Gəzinti ən yaxşı idmandır   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Kök kişilər daha sədaqətlidir   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Dişləri düzgün fırçalama texnikası   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Sadizmə meyilli olan insan portreti   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Tənhalıq xərçəngə səbəb olur   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Ana südü xərçəngə qarşı   |   Qaradərili insanlar daha sakit olurlar   |   Ana bətnində 4 gün donduruldu   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Qadınlar niyə çox danışır?   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Portağal sümüyü bərkidir   |   Almanı qabıqlı yeyin   |   3D ürək bulandırır   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Əlləriniz xarakterinizi göstərir   |   Şokolad qan təzyiqini azaldır   |   Su filtrindən süzülən xəstəlik   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Müasir xanımlar çox yaşayır   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Kişilər yoxa çıxacaq   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Yuxusuzluq kökəldir   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Arıqladan çimərlik paltarı   |   Qadınların sevimli yaş dövrü   |   Pula qarşı allergiyası olan insan   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   2 yaşında 41 kilo oldu   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Qadınlar daha ağıllıdır   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Sevgi qurban tələb edir   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Həkimlərdən qeyri-adi cəza   |   
Ürək qüsurları

Əgər sizin uşağınıza anadangəlmə ürək qüsuru diaqnozu qoyulubsa bu o deməkdir ki, o  ürəyin embrional inkişaf dövründə olan bir problemlə qarşılaşmışdır. Bəzi anadangəlmə qüsurlar sadə olub (məsələn, ürəyin ayrı-ayrı hissələri arasında olan dəliklər) öz-özünə bağlana bilir. Digər qüsurlar isə daha mürəkkəb olub bir neçə cərrahi əməliyyat tələb edir.

 

Simptomlar

Ciddi qüsurlar:
Adətən doğulandan bir neçə saat, bir neçə gün ərzində özünü göstəri. Əlamətləri:
  - Dərinin sağlam rəngdə olmaması
  - Solğun boz, göy rəngli dəri (sianoz)
  - Qidalanma zamanı tənginəfəslik, çəkinin zəif artımı
Az ciddi qüsurlar:
Adətən ya diaqnoz olunmur, ya da gec aşkar olunur. 3 yaşında və ondan böyük uşaqlarda olan əlamətlər:
  - İdman və ya fiziki aktivlik zamanı tezliklə tənginəfəs olma
  - Tez yorulma
  - Əl və ayaqların tez tərləməsi

 

Həkimə nə vaxt getməli

Ciddi qusurlar sizin uşaq doğulmuşdan əvvəl və ya doğulandan az sonra aşkar olunur. Əgər sizin uşağınızda yuxarıda qeyd olunmuş simptomlar varsa həkiminə təcili müraciət edin.
Əgər uşağınızda az ciddi  qüsurların əlamətləri varsa həkiminə müraciət edin, o sizə əlamətləri ürəklə əlaqədar olub olmadığını deyecək.

 

Səbəblər

Ürək 4 kameradan ibarətdir. Bunların ikisi qulaqcıq ikisi isə mədəcik adlanır. Ürəyin əsas işi qanı damarlara qovmaqdır Bunun üçün ürək özünün sağ və sol qulaqcıqlarını istifadə edir. Mayalanmadan 22 gün sonra ana bətnində dölün ürəyi döyünməyə başlayir. O anda ürək ancaq adi boru şəkilli bir forması olur. 28 ci həftəyə çatanda isə ürək artıq öz formasını alır və artıq qanı gətirən və aparan damarları olur.

Məhz bu anda körpənin ürək qusurları formalaşmağa başlayır. Elmi araşdırmalar hələ də ürək qusurlarının səbəbini tam aydınlaşdırmağa imkan vermir, lakin genetic amillər və hamiləlik zamanı qəbul olunan dərmanlar buna təsir edə bilər.

 

Risk faktorları

  - Qızılca. Hamiləlik vaxtı qızılcanın keçirilməsi sizing uşağınızda ürək qüsurlarının əmələ gəlməsinə səbəb ola bilər.
  - Diabet. Hamilə qadının diabet xəstəsi olması da döldə qüsurların olmasına gətirib çıxara bilər. qanda şəkərin miqdarının norma daxilində saxlanması bunun qarşısını ala bilər.
  - Dərmanlar. İsotretinoin və litiumun hamiləlik zamanı qəbulu bura aiddir.Eyni zamanda alkoholun içilməsi də ürək qusurlarının riskini artırır.
  - İrsilik. Genetik olaraq bu xəstəliyin ötürülməsi də mümkündür.

 

Ağırlaşmalar

Xəstə uşaqlarım vaxtında müalicə alması çox vacibdir. Müalicənin gecikməsi uşağın gec inkişaf etməsinə, emasional problemlərinin olmasına səbəb olur.
Qüsurların müalicəsi cərrahi əməliyyatın aparılması və dərman müalicəsi ilə bitmir. Belə ki, belə xəstələrdə endokarditlərin əmələ gəlməsi və ürək çatmazlığı. Qapaq problemləri sonradan da əmələ gələ bilər.

