Xoşbəxtlik qadınları zəif edir   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Həkimlərdən qeyri-adi cəza   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Yemiş stressin dərmanıdır   |   Depressiya görməni zəiflədir   |   Diliniz dərdinizdən danışır...   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Linza seçərkən diqqətli olun   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Ana bətnində 4 gün donduruldu   |   Nikah gecəsinin sirləri   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Dişləri düzgün fırçalama texnikası   |   Qadınlar niyə çox danışır?   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Çox oturmağın zərərləri   |   Qadınlar daha ağıllıdır   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Stress qadınların beynini zəiflədir   |   Uşaqları öpməyin!   |   Sevgi qurban tələb edir   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   İdman depressiyanın dərmanıdır   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Müasir xanımlar çox yaşayır   |   Qadınlar, qəhvə için!   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Ana öpüşü güclü immunitet yaradır   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Təzyiq altında yaşamayın   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Çili bibərləri ağrıkəsicidir   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   İnternet qocalmanı sürətləndirir   |   
Su filtrindən süzülən xəstəlik

Əhaliyə verilən içməli suyun "keyfiyyəti" çoxlarına məlumdur. Xlor iyli, qumlu, ərpli... Hər dəfə kranları açıb təmizləyəndə kranın ağzındakı setkaya xırda daşlar, lil, çör-çöp qalıqlarının yığıldığını görmək olar. Görə bildiyimiz budur.

Sağlamlığına diqqət edən insanlar ya mağazalarda satılan qablaşdırılmış su alır, ya da sutəmizləyici filtrlərdən istifadə edirlər. Suların qaynadıldıqda ərp bağlaması isə filtrlərin keyfiyyətsizliyindən xəbər verir.

Azərbaycanda müxtəlif firmalara məxsus filtrlər satılır.  Firma nümayəndələri məhsullarını mənzillərdə reklam etməklə də onların satışını həyata keçirirlər. Zəminə Məmmədova adlı Bakı sakini "Brita" su təmizləyici filtrindən istifadə etdiyini, amma effektinin olmadığını bildirir: "Filtr bir su qabından, bir də kartricdən ibarətdir. Onun kompakt olması, dizaynı, möhkəmliyi, istifadə rahatlığı müsbət cəhətləridir. Mənfi cəhəti odur ki, kartricləri bahadır. Təqribən hər 2 həftədən bir dəyişmək lazımdı. Düzü, filtrin su təmizləyici effekti də qaneedici deyil".

 

Filtrlərin mənfi və müsbət cəhətləri

Ümumiyyətlə, ölkədə su filtrləri bazarını yeni adlandırmaq olar. Çünki suyun təmizlənməsi üçün məişət və peşəkar filtrlərə son illər tələbat artıb. Odur ki, su filtrləri istehsalçıları kifayət qədər geniş məhsul çeşidi təklif edirlər. Azərbaycanda insanlar suyun məişətdə təmizlənməsi vasitələrinə az diqqət yetirsələr də, Avropa ölkələrində əhalinin 80-90 faizi bu filtrlərdən yararlanırlar.
Ölkədə su filtrlərinin satışını həyata keçirən "Wet Azerbaijan" şirkətinin regional direktoru Yalçın Məmmədov deyir ki, Bakıya gələn cod su ilk növbədə borulara, camaşırxana avadanlığına mənfi təsir göstərdiyindən filtrlərə tələbat artır: "Xüsusilə yeyinti sənayesi və farmakologiya sahəsində filtr sistemlərinə tələbat yüksəkdir. Azərbaycanda dünyanın, demək olar ki, əksər qabaqcıl filtr sistemləri istehsalçılarının məhsulları satılır. Bura "Brita", "Culligan", "Pur", "Pentek", "Cuno", "Kinetico" və digər bu kimi məhsullar daxildir.

Ən çox satılan isə Rusiyanın "Barer", "Akvafor", "Qeyzer", "Atoll" və Almaniyanın "Brita" firmasının məhsullarıdır. Qiymətləri müxtəlifdir. Məsələn, "Brita" filtrinin qiyməti 50 manata yaxındır, onun təxminən ayda bir dəfə dəyişən kasetlərinin dəyəri isə 8 manata təklif olunur. Məhsullar arasında 400 manata olanlar da var. Funksionallığına və məxsus olduğu firmaya görə qiymətlər dəyişir. Hazırda ən mütərəqqi filtr sistemləri əks-osmos üsulu ilə işləyir. Bu texnologiya suyu ideal vəziyyətə çatdırmağa imkan verir".

Sadalanan məişət sistemlərindən başqa, sənaye filtrləri də var. Onlar özlüyündə daha mürəkkəb və yüksək istehsallı sistemlərdir, suyun, texniki mayelərin və yağların təmizlənməsi üçün nəzərdə tutulub.

 

Filtrlər xəstəlik mənbəyidir

Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədov isə deyir ki, filtrlərdən süzülən su ölü su sayılır: "Şirkətlər mənzilləri gəzərək eksperiment aparır, öz məhsullarını reklam edir və onu baha qiymətə əhaliyə satırlar. Əslində, o filtrlərdən keçən su ölü sudur, heç bir  faydası olmur. Məsələ burasındadır ki, filtrlərdən istifadə etdikdən sonra bu qurğuda bakteriyalar yığılır, filtrlərin içi xüsusi avadanlıq vasitəsilə yuyulmadığına görə bura mikroorqanizmlərin mənbəyinə çevrilir. Bu da sonradan insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Bundan əlavə, filtr suyun tərkibində orqanizm üçün xeyirli olan mineral maddələri də tutub saxlayır. Xarici ölkələrdə təmizlənən sulara sonradan süni şəkildə mineral maddələr əlavə edilir. Onu da qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən bəzi şirkətlər bulaq suyu adı altında krant suyunu filtrdən keçirərək qablaşdırıb satışa çıxarır".

 

Azərbaycan keyfiyyətsiz filtrlərin bazarına çevrilib

Dövlət Məmmədov deyir ki, filtr bazarına nəzarət yoxdur: "Ölkəyə gətirilən su filtrlərinin əksəriyyəti Çin istehsalıdır. Bu filtrlər, demək olar ki, dünya və Avropa standartlarına cavab vermir. Filtrlər aşağı keyfiyyətli materialdan hazırlanır. Xaricdən gətirilən sintetik tərkibli filtrlər ayaq alıb gedir. Bu məhsulların əksəriyyəti Avropada və digər MDB dövlətlərində bazaralara buraxılmır".

Əksər ekspertlər bu cür xəbərlərin cəmiyyətə müəyyən dərəcədə təsir etmək və mineral su satışının artmasına istiqamətləndiyini düşünürlər. Dövlət Məmmədov hesab edir ki, hazırda Azərbaycan mineral su tələbatını tam şəkildə ödəmək qabiliyyətindədir və hətta xarici ölkələrə də mineral su ixrac etmək iqtidarındadır. Belə olan təqdirdə hər hansı qurğuya ehtiyac qalmır.

Naibə QURBANOVA

Baxış sayı
Ay ərzində: 23
Bütünlüklə: 2687