Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Həkimlərdən qeyri-adi cəza   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Qadınların sevimli yaş dövrü   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   B6 vitamini xərçəng risqini azaldır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Kök kişilər daha sədaqətlidir   |   Gəzinti ən yaxşı idmandır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   29 yaşında nənə oldu   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Köklük insult riskini artırır   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Siqaret karlıq yaradır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Balığın sağlamlığınıza faydaları   |   Başı başqa bədənə köçürüləcək   |   Pula qarşı allergiyası olan insan   |   Xərçəngi insan yaradıb?   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Çox gülən qadınlar tez kökəlir   |   Kişilər yoxa çıxacaq   |   Kola spermanın tərkibini korlayır   |   İdman depressiyanın dərmanıdır   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   
Piylənmə və artıq çəki problemi

Xəstəliyin əsas səbəblərindən biri stress faktorudur

Piylənmə müasir dövrümüzdə bir çoxlarını narahat edən ciddi xəstəliyə çevrilib. Xəstəlik orqanizmdə artıq piy yığılması ilə xarakterizə olunan, tez-tez residivləşən çox faktorlu mərəzdir. Statistik göstəricilərə görə, son bir ildə piylənmənin tezliyi iki dəfə artıb. Reproduktiv yaş həddində olan qadınların 30-60 faizi artıq çəkidən, 25-27 faizi isə piylənmədən əziyyət çəkir. Piylənmənin əsas səbəblərindən biri də stress faktorudur. Məlum olduğu kimi qadınların və kişilərin stress faktoruna münasibətləri müxtəlifdir. Stressə qarşı emosiyogen qida intizamı və ya hiperfaqik reaksiya müşahidə olunur. Qadınlar narahatlıqdan və darıxmaqdan daha çox qida qəbul edirlər. Beləliklə, öz qəm-kədərlərini və bədbəxtliklərini yeməklə sakitləşdirirlər. Tədricən sutkalıq qida qəbulu rejimi pozulur və “gecə yemək” sindromu formalaşır. Səhər anoreksiya, yuxunun pozulması yaranır ki, bu da axşam və gecə bulimiyasına (doyma hissinin olmaması) gətirir. Bu sindiromdan qurtarmaq üçün xəstələr özlərini sistemsiz, ciddi ac qalma pəhrizlərinə salırlar. Amma aclıq hissini öldürmək üçün gecelər daha çox yemək qəbul etdiklərinə görə çəkinin artması müşahidə olunur. Sonra günah hissi, özünü qiymətləndirmənin aşağı düşməsi, pəhriz aqressiyası yaranır ki, bu da qida intizamınin pozulmasına gətirib çıxarır.
Beləliklə, artıq çəkidən və piylənmədən azad olmaq istəyənlər qida rasionlarına ciddi əməl etməlidirlər. Təklif olunan qida rasionu isə belədir:
Qida rasionunda yağlar sutkalıq rasionunun 25-35 faizini təşkil etməli; Doymuş yağlar 7 faizdən az, polidoymamış yağ turşuları 10 faizə qədər, mono doymamış yağlar 20 faizdən az olmalıdır. Xolesterin sutkada 200 mq-dan az olmalıdır. Yüksək yağlılıq dərəcəsi olan qida məhsullarına, o cümlədən gizli yağlılıq (kolbasalar, sosislər, kəsmik, yarımfabrikatlar) məhsullarına məhdudiyyət qoyulur.
Karbohidratlar sutkalıq kalorinin 55-60 faizini təşkil etməlidi. Həzm olunmayan (bitki lifləri ilə zəngin) və tədricən həzm olunan (nişasta) karbohidratlar – tərəvəz, meyvə, giləmeyvə, paxlavalar, kobud üyüdülmüş un məmulatları qəbul olunmalıdır. Tərəvəzlər qida rasionuna gün ərzində 3-4 dəfə , meyvələr 2-3 dəfə daxil edilməlidir.
Tez sorulan karbohidratlardan qlükoza, saxaroza, fruktoza, laktoza qəbuluna məhdudiyyət qoyulur. Şəkər, mürəbbə, bal, şokolad, şirniyyat məmulatlar, şirin içkilər, üzüm, banan, xurma, yemiş və s. olmaz.
Zülallar gündəlik qida rasionunun 15 faizini təşkil edir. Heyvani zülal: (yağsız ət, balıq və quş), 15 faizdən aşağı yağlılıqda olan süd məhsulları (yağsız pendir) və dəniz məhsulları, bitki mənşəli zülal, soya, paxla, noxud, göbələk və s. olmalıdır.
Bundan başqa, piylənmə və artıq şəki kimi problemlərin həllində xüsusi pəhriz rejimi və bir sıra dərman preparatları məsləhət görülür. Amma buna görə endokrinoloqa müraciət etməyiniz məsləhətdir.

Endokrinoloq Şıxəliyeva Mənsurə

Baxış sayı
Ay ərzində: 48
Bütünlüklə: 1504