Həkimlərdən qeyri-adi cəza   |   Sevgi qurban tələb edir   |   Saqqız çeynəməyin faydaları   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Kişilər yoxa çıxacaq   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Başı başqa bədənə köçürüləcək   |   Dişləri düzgün fırçalama texnikası   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Təzyiq altında yaşamayın   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Qadınlar yatanda arıqlayır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Pul saymaq ağrını azaldır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   3D ürək bulandırır   |   Tüstüsüz siqaret kəşf edildi   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Güclü cinsin zəif tərəfləri   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Gəzinti ən yaxşı idmandır   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Ana südü xərçəngə qarşı   |   Boşanma kişilərə də təsir edir   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Süni mayalanmada hansı risklər ola bilər   |   İnsulini sprey əvəz edəcək   |   Diliniz dərdinizdən danışır...   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   
Linza seçərkən diqqətli olun

Təəssüflə olsa da, bu bir faktdır ki, görmə qabiliyyətinin zəifləməsi dövrümüzdə intensiv gedən bir haldır. Bunun səbəbi qəbul etdiyimiz qida rasionunda vitamin çatışmazlığı ilə yanaşı, kompyuter və ya televizor arxasında keçirdiyimiz zamandır. İldən - ilə görmə qabiliyyəti zəif olanların sayı artır, onlar eynək və ya linzaya müraciət edirlər. Seçim isə hər kəsin fərdi istəyinə görədir.

İnsana ciddi görkəm verən eynək müasir dövrümüzdə həmçinin dəbdəbəli bir aksessuardır. Lakin gözəl xarici görünüşün arxasında insanda fiziki və psixoloji rahatsızlıq yaradan cəhətlər də durur. Aktiv həyat tərzində, xüsusilə idman növləri ilə məşğuliyyət zamanı eynəkdən istifadə mümkün deyildir. Məhz bu əsas cəhəti insanların əksəriyyətinin linzanı seçməsinə səbəbdir. Linzalar eynəyə nisbətən daha dəqiq təsvir yaratmaqla, gözdə nəzərə çarpmır (rəngli linzalar istisna olmaqla). İnsanın imkanlarını artıran linzalarla idmanla məşğul olmaq, duş qəbul etmək də olar. Artıq insanlar gözlərinə arzuladıqları istənilən kaloriti verə bilirlər. Linzaların gözə uyğunlaşması qayğılarla başa gəlir. Bu əsasən gözün buynuz qişasın həssaslığı ilə əlaqədar baş verir. Linzaların rahatlığını təmin etmək üçün aşağıdakıları nəzərə almaq lazımdır:

Linzaları təmizlədikdə və dizenfeksiya etdikdə hər dəfə yeni məhlul hazırlamaq gərəkdir. Yalnız qaynadılmış su ilə linzaları, taxmamışdan öncə və çıxararkən əlləri yumaq vacibdir. Vaxtı keçmiş linzalar da görməyə təsir göstərir. Linzalarınızı özgələrə taxmağa verməyin. Soyuqdəymə, qrip olarkən onları taxmayın. Duş qəbul edərkən, qadınlar makiyaj edərkən diqqətli olmalıdırlar. Əvvəl linza taxılmalı - sonra makiyaj çəkilməli, linza çıxarıldıqdan sonra isə silinməlidir.

Həkimlər gözdəki yorğunluğu aradan qaldırmaq üçün göz əzələsini möhkəmləndirən idman etməyi məsləhət görürlər. Məsələn, gözlərinizi 3-5 saniyə möhkəm bağlayın, sonra 5 saniyəlik açın və bunu 6-8 dəfə təkrar edin. Yaxud da 1-2 dəqiqə ərzində gözlərinizi tez-tez açıb- bağlayın. Sonra gözlərinizi bağlayıb, göz qapaqlarınızı astaca massaj edin. Bu hərəkətlər gözlərinizdə qan dövranını yaxşılaşdırar. Əgər siz uzun müddət kompyuter arxasında çalışırsınızsa, o zaman gündə 1 dəfə 100 metrdən yaxın olmayaraq, əlvan olmayan əşyalara baxmağa çalışın.

Xüsusi damcılardan istifadə edin. Əsasən də gözdə tozdan və yaxud kompyuterdən qıcıqların yarandığı zaman linzaların taxılmasında rahatlığı təmin etmək üçün damcılardan istifadə etmək məqsədəuyğundur.

Həkimlərin əksəriyyəti təbiətin bizə bəxş etdiyi təbii bitkilərdən istifadə etməyi məsləhət görürlər. Gözlərin yorğunluğu zamanı qaragilə, qanotu, qatıqotu kimi bitkilərdən istifadə göz qişasını gücləndirir.

Tibb.az

Baxış sayı
Ay ərzində: 26
Bütünlüklə: 1151