Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Sonsuzluq – miflər və faktlar   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Çox gülən qadınlar tez kökəlir   |   Saqqız çeynəməyin faydaları   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Çili bibərləri ağrıkəsicidir   |   Depressiya görməni zəiflədir   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Ana bətnində 4 gün donduruldu   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Partenofiliya - bakirə qızlara meyl   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Zəmanə qadınları...   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Kola spermanın tərkibini korlayır   |   Autizm dünyanın sonu deyil   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Qadınlar daha ağıllıdır   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Arıqladan çimərlik paltarı   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Portağal sümüyü bərkidir   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Suyu az içmək beyni qocaldır   |   Yuxusuzluq kökəldir   |   Köklük insult riskini artırır   |   
Yüksək təzyiq

Xəstələrin illərlə arterial təzyiqi yüksək ola bilər, amma bundan xəbərləri olmaya bilər. Çünki xəstəliyin simptomları üzə çıxmaya bilər. Nəzarət olunmayan hipertenziya ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Arterial təzyiq sizin ürəyinizin vurduğu qanın həcmi və arteriyalarınızın rezistentliyi ilə təyin olunur. Ürəyiniz nə qədər çox qan vurursa və damarlarınız nə qədər dardırsa təzyiqiniz o qədər yüksək olur. Yüksək təzyiq demək olar ki, hər kəsi zədələyə bilir. Lakin xoşbəxtlikdən asanlıqla diaqnozu qoyulur və dərmanlar vasitəsi ilə idarə edilə bilir.

 

Əlamətlər

Xəstəlik bəzən simptomsuz keçir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.

 

Həkimə nə zaman getməli

20 yaşından yuxarı şəxslərin iki ildən bir arterial təzyiqlərini müayinə etməkləri gərəkdir. Təzyiqi adətən əczaxanalarda və ya poliklinikalarda müayinə etdirmək olar.Əgər hipertenziya diaqnozu qoyulmuşsa bundan sonra təzyiqinizi daha tez-tez müayinə etdirməli və təzyiqinizi həkimin məsləhət gördüyü dərmanlarla idarə etməyə çalışmalısınız.

 

Səbəblər

Xəstəliyin iki növü var.
İlkin hipertenziya
90-95% hallarda səbəbləri aydınlaşdırmaq olmur. İllər boyu yavaş-yavaş inkişaf edir.
İkincili hipertenziya
5-10 % hallarda isə xəstəliyə aşağıdakı hallar səbəb olur. Bu tip hipertenziyalar ikincili adlanır. Qəfil başlanır və təzyiq yüksək rəqəmlərə çatır. Səbəblər əsasən aşağıdakılardır:
  - Böyrək xəstəlikləri
  - Böyrəküstü vəzi şişləri
  - Ürək qüsürları
  - Bəzi dərmanlar: hamiləlik əleyhinə, soyuqlama əleyhinə,ağrıkəsicilər.
  - İlleqal dərmanlar, kokain, amfetaminlər.

Risk faktorları:
  - Yaş.  Yaş artdıqca xəstəliyin əmələ gəlmə riski artır. Orta yaşlarda yüksək arterial təzyiq kişilərdə çox rast gəlinir. Qadınlarda isə adətən menopauzadan sonra bu hal müşahidə olunur.
  - İrq. Yüksək arterial təzyiq neqroid irqinin təmsilçilərində daha çox rast gəlinir. Və adətən ağırlaşmalarla müşayiət olunur.
  - Ailə tarixçəsi. Adətən irsiyyətin burda rolu olur.

 

