Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Əlləriniz xarakterinizi göstərir   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Körpələr yatanda da öyrənir   |   Saqqız çeynəməyin faydaları   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Qadınlar daha ağıllıdır   |   Uzunömürlülüyün sirri almadadır   |   Almanı qabıqlı yeyin   |   Kök kişilər daha sədaqətlidir   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Həkimlərdən qeyri-adi cəza   |   Qaradərili insanlar daha sakit olurlar   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Peşənə bax, ölümünü bil!   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Siqaret karlıq yaradır   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   B6 vitamini xərçəng risqini azaldır   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Suyu az içmək beyni qocaldır   |   Kişilərin futbol sevgisi   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Yaşın fərqi varmış   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Müasir xanımlar çox yaşayır   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   
Uşaqlarda mövsümi yaranan allergiyalar

Yaz-yay fəsli belə xəstəliklərin aktivləşmə dövrü hesab olunur

Statistikaya görə, dünyada hər 10 nəfərdən 2-si allergiya xəstəliyindən əziyyət çəkir. Allergiya xəstəliyinin izlərinə hələ qədim Misir mumiyalarında rast gəlinib. Ancaq alimlər XIX əsrdə bu xəstəliyi aşkar etməyi bacarıblar. Onun müalicəsinə isə XX əsrdə başlanıb. Müasir dövrümüzdə bu xəstəlikdən əziyyət çəkənlərin sayı günü-gündən artır. Məhz elə buna görə də dünya alimləri apardıqları araşdırmaların nəticəsinə əsasən XXI əsri "allergiya əsri" adlandıracaqlarını deyiblər.

Allergiyanın bir neçə növü var və ən çox yayılan formaları allergik və xroniki rinitdir. Allergik rinit əsasən yaz mövsümündə çiçəklərin tozlanma dövründə baş qaldırır. Mövsümü başa çatdıqdan sonra allergik rinitin əlamətləri yavaş-yavaş aradan qalxır və xəstə normal vəziyyətə qayıdır.
Son zamanlar isə uşaqlar arasında allergiyanın müxtəlif növlərinin çoxaldığı bildirilir. Respublikanın baş pediatrı Nəsib Quliyev Milli.az xəbər portalına açıqlamasında bunu mövsümlə əlaqələndirib, yaz-yay fəslində körpə uşaqlarda ən çox rast gəlinən problemlərin vitamin çatışmazlığı və allergik xəstəliklər olduğunu deyib. Baş pediatrın sözlərinə görə, tibdə polinoz adlandırılan bu fəsadlar uşaqları əhatə edir: "Ağacların göyərməsi, çiçək açması, çiçək tozunun olması ilə bağlı uşaqlar arasında allergik xəstəliklərin reallaşması tez-tez baş verir. Bu vaxt uşaqlarda asqırmalar, gözdə və boğazda qaşınma kimi simptomlar meydana çıxır. Əgər bunlar müalicə olunmursa, boğulma, bronxial astmaya keçir".
N.Quliyev hesab edir ki, bunları nəzərə almasaq, yaz-yay fəslində rast gəlinən xüsusi xəstəlik qrupu yoxdur. Hazırda respublikada uşaqlar arasında ciddi epidemiya təhlükəsi də müşahidə olunmur: "Uşaqlar ətraf aləmlə çox təmasda olduqları üçün onlarda tənəffüs yolları və tənəffüs sistemi fəsadları baş verə bilər. Bu, ən çox rast gəlinən problemlərdir. İkinci yerdə dünyaya təzə gələn körpələrdə müşahidə olunan xəstəliklər, sonra isə mədə-bağırsaq və yoluxucu xəstəliklər durur".
Ucar Rayon Mərkəzi Uşaq Xəstəxanasının pediatrı, Sevinc Nəbiyevadan isə uşaqların sözügedən mərəzlə üz-üzə qaldıqları zaman hansı üsullardan yararlanmanın faydalarını soruşduq.
Onun sözlərinə görə, uşaqlar arasında allergik reaksiyaların ən geniş yayılmış forması qida allergiyasıdır: "Mütəxəssislərin rəyinə görə, 55 faizdən çox uşaq qida allergiyasının bu və ya digər əlamətlərindən əziyyət çəkir. Müasir mülahizələrə əsasən, qida allergiyası qida allergenin qəbulu nəticəsində əmələ gələn allergik reaksiyalardır. Qida allergiyasının əsasını immunoloji mexanizmlər təşkil edir. Buna görə də həmin xəstəlik qidaya dözümsüzlüyün immun forması adlandırılır".
Həkimin sözlərinə görə, bir yaşadək uşaqlarda qida allergiyasını yaradan əsas allergenlərdən biri də inək südü zülallarıdır: "Əgər uşaq ana südü ilə qidalanırsa, ana hipoallergen pəhrizə riayət etməli, qida rasionundan soğan, sarımsaq, turp, balıq və göbələk bulyonları, ədviyyat çıxarılmalıdır. Süd məhsullarından xama, qatıq, yoqurt və digərləri istifadə olunmalıdır. Bundan əlavə, genetik meyillik, mədə-bağırsaq sisteminin pozuntusu, keçirilmiş kəskin bağırsaq infeksiyası da uşaqlarda erkən dövrdə qida allergiyasının inkişafına səbəb olan amillərdəndir".
Qida allergiyasını qidanın tərkibində olan qlikoprotein zülalları yaratdığını deyən S.Nəbiyeva qida allergenləri məhsullarının kulinariyada işlənməsi zamanı antigen xüsusiyyətlərini dəyişmək qabiliyyətinə malik olduğunu bildirdi: "Qızdırıldıqda zülallar denaturasiyaya uğrayır. Bu zaman qida allergenlərinin bir qrupu allergenlik xüsusiyyətini itirir, digər qrupu isə əksinə allergenlik xüsusiyyəti əldə edir. Meyvə və tərəvəzlərin tam yetişməmiş olması da allergenliyi kəskin artırır".
Həkim allergik xəstəliklərlə mübarizə aparmaq üçün bəzi məsləhətlər də verdi: "Kiflər (göbələklər) nəmli şəraitdə daha tez inkişaf etdiyi üçün yay aylarında eviniz günəş şüası ilə qızmalı, qışda isə rütubətsiz və işıqlı olmalıdır. Otağınızda çox əşya olmamalıdır. Yun və quş tükü ilə doldurulmuş yastıq, yorğan və döşəklərdən istifadə olunması məsləhət deyil. Otaq təmizlənərkən, bu cür xəstəliyi olan şəxs otaqda olmamalıdır. Sadəcə, xəstənin yanında deyil, evin heç bir yerində siqaret çəkilməməli, yataq otağında bəzək bitkisi olmamalıdır. Yuyucu toz və boya qoxusu olan yerlərdən uzaq durmalı, otaq və saç spreylərindən istifadə edilməməlidir. Rəngli və əlavə maddəli qidalar da xəstəliyinizi qüvvətləndirə bilər. Qrip və bu kimi burun-boğaz xəstəlikləri zamanı şikayətləriniz arta bilər, odur ki, öncədən tədbirinizi görün. Havalandırma cihazlarının (air condition) da istifadəsi məqsədəuyğun sayılmır".

Tibb.az

Baxış sayı
Ay ərzində: 23
Bütünlüklə: 1823