Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Qadınlar, qəhvə için!   |   İnsan dərisindən ev   |   Yaşın fərqi varmış   |   Çox gülən qadınlar tez kökəlir   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Müasir xanımlar çox yaşayır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Qadınların sevimli yaş dövrü   |   Piylənmə və artıq çəki problemi   |   Qadınlar niyə çox danışır?   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Körpələr yatanda da öyrənir   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Pula qarşı allergiyası olan insan   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Şokolad qan təzyiqini azaldır   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Xərçəng yox olmaq üzrədir…   |   Bakıda möhtəşəm Tibbi Turizm tədbiri keçiriləcək   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Yemiş stressin dərmanıdır   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Boşanma kişilərə də təsir edir   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Ana südü xərçəngə qarşı   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   
Ağızdan nəfəsalma

• Adenoiditlər

• Allergik zökəm

• Burun  çəpərinin inkişafı deffektləri

• Burunda yad cisim

• Burunda urlar

 

 

Ağızdan nəfəsalma naxoşluğun və ya zərərli adətin əlaməti ola bilər. Burundan normal nəfəsalmada hava tozdan filtirlənir, istilənir (və ya soyuyur, ətraf mühitin temperaturundan asılı olaraq) və nəmlənir. Müntəzəm olaraq ağızdan nəfəsalma dodaqları və ağızın selikli qişasını qurudur, bu da ki, çatların əmələ gəlməsinə və infeksiyanın düşməsinə şərait yaradır.

 

Adenoiditlər: Udlağın arxa divarında limfa toxumalarının   böyüməsini (badamcıqlar) adinoiditlər adlandırırlar («Limfa düyünlərinin böyüməsi» bölməsinə bax). Badamcıqlarının böyüməsi boğaz və burunun nəfəs yollarının xroniki soyuqdəyməsi ilə bağlıdır. Adenoiditlər havanın burundan keçməsinə, xüsusilə də yuxu zamanı, mane ola bilərlər. Bu uşaqda halsızlıq, dodaqların və ağız boşluğunun quruması, udlağın soyuqdəyməsi, daimi zökəm, yuxuda xoruldamaq, “tıntınlıq” kimi hallara gətirir və nəfəsalma çətinləşir. Uşaq həm də öskürək, orta qulağın xroniki soyuqdəyməsi,  dadbilmə qabiliyyətinin pozulmasından da əziyyət çəkir. Ağızın daimi açıq olması səbəbindən üzdə  ifadəsiz baxış əmələ gəlir.   

Yardım: Uşağı qulaq-burun-boğaz həkiminə (həkim – otolarinoloq) göstərmək vacibdir. Adenoiditləri konservativ (dərman vasitəsi) və ya cərrahi üsulla müalicə edirlər.

 

Allergik zökəm: Ağızdan nəfəsalma burunun selikli qişasında  əmələ gələn allergiyanın nəticəsi ola bilər. Mövsümi (fəsli) allergiyada (pollinos) antigen allergen   bitkilərin tozudur. Digər hallarda allergiyaya süd, yumurta, balıq və digər ərzaq məhsullarının, dərman, bakteriya, parfümeriya antiqenləri səbəb olur. Simptomlara burunun və gözün selikli qişalarının qıcıqlanması, asqırmaq, burundan çoxlu seliyin axması və gözlərin yaşarması da  daxildir.

Yardım: Birinci növbədə uşağı allerqen  mənbəyindən təcrid etmək lazımdır. Qidada allergiyaya səbəb olan  ərzaqları istifadə etməmək. Uşağı mümkün qədər allergiyanı əmələ gətirən  bitkilər olmayan yerə aparmalı («Zökəm» bölməsində «Allergik zökəmə» bax ).

 

Burun  çəpərinin inkişafı deffektləri: burun çəpərininnin gözəçarpacaq dərəcədə əyruliyi bir və ya iki tərəfli burunla nəfəsalma çətinləşir.  Ağızdan nəfəsalmanın nəticəsində uşaq daima ağız boşluğunda quruluq hiss edir, tez – tez zökəm, baş ağrıları, burun qanaxması, qoxu hissiyatının pozulması (iybilmə) kimi vəziyyətlərdən  əziyyət çəkir. Buruna toxunma belə ağrı verir.

Yardım: uşağın burun çəpərinin defektinin aradan götürülməsi üçün kosmetik əməliyyata ehtiyyacı var.

 

Burunda yad cisim: kiçik yaşlı uşaqların  buruna düymə, tum, kürəcik və sairə kimi kiçik əşyaların sala bilməsi hallara rast gəlmək olur. Bu zaman ağızdan nəfəsalmadan əlavə burunun selikli qişasının qıcıqlanması nəticəsində çoxlu ifrazat axır. Burundan gələn ifrazat pis iyli və qanlı olur.

Yardım: birtərəfli burun keçəcəyindən yad cismin çıxarılması üçün həkim otolarinoloqun köməyi vavibdir. Bunu özünüz etməyə çalışmayın çünki, bu zaman yad cisimi  daha da dərinliyə,  nəfəs yollarına itələyə bilərsiniz.
         

Burunda urlar: selikli qişa üzərində xoş xassəli şişlərdir. Ağızdan nəfəsalmadan əlavə burundakı urlar, xroniki zökəm, asqırmaq, baş ağrıları, iybilmə qabiliyyətin  pisləşməsi ilə özünü büruzə verir.  Uşağın burnundan daima selik axır.

Yardım: urlar ancaq cərrahi yolla çıxarılır.

Baxış sayı
Ay ərzində: 42
Bütünlüklə: 1640