 

Test  və diagnoz

  - Fetal exokardiografiya. Bu test uşağınızın doğulmamışdan əvvəl ürəyində qüsurun olub olmamasını təyin etməyə imkan verir. Bu məqsədlə ultrasəs istifadə olunur. Exokardiografiya. Sizin uşağınız doğulandan sonra ürəyi exokardiografiya olunub diaqnoz qoyula bilər.
  - Elektrokardiografiya.  Bu qeyri invaziv müayinə metodu uşağınızı ürəyinin elektrik aktivliyini tıyin etməyə imkan verir.
  - Döş qəfəsinin rentgenoqrafiyası. Bu metod ürəyin genişlənməsini və ya döş qəfəsində mayenin yığımasını və s təyin etməyə kömək edir.
  - Puls oksimetriya. Bu test sizə imkan verir ki, uşağınızın qanında oxigenin nə qədər olduğunu təyin etsin.
  - Ürək kateterizasiyası. Bu zaman nazik bir kateter uşağınızın qolundan daxil edilərəl ürəyinədək yeridilir. Ürəyə yeridildikdən sonra isə müayinə davam etdirilə bilər.
Umumiyyətlə 35 ürək qusuru təyin edilir ki, bunlar da aşağıdakı kimi təsnif olunur:
  - Ürək defektləri.
Ürəyin bölümləri arasında olan divarda və ya böyük damarların ürəkdən çıxan hissəsində      olan defektlər bura aiddir. Bu dəliklər oksigenlə zəngin və oksigeni az olan qanı bir-birinə qatır. Və dəlikər əgər böyükdürsə uşağınızın bədənində dövr edən qan kifayət qədər oksigenlə zəngin olmur. Kifayət qədər oksigenin olması uşağınızın dərisinin və dırnaqlarının göyərməsinə səbəb olur. Eyni zamanda tənginəfəslik, əsəbililik əmələ gəlir.
  - Obstruksiya olunmuş qan dövranı. Qan damarları və ürək qapaqları daralanda ürək qanı qovmaq üçün daha çox qüvvə ilə çalışmalı olur. Bunların içində ən çox yayılmışı pulmonary stenozdur. Bu pulmonary qapağın daralması nəticəsində əmələ gəlir. Başqa bir növü aortal stenozdur ki, bu zaman da aortal qapaq daralır.
  - Anormal qan damarları. Bura qan damarlarının yerinin dəyişməsi aid ola bilər. Məsələn, aorta və pulmonary arteriya yerlərinin dəyişik olması həyati təhlükəli ola bilər.
  - Ürək qapaqlarının anormallığı. Ürək qapaqları düzgün açıla və bağlana bilmirsə bu zaman qan dövranında problemlər əmələ gəlir. Nəticədə dövr edən qan oksigenlə ehtiyac olan qədər zəngin olmur.
  - Qarışıq qusurlar. Bəzi körpələr bir neçə qusurla doğulur. Məsələn, Fallo tetradası 4 defektin kombinasiyasıdır: mədəciklər arası çəpərin defekti, sağ mədəcik və pulmonar arteriya arası daralmış keçid, aortanın ürəyə birləşən hissəsində olan yerdəyişmə, sağ mədəcik əzələsinin zəifləməsi.

 

Müalicə və dərmanlar

Bəzi ürək qusurları ele də ciddi olmayıb hətta yaşlananadək aşkar olunmur. Digərləri isə əksinə cox ciddi olur.
  - Ürəyin kateterizasiyası ilə keçən proseduralar. Bəzi qüsurları kateterizasiya ilə müalicə etmək mümkündür. Bu da açıq cərrahiyyə tətbiq olunmadan proseduraları aparmağa imkan verir. Bu proseduralar rentgen nəzarəti altında aparılır. Kateter ayaq venasından daxil edilir və ürəyə qədər gedir və qüsuru bərpa etməyə ikan verir.
  - Açıq ürək cərrahiyyəsi.  Kateterlə müalicə heç də həmişə mümkün olmur. Bu halda açıq cərrahiyyə tətbiq olunur.
  - Ürək transplantı. Ciddi qüsurlar zamanı bu da bir çıxış yolu ola bilər.
  - Dərmanlar. Bəzi yüngül qusurlar dərman müalicısi ilə də keçinə bilər.
Gündəlik həyatda nəzərə alınmalı anlar:
  - Fiziki gərginlikdə olan məhdudiyyət. Bəzi uşaqların müalicədən sonra belə fiziki gərginliyində bir qədər məhdudiyyət saxlamağa ehtiyac olur. Ürək qüsuru olan uşaqların çoxusu müalicədən sonra normal böyüyür.
  - İnkişaf çətinlikləri. Bəzi uşaqların müalicədən sonra tam berpa olunması müəyyən zaman çəkə bilər.  eyni zamanda məktəbə gedən uşaqlarda derslərində çətinliklər əmələ gəlir. Bu barədə uşağınızın həkimi ilə danışın.
  - Emosional çətinliklər. Bəzi uşaqlar daim təlaş və həyacan hiss edə bilər.Bunu üçün psixoloqa müraciət etməyiniz məsləhət olardı
  - Davamlı monitorig və müalicə. Bəzən belə xəstələrin bütün ömrü boyu müalicə və nəzarətə ehtiyacı olur.

Mənbə: etibb.org saytı

Baxış sayı
Ay ərzində: 27
Bütünlüklə: 2278