Soğan yemək beyini gücləndirir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Ana öpüşü güclü immunitet yaradır   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Çox oturmağın zərərləri   |   Ana südü xərçəngə qarşı   |   Xərçəngi insan yaradıb?   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Güclü cinsin zəif tərəfləri   |   Kola spermanın tərkibini korlayır   |   Uzunömürlülüyün sirri almadadır   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Sadizmə meyilli olan insan portreti   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Əlləriniz xarakterinizi göstərir   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Çox gülən qadınlar tez kökəlir   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Gəzinti ən yaxşı idmandır   |   Çili bibərləri ağrıkəsicidir   |   Piylənmə və artıq çəki problemi   |   Su filtrindən süzülən xəstəlik   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Yaşın fərqi varmış   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Qadınlar, qəhvə için!   |   Savadlı ol ürəyin ağrımasın   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Nikah gecəsinin sirləri   |   
Vərəm

Vərəm ağciyərləri zədələyən həyati təhlükəli xəstəlikdir. Hər il vərəm yer üzərində 2 milyon insanın həyatını aparır. İnsan populyasiyasının 30%-i bu xəstəliyə yoluxmuşdur.  Vərəm hava-damcı yolu ilə ötürülür. Yəni xəstə adam öskürəndə, danışanda, asqıranda keçə bilər. Adətən xəstəliyə yoluxmaq üçün xəstə ilə uzun müddət kontaktda olmalısınız. Hətta belə olduqda da xəstəliyə tutulmaya bilərsiniz. Bəzən xəstəlik özünü uzun illərdən sonra göstərə bilər. Müalicəsiz nəticəsi ölümcül ola bilər. Lakin vaxtında aparılan müalicə yaxşı nəticələr verir.

 

Simptomlar

Vərəm bakteriyalarına yoluxmaya baxmayaraq, sizin immun sistem xəstəlikdən sizi qoruyur. Buna görə də həkimlər aşağıdakı kimi bölgü aparır:
  - Vərəm infeksiyası. Bəzən bu latent vərəm adlanır. Simptomları olmur və yoluxucu deyil.
  - Aktiv vərəm. Bu xəstəlik olmaqla başqalarına da keçmə ehtimalı var. Əlamətsiz keçə bilər. Lakin əlamətlərin olmamasına baxmayaraq xəstəlik inkişaf edir.
Sizin orqanizm vərəm bakteriyalarına qarşı yoluxmadan  2-8 həftə sonra mübarizə aparmağa başlayır. Bəzən bakteriya ölür və infeksiya tam təmizlənir. Digər hallarda bakteriya qeyri-aktiv olaraq orqanizminizdə qalır və xəstəlik yaratmır. Bir sıra hallarda isə vərəm xəstəliyini yaradır.
Vərəm əsasən sizin ağciyərlərinizi zədələyir və öskürək adətən yeganə simptom olaraq qalır. Əlamətlər:
  - 3 və daha çox həftə davam edən öskürək, rəngsiz və qanlı bəlğəm
  - Gözlənilməz çəki itkisi (arıqlama)
  - Üzülmə
  - Yüngül temperatur
  - Gecə tərləmələri
  - Soyuqlama əlamətləri
  - İştahanın itməsi
  - Nəfəsalma və öskürmə zamanı ağrı
Vərəm sizin orqanizmin istənilən hissəsini zədələyə bilər. Sümükləri, oynaqları, sidik orqanlarını, mərkəzi sinir sistemini, əzələləri və s.

Vərəm sizin ağciyərlərinizdən kənarda olan orqanlarınızı zədələyirsə onda simptomlar zədələnən orqana uyğun üzə çıxır.Məsələn böyrəkləriniz zədələnərsə sidikdə qan üzə çıxa bilər.

 

Səbəbləri

Mycobacterium tuberculosis, vərəmə səbəb olan bakteriyalardır ki, xəstə insanların öskürməsi, asqırması, gülməsi zamanı ətraf mühitə yayılır.

Yoluxucu olmasına baxmayaraq xəstəliyi tutmaq elə də asan deyil. Xəstəliyə tutulmaq üçün xəstə ilə uzun müddət kontaktda olmalısınız. Bu xəstəliyi daha çox ailə üzvündən, iş yoldaşından tutmaq olar ki, nəinki tanımadığınız, təsadüfən avtobusda rastlaşdığınız xəstə birisindən. İki həftə ərzində müalicə almış xəstə adətən artıq yoluxucu olmur. Nadir hallarda ana xəstəliyi dölə ötürə bilər.

 

Risk faktorları

Hər yaşda vərəm xəstəliyinə tutulmaq olar, lakin müəyyən faktorlar var ki, xəstəliyin yaranması üçün risk təşkil edirlər:
  - İmmunitetin aşağı olması. İmmun sisteminiz sağlam olanda yoluxcağınız halda belə immun sisteminizin mübarizə aparmağı nəticəsində xəstəliyə tutulmaya bilərsiniz. Lakin immun sistem zəifdirsə xəstəliyin inkişaf etməsi baş verir. HİV, diabet, ağciyər silikozları və s.  xəstəliklər sizin immun sistemi zəiflədə bilər.
  - Vərəmli xəstə ilə yaxın kontakt. Xəstəliyə tutulmaq ancaq aktiv vərəmli və müalicə olunmayan xəstə ilə uzun müddətli kontakda olandan sonra mümkündür.
  - Milliyyət. Afrika, Asiya, Latın amerikası və keçmiç Sovet İttifaqı ölkələrinin sakinlərinin xəstəliyə tutulma ehtimalı yüksəkdir.
  - Yaş. Yaşlı şəxslər daha yüksək risk qrupunu təşkil edir.
  - Maddə asılılığı. Alkohol, dərman asılılığı sizi vərəm xəstəliyinə həssas edə bilər.
  - Az qidalanma. Aşağı kalorili qidalanma sizi təhlükə altına ata bilər.
  - Tibbi xidmətin çatışmazlığı.
  - Həbsxanada yaşayan və işləyənlər.  Çünki hava ventilyasiyası elə yerlərdə zəif olur.
  - Qaçqın düşərgələrində yaşayanlar. Buna səbəb az qidalanma və antisanitariya şəraitində yaşamdır.
  - Səhiyyə işçiləri. Daim xəstələrlə kontaktda olduqlarından risk qrupundadırlar.
  - Beynəlxalq səyahətlər.  İnsanlar səyahət edərkən xəstəlik tuta bilərlər və ya xəstəliyi yaya bilərlər.

