Analar uşaqlarını daha çox əzizləməlidir   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Suyu az içmək beyni qocaldır   |   Depressiya görməni zəiflədir   |   Ana bətnində 4 gün donduruldu   |   Ana südü xərçəngə qarşı   |   Linza seçərkən diqqətli olun   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Savadlı ol ürəyin ağrımasın   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Saqqız çeynəməyin faydaları   |   Partenofiliya - bakirə qızlara meyl   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Stress qadınların beynini zəiflədir   |   Sadizmə meyilli olan insan portreti   |   Dişləri düzgün fırçalama texnikası   |   Körpələr yatanda da öyrənir   |   2 yaşında 41 kilo oldu   |   29 yaşında nənə oldu   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Soğan yemək beyini gücləndirir   |   Diliniz dərdinizdən danışır...   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Piylənmə və artıq çəki problemi   |   Arıqladan çimərlik paltarı   |   Sevgi qurban tələb edir   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Gəzinti ən yaxşı idmandır   |   Xoşbəxtlik qadınları zəif edir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Qaradərili insanlar daha sakit olurlar   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Kişilər ağıllı qadınları sevmirlər   |   İdman depressiyanın dərmanıdır   |   Kişilər yoxa çıxacaq   |   Kişilərin futbol sevgisi   |   Güclü cinsin zəif tərəfləri   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   
Dişləri düzgün fırçalama texnikası

Diş ağrısının nə olduğunu hamımız bilirik.Yəqin ki, bu əzabı təkrar çəkmək istəməzdik.Ən əsası uşaqlarımızın diş agrısından əziyyət çəkməsini heç istəməzdik.Gəlin düşünək: dişlərin təmizlənməsinin elmin ən son nailiyyətlərinə əsaslanan üsullarını hamımız bilirikmi?

Dişlərimizi nə dərəcədə düzgün fırçalayırıq? 

Etiraf edirəm ki,dişlərin fırçalanması texnikasını düzgün yerinə yetirmək mürəkkəb məsələdir və müəyyən səriştə tələb edir.Ancaq bunu öyrənmək mümkündür.Çəkdiyiniz əziyyət dişlərinizi düzgün təmizləməyə və bir sıra stomatoloji xəstəliklərin qarşısını almağa imkan verəcək.Düzgün fırçalama texnikasına yiyələnmək istəyirsinizsə aşağıdakı qaydalara riayət etməlisiniz.
Diş fırçasını 45 dərəcəlik bucaq altında tutun.Fırçanın tük olan hissəsinin yarısını diş ətinə tərəf,yarısını isə diş boynuna yerləşdirin.Bunu elə etmək lazımdır ki,fırçanın ucları diş ətinin sərhəddinə çatsın və diş ətinin alt hissəsilə dişlərin boynuna yumşaq toxunsun.Fırçanı həmin vəziyyətdə saxlayaraq 5 dəfə  dairəvi hərəkət edin, qısa kiçik zərbələr daha çox vibrasiyaya oxşamalıdır. Bu diş daşlarını və dişlər üzərindəki ərpi aradan qaldırır.Sonra dişin uc hissəsinə fırçanı bir dəfə çəkin.Bu hərəkətlə isə siz memorial lövhəni təmizləmiş olursunuz.Bu proseduranı 5-6 dəfə eynilə təkrar etməlisiniz. Hər dəfə 2-3 diş və onun ətrafı təmizlənəcək.Bunu sistematik etsəniz, dişlərinizi  təmizləmək asnlaşacaq və bütün dişləriniz təmizlənəcək.

Hansı dişlərdən başlamaq lazımdır?

Dişlərin təmizlənməsini ust çənənin sağ tərəfində yerləşən sonuncu arxa dişdən başlamaq lazımdır.Xarici tərəfdən təmizləyərkən,yavaş-yavaş irəli sol axrıncı dişə tərəf gedin.İndi fırçanı dişlərinizin daxili tərəfinə yönəldin.Yenə də fırçanı 45 dərəcəlik bucaq altında saxlayın və fırçalamanı eynilə təkrar edin.Yaddan çıxarmayın ki,fırça şaquli vəziyyətdə olduqda siz yalnız künc dişindən daxilə ön dişləri təmizləməlisiniz.Sonra səkkiz dəfə kiçik dairəvi hərəkətlər ilə hər dişin çeynəmə səthini təmizləməlisiniz.
Dişlərinizi ən azı gündə 2-3 dəfə təmizləyin.Hətta,imkanınız olsa yediyiniz hər şirniyyatdan və ya dadlı konfetdən sonra dişlərinizi təmizləyin.
Diş əti çox incədir.Ona görə də dişləri təmizləyərkən ehtiyatlı olun və incə hərəkət edin.Əgər dişləri təmizləyəndə  həddindən artıq bərk və ya böyük güclə təsir etsəniz onda diş ətinə zərər yetirə bilərsiniz.Bunun nəticəsində dişlərdə qanaxma baş verə bilər.
Üfunətli nəfəs törədən bakteriyaları kənar etmək üçün dilinizi təmizləyin.Bunu da yumuşaq edin,çünki dilinizdə asanlıqla qopa bilən dad düymələri var.
Dişlərin təmizlənməsində diş sapından da istifadə edə bilərsiniz.Ancaq bunu dişləri fırçaladıqdan sonra etməlisiniz.Çünki, əgər dişlər fırcalanmayıbsa onda diş sapı ilə təmizləyərkən bakterialar damağa yeridilə bilər.
Dişlərin təmizlənməsində ən optimal vaxt 3 dəqiqədir.Buna baxmayaraq yeni üsul dişləriniz üçün çox xeyirlidir və sizdə xoşbəxtlik hissi oyadacaq.Gələcəkdə əmin olacaqsınız ki,qaydalara uyğun gigiyenik təmizləmənin effekti sizə ömürlük və hamar dişlər verəcək.

Əsəd Pərvəriş
“Dental House” klinikasınin həkimi

Baxış sayı
Ay ərzində: 65
Bütünlüklə: 1661