə, ümumi və yerli vibrasiya şəraitində, səs-küylü istehsalatda, isti sexlərdə, yüksəklikdə və ya dərinlikdə işləyənlərdə rast gəlinir. Bu peşələrə qaynaqçılar, çilingərlər, poladəridənlər, şüşə əridənlər, dəmirçilər, qaldırıcı kranda işləyənlər, dalğıclar, dəzdahqayırma və maşınqayırma sənayesi işçilıəri və b. göstərmək olar. İnfraqırmızı şüalanma kataraktaya və tor qişada geridönməz dəyişikliklərə, ultrabənövşəyi şüalar isə gözün ön seqmentinin zədələnməsinə, elektrik və qar oftalmiyasına səbəb olur. Rentgen və ionlaşdırıcı şüaların birbaşa təsirindən rentgen kataraktası, tor qişanın şüa ilə zədələnməsi və s.baş verir. Bioloji faktorlar nadir olub, əsasən müxtəlif infeksiya və invaziyalardır. Bunlara müxtəlif laboratoriyalarda diri mikroorqanizmlərlə təmasda olan işçilər, veterinarlar, kənd təsərrüfatında işləyənlər və b. aiddir.

Gözlərdə ifrat yorğunluq dəqiq işlər görmək üçün tələb olunan güclü göz əməyi nəticəsində yaranır. Belə peşələrdən elektrotexnikləri, radioelektronika sənayesini, dəqiq cihazqayırma sexlərini, xəritə, çertyoj çəkənləri, zərgərlər və zərgərlik məmulatı ilə işləyənləri, oymaçıları, göz cərrahlarını və b. göstərmək olar. Ayrıca böyük bir qrupu uzun müddət kompüter qarşısında oturanlar, sayt dizaynerləri, informatika texnologiyaları işçiləri, proqrammistlər təşkil edir. Tozların gözə təsirinə ən çox daş karxanası, mədən işçiləri, cilalama işi və sumbata kağızı ilə məşğul olan fəhlələr, kömür, filiz-mədən, metallurgik sənaye işçiləri, həmçinin arxiv, qəzet nəşriyyatı, toxuculuq sənayesi işçiləri, kitabxanaçılar, sement zavodu, tikinti sahəsində işləyənlər və b. məruz qalır. Bu sahələrdə işləyən şəxsləri ən çox xroniki konyunktivitlər, gözdən yaşaxma, konyunktiva və buynuz qişanın taktil hissiyatının azalması və s. xəstəliklər və şikayətlər narahat edir.

Göz xəstəliklərinin hansı yaş qrupuna daxil olan insanlarda təsadüf olunması kimi bir ardıcıllığı varmı? Qeyd edək ki, son illər yenidoğulmuşlarda və kiçik yaşlı uşaqlarda görmə - xüsusilə də çəpgözlüklə bağlı faktlar çoxalıb. Bunun səbəbini nə ilə izah etmək olar?
Xəstəliyin hansı yaşda meydana çıxması irsi və qazanılma faktorların təsirindən asılıdır. Təxminən 36% körpələrin ilk ayında çəpgözlük müşahidə oluna bilər, bunun da səbəbi gözün koordinasiya sisteminin tam inkişaf etməməsidir. Bu cür çəpgözlük müvəqqəti olub, 6 ayına qədər öz-özünə keçib gedir. Adətən çəpgözlük gözün müştərək işinin formalaşdığı dövrdə yəni 2-3 yaşlarında inkişaf edə bilər. Çəpgözlük müalicəsinə ehtiyac duyulan xəstəlikdir və əmələ gəlməsinin bir çox səbəbləri vardır. Yenidoğulmuşlarda müşahidə olunan daimi çəplik çox zaman anadangəlmə olub irsi səbəbdən yaxud ananın ağır hamiləlik, ağır doğuş keçirməsindən, doğuş travmasından sonra yarana bilər. Həmçinin çəpgözlük anadangəlmə olan digər göz xəstəliklərinin simptomu kimi meydana çıxa bilər. Bir çox hallarda isə gözün əzələ aparatının inkişaf defekti çəpgözlüyə səbəb olur.
Uşaqlarda ilk aylarında olmayıb sonradan müşahidə olunan çəpgözlük sinir sisteminin xəstəlikləri, baş beynin şişləri və travması, uşaq infeksion xəstəlikləri, göz əzələlərinin iltihabi, damar və şiş mənşəli dəyişiklikləri nəticəsində, görmə qüsurlarının yəni hipermetropiya və astiqmatizmin, az hallarda isə anadangəlmə və ya erkən qazanılmış miopiyanın vaxtında korreksiya olunmaması səbəbindən mövcud ola bilər. Düzgün seçilməmiş eynəklər, normadan böyük fiziki və psixi yüklənmə, azyaşlıların göz əməyinə nəzarət olunmaması da çəpgözlüyə səbəb ola bilər. Yaşlı şəxslərdə isə başın travması və dağınıq skleroz çəpgözlüyə səbəb ola bilər.

Azyaşlılarda müşahidə olunan göz xəstəliklərinin müalicəsinə neçə yaşdan etibarən başlamaq məsləhətdir?
Körpənin dünyaya gəlməsi bütün ailə üçün böyük sevincdir. Körpə doğulan kimi müayinə olunur. Növbəti profilaktik müayinələr ardıcıl olaraq 3 ayında, 1 yaşında, 3 yaşında və məktəbəqədər dövrdə yəni 5-6 yaşlarında aparılmalıdır. Uşaq həyatının ilk ili ən vacib sayılır, çünki, məhz bu dövrdə görmə orqanının əsas funksiyaları formalaşır. Valideynləri uşaqlarının gözündəki sadalayacağım bəzi əlamətlər olması narahat etməlidir. Bunlara gözlərin müxtəlif ölçüdə olması, göz qapaqlarının sallaq və ya normadan çox açıq qalması, gözlərin rəngində müxtəlifliyin olması; göz qapaqlarının şişkinliyi, qızarması, ifrazatın olması; gözdən yaşaxma halları; 3 ayından sonra çəpliyin daimi müşahidə olunması; işığa qarşı ifrat həssaslıq vəziyyəti; bəbəyin ağ rəngli olması aiddir. Bu əlamətlərdən istənilən biri müşühidə olunarsa təxirəsalınmadan həkim-oftalmoloqa müraciət olunmalıdır.

Uğurlu fəaliyyətinizə görə bir müddət öncə “İlin həkimi” mukafatına layiq görüldünüz. Bundan əlavə, səhiyyə ilə bağlı tədbir və seminarlarda fəal iştirakınız aktiv fəaliyyətinizdən xəbər verir. Sizcə, müasir həkim uğur əldə etmək üçün daha hansı xüsusiyyətlərə malik olmalıdır?
Müasir həkim öz üzərində daim işləməli, tibbi yenilikləri təqib etməli, uğurlu nəticələrdən istifadə etməli, hər zaman oxumalıdır. Bununla da bilik və bacarıqlarını daha da artırıb təkmilləşdirməli, çətinlikləri zamanı daha təcrübəli həkim mütəxxəssislərdən tövsiyə almalıdır. Həkim adını daşıyan hər kəs bu peşəni sevməlidir. Peşəsini və gördüyü işi sevən, xəstələrə qayğı, hörmət və diqqətlə yanaşan hər bir həkim çətinliklərin öhdəsindən gəlməyi bacarmalı, azı buna cəhd etməlidir.

Naibə Qurbanova

Baxış sayı
Ay ərzində: 105
Bütünlüklə: 5675