 

Nə zaman həkimə müraciət etməli:

Sizin temperaturunuz varsa, arıqlayırsınızsa, gecələr tərləyirsinizsə, davamlı öskürəyiniz varsa mütləq həkimə müraciət edin. Həkiminiz testlər apara bilər və xəstəliyin olub olmamasını təyin edə bilər.

 

Testlər və diaqnoz:

Geniş istifadə olunan diaqnostik vasitə sadə dəri testidir ki buda “Mantu” adlanır. Mantu testi üçün sizin bilək nahiyənizə tuberkulin vurulur. 48-72 saat ərzində sizin bilək nahiyənizdə reaksiyanın olub-olmaması tibb işçisi tərəfindən yoxlanılır. Nəticə pozitiv və neqativ ola bilər. Positiv cavab o zaman olur ki, iynə vurulan yerdə köpüşüklük əmələ gəlir. Mantu sınağı dəqiq nəticə verməyə bilər. Yalançı pozitiv və yalançı neqativ nəticələr alına bilər. Qan analizi ilə vərəmin varlığının təsdiqi mümkündür, lakin bu test hər yerdə aparılmır. QuantiFERON-TB Gold (QFT) adlanır.
Digər müayinələr:
Əgər yuxarıdakı testlər pozitivdirsə digər müayinələri aparmaq lazımdır.
Bu testlərə daxildir:
  - Döş qəfəsinin rentgenoqrafiyası. Rentgenoqrafiya zamanı xəstə ağciyərlərdə boşluqlar, ağ ləkələr və ya limfa düyünləri görünə bilər.
  - Kultura testləri. Bu zaman bəlğəm və ya mədə sekresiyasından material götürülüb bakterioloji müayinə aparıla bilər.
 

Ağırlaşmalar

Ağciyər vərəmi vaxtında diaqnoz və müalicə olunmazsa ağciyərlərin zədələnməsi ilə nəticələnə bilər. Müalicə olunmayan vərəm digər orqanları da zədələyə bilər. Məsələn sümükləri zədələyən vərəm ağrı, absses oynaq zədələnməsinə səbəb ola bilər. Meningeal vərəm, o zaman yaranır ki, sizin beyniniz və mərkəzi sinir sisteminiz zədələnir.

 

Müalicə və dərmanlar

Əgər testlər vərəmin olmasını göstərirsə lakin aktiv xəstəlik yoxdursa həkim profilkatik müalicə yaza bilər. Belə halda profilaktika məqsədi ilə izoniazid müalicəsi yazılır. Müalicənin effektiv olması üçün müalicə 6 ay ərzində aparılır.
Aktiv vərəmin müalicəsi:
Əgər aktiv vərəmlə xəstəsinizsə 4 dərman qəbul etməlisiniz — izoniazid, rifampin (Rifadin, Rimactane), etambutol (Myambutol) və pirazinamid. Bu rejim dərmanlardan hansısa birinin aktivliyinin olmaması nəticəsində dəyişdirilə bilər. Sizin xəstəliyin ağırlığından asılı olaraq bu dərmanlar bir neçə aydan sonra azaldıla bilər.
Müalicənin əlavə təsirləri:
  - Ürəkbulanma və qusma
  - İştahanın itməsi
  - Sarılıq
  - Qarnınızda ağrı və həssaslıq
  - Rəng korluğu

 

Profilaktika

  - İmmun sisteminizi sağlam saxlayın. Normal qidalanmaq, kifayət qədər dincəlmək, sizin immun sistemi normal vəziyyətdə saxlayan faktorlardır.
  - Vaxtaşırı həkim müayinəsindən keçin.
  - Profilaktik müalicə alın. Əgər latent vərəmə görə pozitivsinizsə, lakin aktiv vərəmlə xəstə deyilsinizsə izoniazid müalicəsi almalısınız. Bu aktiv vərəmin əmələ gəlməsinin qarşısını alacaq.Vərəm əleyhinə vaksin hazırlanmışdır. Yetkin şəxslərdə vaksin elə də effektiv deyil, lakin uşaqlarda effektiv ola bilər. Vaksinasiya “Mantu” sınağına təsir etdiyindən və yalançı pozitiv nəticə verə biləcəyindən elə də geniş istifadə olunmur.
Aktiv vərəmli xəstə öz qohumlarını necə qorumalıdır:
  - Evdə qalın. İşə və məktəbə getməyin.Başqaları ilə bir otaqda qalmayın.
  - Adekvat ventilyasiya təmin edin. Pəncərələri açın, otağın havasını tez-tez təmizləyin.
  - Ağzınızı örtün.  İlkin 2-3 həftə müalicə ərzində ki, xəstə digərlərini yoluxdura bilər gülən, danışan və öskürən zaman ağzını örtməlidir.

Mənbə: etibb.org saytı

Baxış sayı
Ay ərzində: 21
Bütünlüklə: 1824