Sizin idarə edə biləcəyiniz risk faktorları:
  - Artıq çəki. Çəkiniz artıq olduqca orqanizminizə də o qədər çox qan lazım olur. Və qanın artması da təzyiqin artmasına səbəb olur.
  - Fiziki aktiv olmamaq. Sizin fiziki aktiv olmamağınız ürəyinizin işini artırır və ürək vurğularının tezliyi artmış olur.
  - Tütün istifadə edilməsi. Bu tip tüstülər sizin arteriyanızın divarını zədələyir. Bu da arteriyaların divarının daralmasına və təzyiqin yüksəlməsinə səbəb olur.
  - Qidalarda duzun çox istifadəsi. Duzun çox istifadəsi mayenin orqanizmdə toplanmasına, bu da təzyiqin qalxmasına səbəb olur.
  - Qidanızda kaliumun az olması. Kalium sizin hüceyrələrdə duz balansını saxlamağa kömək edir. Kifayət qədər kalium istifadə etmirsinizsə qidanızsa bu duzun orqanizmdə yığılmasına və təzyiqin qalxmasına səbəb olur.
  - Alkoholun istifadəsi. Zaman keçdikcə alkohol içmə sizin ürəyinizi zədələyir.
  - Stress. Yüksək stress təzyiqin qalxmasına səbəb olur.
  - Xronik vəziyyətlər. Xronik vəziyyətlər təzyiqin yüksək olmasına gətirib çıxarır. Məsələn, şəkərli diabet, böyrək xəstəlikləri, yüksək xolesterol, yuxu apnoyesi.
Bəzən hamiləlik də yüksək arterial təzyiqə səbəb olur. Hipertenziya bəzən uşaqları da zədələyə bilir. Böyrək və ürək xəstəlikləri uşaqlarda təzyiqin qalxmasına səbəb olur.

 

Ağırlaşmalar

  - Arteriyaların zədələnməsi. Bu halda arteriyalarda ateroskleroz əmələ gəlir.
  - Anevrizma. Yüksək təzyiq damarları zədələyərək anevrizmanın əmələ gəlməsinə səbəb olur. Anevrizmanın divarı zədələməsi həyati təhlükəli ola bilər.
  - Ürək çatmazlığı. Qanı damarların yüksək təzyiqinə qarşı qovmaq ürək əzələsini zəiflədir. Bu da gələcəkdə ürək çatmazlığına səbəb olur.
  - Beyində zədələnmiş və ya blok olunmuş damarlar. Yüksək təzyiq beyin qan dövranını pozur və insulta səbəb olur.
  - Böyrəklərdə zədələnmiş və daralmış damarlar. Bu hal orqanları normal fəaliyyət göstərməyə qoymur.
  - Göz damarlarında dəyişikliklər. Yüksək təzyiq göz damarlarının cırılmasına, daralmasına, nəticədə görmənin itməsinə səbəb olur.

 

Test və diaqnoz

Təzyiq sfiqmomanometr adlanan cihazla ölçülür. Civə sütunu ilə qiymətləndirilir. Bu zaman 2 rəqəm alınır ki, bunlardan biri sistola, yəni ürəyin yığılma anında olan təzyiqi, digər isə ürəyin diastola, yəni boşalma anında əmələ gələn təzyiqidir.

 

Son təsnifatlara görə arterial təzyiq 4 kateqoriyaya bölünür:

- Normal qan təzyiqi. Bu halda təzyiqiniz 120/80 mm Hg-dan aşağıdır.
  - Prehipertenziya. Bu halda sistolik təzyiq 120-139 arası, diastolik təzyiq isə 80-89 arası olur. Adətən prehipertenziya diaqnozu qoyulan adamlar 4 il ərzində hipertenziya fazasına çatırlar.
  - Hipertenziya 1-ci dərəcə. 140-159 mm Hg arası sistolik təzyiq, 90-99 mm Hg arası diastolik təzyiq olur.
  - Hipertenziya 2-ci dərəcə. Sistolik təzyiq bu halda 160 mm Hg və daha yüksək, diastolik təzyiq isə 100 mm Hg və daha çox olur.

Bundan əlavə olaraq sizə EKQ-Elektro Kardio Qrafiya, qan analizləri, sidiyin analizi məsləhət görüləcək.

 

Müalicə və dərmanlar

Müalicə aşağıdakı hallarda başlanır:
Müalicə başlanır
140/90 mm Hg və ya aşağı  Əgər siz sağlamsınızsa
130/80 mm Hg və ya aşağı  Əgər xronik böyrək xəstəliyiniz, diabet və ya koronar arteriya xəstəliyiniz varsa
120/80 mm Hg və ya aşağı  Ürək çatmazlığı, xronik böyrək xəstəliyi varsa

 

