Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Qadınlar daha ağıllıdır   |   Qadınlar yatanda arıqlayır   |   Ana bətnində 4 gün donduruldu   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Sevgi ürəyə xeyirdir   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Kişilərin futbol sevgisi   |   Çiyələk gümrahlığı artırır   |   İnsan dərisindən ev   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Linza seçərkən diqqətli olun   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Ramazan ayında necə qidalanmalı?   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Ev işləri erkən doğum risqini artırır   |   Körpələr yatanda da öyrənir   |   Suyu az içmək beyni qocaldır   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   3D ürək bulandırır   |   29 yaşında nənə oldu   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Çili bibərləri ağrıkəsicidir   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   2 yaşında 41 kilo oldu   |   Yaşın fərqi varmış   |   B6 vitamini xərçəng risqini azaldır   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Oturaq iş qadınları qocaldır   |   Diliniz dərdinizdən danışır...   |   Güclü cinsin zəif tərəfləri   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Qaradərili insanlar daha sakit olurlar   |   Köklük insult riskini artırır   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   
Baş ağrıları

• Görmə qabiliyyətinin pozulması nəticəsində baş ağrıları

• Boyun və baş əzələlərinin gərilməsi nəticəsində baş ağrıları

• Miqren

• Daxili təzyiqinin artması nəticəsində əmələ gələn baş ağrıları

 


Baş ağrıları - əsasən kiçik və gənç yaşlı uşaqlarda rast gələn nasazlıqdır.  Körpələrdə bu çox nadir hallarda rast gəlir. Doğru qurulmamış gün rejimi, yorğunluq, beyinin gərgin fəaliyyəti, havasız yerdə qalma, yuxusuzluq kimi hallar, bir qayda olaraq, baş ağrılarına səbəb olur. Valideynlər uşaqlarda baş ağrılarının nə zaman başladığını, onların intensivliyini, yerləşməsini və baş ağrılarını müşahidə edə biləcək başqa əlamətlərini (qusma, baş gicəllənmə, görmə qabiliyyətinin zəifləməsi, tərləmə) uşağın davranışında və şəxsiyyət baxımından xüsusiyyətlərin dəyişikliklərinin olub olmamasını aydınlaşdırmalıdırlar. Qızlarda baş ağrıları  menstrual sikl ilə (aybaşı)  bağlı ola bilər.

 


Görmə qabiliyyətinin pozulması ilə əlaqədar baş ağrıları uşaqlarda  uzun müddətli gərginlik nəticəsində  yaxından görmə, uzaqdan görmə və ya akkomadasiya (kəskin əksi almaq üçün göz almasında işığın sınma bucağının dəyişmə qabiliyyətinin zəyifləşməsi) əmələ gəlir.

Yardım: uşağı tez bir zamanda göz həkiminə göstərmək lazımdır.
 

Boyun və baş əzələlərinin gərilməsi nəticəsində əmələ gələn baş ağrıları yeniyetmə dövründə daha tez-tez rast gəlir. Adətən bu baş günün sonuna doğru artır və yuxudan sonra isə keçir. 
Yardım: valideynlər nəzarət etməlidirlər ki, uşaq məşğələ zamanı (dərslərini edərkən) eyni vəziyyətdə uzun müddət oturmasın. Məşğələlər arası, hər 30-40 dəqiqədən bir fasilə vermək lazımdır. Eyni zamanda uşaqlara boyun əzələlərinin gərginliyini aradan qaldırmaq məqsədi ilə bəzi fiziki hərəkətlər etmək məsləhət görülmür.

 

Miqren: miqren zamanı baş ağrılarının səbəbi beyinin qidalanmasında mühüm rol oynayan qan damarlarının qeyri-adı genişlənməsi və döyünməsidir. Bir çox ailələrdə miqren xəstəliyindən  ailə üzvlərinin bir neçəsi əziyyət çəkir. Baş ağrıları başlamazdan əvvəl “aura” olur: uşaq gözünün qabağına ləng hərəkətdə olan ziqzaqa bənzər xəttlər və ikiləşmiş şəkildə görünən əşyalardan şikayət edir. Eyni zamanda uşaqda hərəkətlərin kordinasiyasının pozulması və ya ona müraciət edənlərin nitqini başa düşməməsi kimi hallar müşahidə olunur. Auradan sonra ürək bulanması və qusma ilə müşayət olunan baş ağrısı tutması baş verir.  Tutma 1-2 saatdan çox müddətinə qədər davam edə bilər. Bir çox hallarda baş ağrıları aura olmadan başlayır. Belə hallarda “hissə-hissə miqren” tutmaları olur. Belə tutmalar zamanı qusma olmur. Tez-tez müşahidə olunan baş ağrıları beyin damarlarının sıxılması və qan təzyiqin artması (hipertenziya) nəticəsində baş verir.
Yardım: uşaq mütləq nevropatoloq tərəfindən müayinə olunmalıdır.

 

Kəllə daxili təzyiqin artması, ürəkbulanma və qusma kimi əlamətlərlə müşahidə edilən baş ağrıları bir çox xəstəliklərdə rast gəlir. Beyin şişləri zamanı da baş ağrıları tez-tez rast gələn əlamətdir.
Yardım: mütləq uşaq nevropatoloq və neyrocərrah tərəfindən müayinə olunmalıdır.

Baş ağrıları həçinin kəskin respirator infeksiya (“Zökəm” bölməsinə bax), ac qalma, diabet, qulağın iltihabı və s. kimi hallarda da meydana çıxa bilər.

Baxış sayı
Ay ərzində: 32
Bütünlüklə: 2583