İmmunitet intellektual səviyyədən asılıdır   |   Ana bətnində 4 gün donduruldu   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Qadınlar daha ağıllıdır   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Təzyiq altında yaşamayın   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   İnsan dərisindən ev   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Autizm dünyanın sonu deyil   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Ana südü xərçəngə qarşı   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Nikah gecəsinin sirləri   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Stress qadınların beynini zəiflədir   |   Yuxusuzluq kökəldir   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Kişilər yoxa çıxacaq   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Gəzinti ən yaxşı idmandır   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Müasir xanımlar çox yaşayır   |   Sadizmə meyilli olan insan portreti   |   Kök kişilər daha sədaqətlidir   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Linza seçərkən diqqətli olun   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   3D ürək bulandırır   |   Siqaret karlıq yaradır   |   Boşanma kişilərə də təsir edir   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   İnternet qocalmanı sürətləndirir   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Savadlı ol ürəyin ağrımasın   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   
Sonsuzluq – miflər və faktlar

Statistikaya görə dünya əhalisinin 20%-ə yaxını bu və ya digər səbəblər üzündən sonsuzluqdan əziyyət çəkirlər. Ancaq təəssüf ki, hələ də hamı bu məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da uyurlar. Bu isə əssasız boşanmalara və qalmaqallara rəvac verir. Bəs sonsuzluqda mifləri və həqiqəti ayıran sərhəddi necə tapmaq olar?

 

1-ci mif. Sonsuzluq qadınlara xas xəstəlikdir.
Ta qədimdən formalaşmış bu fikir təəsüf ki, günümüzdə də aktualdır. Əslində isə kişilər sonsuzluq statistikasına görə heç də qadınlardan geri qalmırlar. Sonsuz cütlüklərin ayrılamsından sonra “sonsuz” qadınların dünyaya uşaq gətirmələrinə və “problemsiz” ərlərin təkrar nikahdan belə uşağının olmamasına minlərlə nümunə gətirmək olar.

 

2-ci mif. Sonsuzluq irsi xəstəlikdir.
Əslində isə qadının nəslində sonsuz və ya uzun muddət hamilə qala bilməyən qadınların olması xəstəliyin irsi xarakter daşımasına dəlalət etmir. Odur ki, hər bir sonsuz qadına fərdi qaydada yanaşılmalı və müalicə edilməlidir.

 

3-cü mif. Sonsuzluğa valideynlərin qan qruplarının uyğun gəlməməsin də səbəb olur
Rezus faktorların uygun gəlməməsi sonsuzluq yarada bilməz. Bu ən pis halda uşağın düşməsinə və ya sağlamlığına təsir edə bilər.

4-cü mif. Sonsuzluqdan heç vaxt uşagı olmayanlar əziyyət çəkir.
Bu əsla belə deyil. Tibbə bir neçə uşağın olmasından sonra yaranan sonsuzluq faktları məlumdur. Bunun səbəbləri isə çox müxtəlif ola bilər.

 

5-ci mif. Qadının heç nədən şikayəti yoxdursa və ginekoloq problemə rast gəlmirsə o sonsuz ola bilməz.
Əslində isə qadında elə gizli xəstəliklər ola bilər ki, həkim onu adi müayinə zamanı görməyə bilər. Bəzən belə gizli xəstəliklər təsadüf nəticəsində müalicə olunduqdan sonra qadınların gözlənilmədən hamilə qalma hallarına rast gəlinir.

 

6-ci mif. Aybaşı siklinin pozulması sonsuzluq yarada bilər.
Kliniki yoxlamalar sübut edib ki, aybaşı siklinin pozulması (onun tamam kəsilməsi istisna olmaqla) və ya ağrılı keçməsi döllənməyə heç cür təsir etmir. Bu pozuntular adətən endometriozda hər hansı bir problemi olmasına işarədir. Döllənmədə isə əsas faktor aybaşının 12-14-cü günlərində yetişmiş toxum hüceyrələrinin yumurtalıqdan çıxmasıdır.

 

7-ci mif. Kişinin dölləndirmə qabiliyyəti spermasının həcmindən və tərkibidən asılıdır.
Bu da yanlış fikirlərdən (aktiv spermatozoidlərin 0-a bərabər olamsı istisnadır) biridir. Çünki spermanın tərkibi və həcmi daim dəyişir. Buna kişinin səhhətindən tutmuş, sonuncu cinsi əlaqənin vaxtına və ya onun hər hansı bir dava-dərman qəbul etməsinə qədər müxtəlif amillər təsir göstərir.

 

8-ci mif. Qeyri-müntəzəm seks sonsuzluq yaradır.
Sonsuzluq seksual aktivliklə elə də sıx əlaqəli deyil. Döllənmə üçün sekslə müntəzəm məşğul olmaq elə də vacib deyil. Çünki qadın orqanizminə düşmüş sperma aktivliyini 48-saatdan 72-saata qədər saxlaya bilir. Döllənmə isə yalnız yumurtalıqlar yetişib partladıqdan sonra mümkün olur.

 

P.S. Unutmayın ki, sonsuzluq genetik, psixoloji, seksual və sairdən daha çox tibbi problemdir. Sonsuzluq haqda isə evliliyin ilk 2 ili ərzində hamiməlik yaranmadığı halda düşünmək lazımdır. Sonsuzluğun əsl səbəblərini ayırd etmək üçünsə cütlüyün hər ikisinin tam müayinə olunması zəruridir.

Tibb.az

Baxış sayı
Ay ərzində: 18
Bütünlüklə: 2391