Müalicə məqsədi ilə istifadə olunan dərmanlar:
  - Sidik qovucular.  Orqanizmdə olan duzu və suyu xaric etməyə kömək edir.
  - Beta blokatorlar. Bu dərmanlar ürəyin işini azaldır, yəni ürək vurğularının sayını azaldır, damarlarınızı genişləndirir.
  - Angiotenzin çevirici fermentin inhibitorları. Damarları daraldan fermenti blok etməklə damarları genişləndirir, nəticədə təzyiq düşür. Angiotenzin II reseptor blokatorları. Bu dərmanlar reseptorları blok etməklə təsir edir.
  - Kalsium kanalı blokatorları. Bu dərmanlar damar divarının əzələlərinə təsir etməklə damarları genişləndirir.
  - Əlavə olaraq alfa blokatorlar, alfa-beta blokatorlar, mərkəzi təsir edən dərmanlar, vazodilattorlar işlədilir.
Təzyiqiniz normallaşdıqdan sonra həkim sizə ürək xəstəliklərinin qarşısını almaq üçün aspirin içməyi də məsləhət görə bilər.
Rezistent hipertenziya: Çətin idarə olunan hipertenziyadır
Əgər 3 müxtəlif dərman qəbul etməyinizə baxmayaraq təzyiqiniz yuxarı rəqəmlərdə qalırsa, bu rezistent hipertenziya ola bilər. 4 müxtəlif dərmanla hipertenziya idarə olunursa bu da rezistent pnevmoniya sayıla bilər.
Lakin rezistent hipertenziya hələ o  demək deyil ki təzyiqi idarə etmək mümkün deyil. Ola bilər ki, sizin hər hansı bir böyrək xəstəliyiniz və ya yuxu apnoeniz var. Səbəblərin aydınlaşdırılması təzyiqin idarə edilməsinin asanlaşmasına gətirib çıxarır.
Ola bilsin ki, sizin dərmanlarınızın dozası və ya kombinasiyası düzgün deyil.
Əlavə olaraq sizin başqa xəstəliyinizə görə qəbul etdiyiniz dərmanlar da nəzərdən keçirilməlidir, çünki dərmanlar bir-biri ilə qarşılıqlı təsirə girə bilər və bir-birinin təsirini azalda bilər.
Əgər sizə yazılan dərmanları yadınızdan çıxdığına görə və ya baha olduğuna görə qəbul edə bilmirsinizsə bu barədə həkiminizlə açıq məsləhətləşin.

 

Həyat tərzi:

Həyat tərzini dəyişmək sizə təzyiqinizə nəzarət etməyə kömək edə bilər.Sizin edə biləcəkləriniz:
  - Sağlam qidalanma. Az piyli qidalardan istifadə etmək, gündəlik rasionda meyvə və tərəvəzin geniş istifadəsi, kaliumlu qidaların istifadəsi nəzərdə tutulur.
  - Qidada duzun azaldılması. Sağlamlar üçün duzun gündəlik limiti 2,4 milliqramdir. Gündəlik 1,5 milliqram artıq xəstələrin təzyiqinə təsir edir. Bunu ardan qaldırmaq üçün az duzlu qidalardan istifadə etmək məsləhətdir.
  - Çəkinin azaldılması. Kök adamlarda hətta 2,3 kq çəkinin azaldılması arterial təzyiqi aşağı sala bilər.
  - Fiziki aktivliyi artırmaq. Gündəlik hətta 30 dəqiqəlik fiziki aktivlik müsbət təsir edə bilər.
  - Alkohol limiti.
  - Siqaret çəkməmək. Bu sizin damarlarınızı zədələyir və son nəticədə təzyiq yüksəlir.
  - Stressi idarə edin. Stressi mümkün qədər azaltmaq məsləhətdir ki, buna da kifayət qədər gündəlik yuxu normasını almaq, əzələ relaksasiyası, dərindən nəfəsalma ilə nail olmaq olar.
  - Təzyiqinizi evdə vaxtaşırı ölçün.
Problemi aradan qaldırmaq
Hipertenziya elə bir xəstəlik deyil ki, onu müalicə edəsiniz və bununla bitsin. Hipertenziya həyatınız boyu sizi müşaiət etdiyindən onun qarşısını almaq üçün həyat tərzinizi dəyişməlisiniz:
  - Dərmanlarınızı vaxtlı-vaxtında qəbul edin. Əgər dərmanların əlavə təsirləri sizi narahat edirsə dərmanı qəbul etməyi dayandırmayın, həkiminizlə bu təsiri necə ardan qaldırmaq barədə məsləhətləşin.
  - Reqular həkim müayinəsinə gedin.
  - Sağlam həyat tərzi keçirin: Sağlam qida, çəkinin azaldılması, fiziki aktivlik, alkohol limiti, siqaret çəkməmək.
  - Stressi idarə etmək. Çalışın müsbət hadisələrdə özünüzü kökləyin.

Mənbə: etibb.org saytı

Baxış sayı
Ay ərzində: 20
Bütünlüklə: 1719