Diliniz dərdinizdən danışır...   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Qadınların sevimli yaş dövrü   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Pul saymaq ağrını azaldır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Müasir xanımlar çox yaşayır   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Savadlı ol ürəyin ağrımasın   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Sonsuzluq – miflər və faktlar   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Yuxusuzluq kökəldir   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   2 yaşında 41 kilo oldu   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Xərçəngi insan yaradıb?   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Pula qarşı allergiyası olan insan   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Peşənə bax, ölümünü bil!   |   Çiyələk gümrahlığı artırır   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Ramazan ayında necə qidalanmalı?   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   29 yaşında nənə oldu   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Uzunömürlülüyün sirri almadadır   |   Zəmanə qadınları...   |   Soğan yemək beyini gücləndirir   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   
Vaginal qaşınma

Vaginal qaşınma uşaqlıq yolunu əhatə edən dəridə sancma və zəif ağrı hissi ilə müşayət edilən bir narahatçılıqdır. Uşaqlıq yolu uşaqlığı xarici mühitlə əlaqələndiriən borudur.  Uşaqlıq yolunda təbii öz-özünü qorumaq və təmiz saxlama mexanizmi mövcuddur. Bu nahiyədə zərərsiz bakteriyaların fəaliyyəti nəticəsində şəkərin parçalanmasından yaranan süd turşusu formalaşır ki, bu da uşaqlıq yolunu patogen (zərərli) mikroorqanizmlərdən qoruyur. Amma bəzi faktorlar bu mexanizmi pozur və uşaqlıq yolunda qaşınmaya səbəb olan fərqli şəraitlər yaradır.

Qaşınma cinsi yetkinlik dövrunə çatmayan qızlarda tez-tez qeyd edilir. Təssüf ki, bəzi azərbaycanlı analar öz gənc qızlarında bu şikayətləri görərlərsə həkimə müraciət etməkdən çəkinirlər. Bəzi valideyinlərdə gənc qızın ginekoloqa müraciət etməsinin pis göstərici olması haqqında səhv təsəvvür mövcuddur. Bu isə gələcəkdə adi qaşınmanın daha ciddi fəsadlara gətirib çıxarmasına səbəb olur.

 

Səbəblər

  - Kimyəvi qıciqlandırıcılar - yuyucu vasitələr, alt paltarlarını yumşaltmaq üçün istifadə edilən maddələr, sabunlar, məlhəmlər, qadın ətirləri, kontraseptiv jelelər, qoruyucu vasitələr və s. 
  - Uşaqlıq yolunun maya göbələkləri ilə yoluxması zamanı qaşınma ilə yanaşı ağ və kəsmiyə bənzər gəlinti də qeyd olunur. Göbələyin artması antibiotik istifadəsi, kontraseptiv həblərin qəbulu, hamiləlik, aybaşı, qoruyucu vasitələrin istifadəsi, cinci əlaqə, diabet, immun sistemin zəiflləməsi kimi hallarla bağlı ola bilər.
  - Digər vaginal infeksiyalar – bakterial vaginoz, genital herpes, trixomoniazis, bit kimi faktorlar da uşaqlıq yolunda qaşınma törədə bilər.
  - Vaginit – uşaqlıq yolunun iltihabıdır. Vaginit zamanı qağınmaqla yanaşı gəlim və iyin olması qeyd edilir. Vaginit yetkinlik yaşına çatmayan qızlarda daha tez-tez yaranır. Vaginitin yaranmasına fərqli infeksiyaların rolu vardır.
  - Bij qurd – daha çox uşaqlarda qaşınmanın səbəbi ola bilir.
  - Stres – uşaqlıq yolunda qaşınmanı artıra bilər. Bu səbəbdən qaşınma uşaqlıq yolunun ikincili infeksiyalaşmasına şərait yaradır.
  - Menopausa – qanda esterogenin düşməsi uşaqlıq yolunun daxili örtüyünün nazilməsinə və infeksiyalaşmaya həssas olmasına səbəb olur.

 

Həkimə nə zaman müraciət etməli?

Əgər vaginal qaşınma kəskindirsə, digər yanaşı narahatçılıqlar varsa (vaginal gəlim, ağrı, iyi və s.), üç gündən çox davam edirsə mütləq həkimə müraciət edin. Həkiminiz qaşınmanın əsl səbəbini üzə çıxarmaq üçün müəyyən müayinələr həyata keçirəcək. Yalnız bundan sonra sizə müalicə təyin edəcək.

Bəzən qaşınma öz-özünə və ya müəyyən tədbirlər nəticəsində itir. Vaginal qaşınmadan qaçmaq üçün bəzi tövsiyyələr:
  - Ev şəraitində ilıq vanna qəbul edin. Suya duz, şalfey və ya çobanyastığı (romaşka) əlavə edilə bilər. Bəzən belə adi vanna ilə qaşınma aradan qalxır və həkimə müraciət etməyə ehtiyac qalmır.
  - Cinci əlaqəyə bir müddət ara vermək vacibdir. Qaşınma törədicisi yoldaşınızdan yenidən yoluxa bilər və görülən tədbirlərin əhəmiyyəti itə bilər. Müalicə zamanı həyat yoldaşınızda uyğun dərmanlar qəbul etməlidir.
  - Qoruyucu vasitənin dəyişilməsi. Əgər cinci əlaqə zamanı qoruyucu vasitələrdən istifadə edilirsə onun dəyişilməsi qaşınmanı aradan qaldıra bilər. Qoruyucu vasitə üzərində olan toz və ya məlhəm uşaqlıq yolunda allergik reaksiya törədə bilir.
  - Qaşınan nahiyəni “cırmaqlamaqdan” çəkinin. Dırmaqlarınızla uşaqlıq yolu ətrafı dərini zədələməməyə çalışın.
  - Şirin qidaları azaldın. Şəkər bəzi göbələklərin inkişafına təkan verir.
  - Sərin, yumşaq və dar olmayan geyimə üstünlük verin. 
  - İsti və rütubətli havada çox qalmaqdan çəkinin.
  - Qaşınma hissini unutduracaq məşğuliyyət tapın.
  - Reseptsiz satılan anti-histamin dərmalardan istifadə edə bilərsiniz.
  - Qaşınan nahiyəyə hidrokartizon məlhəmi sürtə bilərsiniz.

Mənbə: etibb.org saytı

Baxış sayı
Ay ərzində: 22
Bütünlüklə: 6496