Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Portağal sümüyü bərkidir   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Xərçəngi insan yaradıb?   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Köklük insult riskini artırır   |   Su filtrindən süzülən xəstəlik   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Depressiyanın dərmanı - dondurma   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Ramazan ayında necə qidalanmalı?   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Yuxusuzluq kökəldir   |   Balığın sağlamlığınıza faydaları   |   Kök kişilər daha sədaqətlidir   |   Qadınlar niyə çox danışır?   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   2 yaşında 41 kilo oldu   |   Sevgi qurban tələb edir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Suyu az içmək beyni qocaldır   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Qaradərili insanlar daha sakit olurlar   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Depressiya görməni zəiflədir   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Tənhalıq xərçəngə səbəb olur   |   Savadlı ol ürəyin ağrımasın   |   Peşənə bax, ölümünü bil!   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Şokolad qan təzyiqini azaldır   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   
Nikah gecəsinin sirləri

Nikah vəya zifaf gecəsi bəylə gəlinin ilk dəfə, necə deyərlər, bir yastığa baş qoyduqları gecəyə deyilir. İmam Sadiq (ə) buyurur: “...Gecənin əvvəl saatlarında cinsi yaxınlıq etməyin...” Yəni zifaf gecə vaxtı olmalıdır. Bu, gecəyarıya yaxın olsa daha yaxşıdır. Amma, heç də o demək deyil ki, həyat yoldaşı ilə yalnız gecələr yaxınlıq etmək olar. Dediklərimiz ancaq zifafa aiddir, çünki insan gündüz fəaliyyət göstərdiyindən gərginlik keçirir və gecə istirahət edir. Bunun isə doğulacaq övlada müsbət təsiri var. Digər tərəfdən, gecə gəlinin ismət və həyasının qorunması üçün daha münasibdir. Peyğəmbər (c) buyurur: “Gəlinlə zifafı gecə edin, onun qonaqlığını isə gündüz verin”.

Bəzən nikah gecəsi cinsi əlaqə ya tamam mümkün olmur, yada natamam baş verir: nəticədə gəlin ər evində qız kimi qalır, buna görə də hamilə ola bilmir. Təbabətdə buna virqoqamiya (latınca virqo – qızlıq, bakirəlik; qamos - ər) vəya qız (bakirə) nikahı deyilir. Mütəxəssisə müraciət olunmadıqda bu hal uzun müddət və hətta ömürlük davam edə bilər. Belə ər-arvad bir-birinə sədaqətli olsa da, ailə səadətinə qovuşa bilmir.

 

Nikahdan sonra yaranan problemlər
Nikahdan sonra müxtəlif səbəblər üzündən problemlər yarana bilər. Asan anlaşılması üçün onları 3 qrupa bölək:

1. Qorxu, həyəcanla bağlı problemlər;
2. Məlumatsızlıq və təcrübəsizlikdən yaranan səbəblər;
3. Erektil disfunksiya vəya cinsi zəiflik (impotensiya).

 

Birinci səbəb qorxu, həyəcandır ki, bu da bəzi qızların nikah gecəsi barədə olan yalnış söhbətlərdən aldığı psixi təsirdir. Bir qızı yengəsi elə qorxutmuşdu ki, o, gəlin köçsə də, ər evində 3 il qız kimi qalmışdır. Qorxu bəzən o qədər çox olur ki, bəy gəlinə toxunmaq, hətta yaxınlaşmaq istəyəndə qızın bütün bədəni sıxılır və əlaqə mümkün olmur.
 

İkinci səbəb ər-arvadın cinsi əlaqə və cinsi həyat barədə məlumatsızlığından, təcrübəsizliyindən və s. ibarətdir ki, bu da ailədə sərt tərbiyənin nəticəsidir.
 

Üçüncü səbəb kişilərdə cinsi zəifliklə bağlıdır. Bu halı törədən tibbi-psixoloji səbəblər müxtəlifdir. Əvvəllər zəif olmayan bəy eşitdiyi yalnış söhbətlərdən aldığı psixi zərbədən, psixoloji çətinliklərədən və s.-dən nikah gecəsi zəifləyir. Gəlinin qorxu keçirməsi, yengənin bayırda gözləməsi, yatağın gizli və rahat yerdə olmaması kimi hallar da bəyi həyəcanlandırır. Oğlana bəzən uzun müddət nişanlı qalmaq da pis təsir edir. Nikah gecəsi “bəy-gəlin bağlanıb”, “tilsimə düşüb”, “qorxub” və s. kimi xalq arasında yayılan söhbətlər də elə bu səbəblərdən yaranıb.

 

Problemin həlli yollari
30 illik təcrübəmə və dünyanın bir çox klinikalarında gördüklərimə əsaslanıb deyə bilərəm ki, bütün bakirə nikahların müalicəsi tamamilə mümkündür. Mütəxəssisə tez müraciət olunarsa müalicə tez də başa çatar.

Belə ailələrdə, hətta nikah gecəsi normal keçən ailələrdə bəzən sonsuzluq (qadın və kişidə analizlər normal olduqda belə) yaranır. Düşmələr, hamiləliyin toksikozu, qarında və sidik-cinsiyyət üzvlərində narahatlıq, qeyri-adi ağrılar, cinsi yaxınlıqdan həzz almama, hava çatışmazlığı hissi, ürək nahiyyəsində xoşagəlməz ağrılar, qan təzyiqinin dəyişməsi, başda, beldə və oynaqlarda ağrılar, həyata marağın azalması, bir sözlə, ruh düşkünlüyü ilə əlaqədar müxtəlif əlamətlər əmələ gəlir. Xəstələr bəzən illərlə ginekoloqa, nevropatoloqa, kardioloqa, qastro-enteroloqa, uroloqa və s. həkimlərə müraciət edirlər.

Belə halların əsasında qorxu, həyəcan, bəzən ruh düşkünlüyü olduğundan aparılan müalicələr effekt vermir. İstənilən həyəcanı (hətta işlə, səhnə ilə, imtahanla bağlıdırsa belə) yox etmək mümkündür. Müasir psixoloji, psixoterapiya ilə (xahiş edirik psixiatriya ilə səhv salmayın) həyəcanı bir neçə saata və bir neçə seansa itirmək olur. Xalq dilində desək: “Tilsimi sındırmaq olur”. Lazımi hallarda dərmanlardan da istifadə edirik.

 

Analar! Qızınızın səadətə qovuşmasını istəyirsinizsə, onu nikah gecəsinə hazırlayın. Əlbəttə, bu, çoxunuza qəribə və çətin gəlir. Onda bizə də müraciət edə bilərsiniz.
 

Qızlar! Romanlara, poeziyaya çox uymayın. Biz heç də romantikanın əleyhinə deyilik. Amma, romantika nəzəriyyə, ər-arvad həyatı isə təcrübədir.
 

Atalar! Övladınızın tərbiyəsi zamanı abır-həya pərdəsini götürməmək şərtilə oğlunuzu cinsi həyata hazırlayın.
 

Oğlanlar! Nikahdan əvvəlki və sonrakı həyatınızı mənalı yaşamaq istəyirsinizsə, istənilən problemlə üzləşən kimi çəkinmədən mütəxəssisə müraciət edin. Biz sizlərə istənilən ailə problemləri ilə bağlı yardımçı olmağa hazırıq.

Şəmsəddin Babayev
Beynəlxalq dərəcəli həkim-terapevt, psixoterapevt, psixoloq və seksoloq

Baxış sayı
Ay ərzində: 13
Bütünlüklə: 3383