Kişilər ağıllı qadınları sevmirlər   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Başı başqa bədənə köçürüləcək   |   Sevgi ürəyə xeyirdir   |   Savadlı ol ürəyin ağrımasın   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Qadınlar, qəhvə için!   |   Şokolad qan təzyiqini azaldır   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Uşaqları öpməyin!   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Qaradərili insanlar daha sakit olurlar   |   Qadınların sevimli yaş dövrü   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Tənhalıq xərçəngə səbəb olur   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Ana südü xərçəngə qarşı   |   Qadınlar yatanda arıqlayır   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   3D ürək bulandırır   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Prostatit və onunla mübarizə   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Su filtrindən süzülən xəstəlik   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Kola spermanın tərkibini korlayır   |   Həkimlərdən qeyri-adi cəza   |   
Şəkərli diabet

Milyonlarla insan  şəkərli diabetdən əziyyət çəkir. Yalnız Amerika Birləşmiş ştatlarında diabet xəstələrinin sayı 23 milyondur. Hər 20 dəqiqədə 1 diabet dianozu təsdiqlənir. Diabetin müalicəsinin müvəffəqiyyəti adətən xəstədən asılı olur. Orqanizmimiz milyonlarla hüceyrələrdən təşkil olunub ki, onlara öz funksiyalarını yerinə yetirmək üçün enerji lazımdır. Bizim yediyimiz qida qlükozaya çevrilərək  hüceyrələr üçün enerji mənbəyi rolunu oynayır.

Orqanizmimiz milyonlarla hüceyrələrdən təşkil olunub ki, onlara da öz funksiyalarını yerinə yetirmək üçün enerji lazımdır. Bizim yediyimiz qida qlükozaya çevrilərək  hüceyrələr üçün enerji mənbəyi rolunu oynayır. Və həmin qlökozanın hüceyrələrə daxil olması üçün 2 əsas faktor olmalıdır: bunlardan birincisi hüceyrələrdə kifayət qədər qapılar olmalıdır (reseptorlar), ikincisi isə həmin qapıları aça bilmək üçün insulin adlanan maddə olmalıdır ki, həmin maddələr hüceyrələrə daxil ola bilsin. Enerjisiz bütün hüceyrələr ölür.

İnsulin mədəaltı vəzidə əmələ gəlir və qandakı qlükozanın miqdarından asılı olaraq qana porsiyalarla ifraz olunur. iabet zamanı insulinin kifayət qədər olmaması ( tip 1) və ya hüceyrələrdə qapıların (reseptorların) az olması (tip 2)  hüceyrələrin kifayət qədər enerji almamasına səbəb olur. Nəticədə qanda olan qlükoza hüceyrələrə keçə bilmir. iabet yoluxucu deyil. Əmələgəlmə səbəbləri hələ də tam məlum deyil. Lakin irsi faktorların bu xəstəliyin əmələ gəlməsində rolunun olduğu artıq aydındır.

 

Simptomları

Diabet sizin qanınızda şəkərin yuxarı olduğu aşkarlananda məlum olur. Ümumi əlamətləri:

  - Susuzluq

  - Sidik ifrazının tezliyinin artması

  - Aclıq

  - Çəkinin itməsi

  - Üzülmə

  - Görmədə dəyişikliklər

  - Dərinin qaşınması

Qanda qlükozanın normallaşdırılmaması komaya və ölümə gətirib çıxara bilər.

 

Müalicə

Xəstəliyin tipindən asılıdır. İnsulin azlığından əmələ gələn diabetdə (1 ci tip) xəstələr mütləq insulin iynəsi almalıdırlar. Eyni zamanda qidalarında da pəhrizə riayət etməlidirlər. İnsulin gündə bir neçə dəfə vurula bilər. Təəssüf ki tablet şəklində insulinin hazırlanması hələ də mümkün olmamışdır. 2 ci tip diabetdə (hüceyrə qapıları az olan) insulinə ehtiyac olmaya bilər. Lakin pəhriz və sağlam həyat tərzinə riayət etmək mütləqdir.

 

Diabetin nəzarətdə saxlanılması:

  - Düzgün qidalanma

  - Bədən tərbiyəsi

  - Qanda şəkərin normal səviyyədə saxlanması

  - Dərmanların vaxtında qəbulu

  - Diabet barədə oxumaq

  - Çəkinizin normada saxlanması

  - Bədəninizdə piy toxumasını azaltmaq

Hiperqlikemiya və hipoqlikemiya

Qanda şəkərin normadan artıq (hiperqlikemiya) və ya əskik (hipoqlikemiya) olması hallarıdır.

Hiperqlikemiyanın əlamətləri (şəkərin yuxarı olması):

  - Quru ağız

  - Susuzluq

  - Tez-tez sidik ifrazı

  - Görmənin pozulması

  - Üzülmə

  - Çəkinin itirilməsi

Bu əlamətlər varsa sizdə şəkərsiz maye qəbul edin. Qanda şəkərinizi təyin edin, çox yüksəkdirsə həkiminzə zəng vurun. Qidanız və qəbul etdiyiniz dərmanların dozası bir daha həkim nəzarətindən keçməlidir.

Hipoqlikemiya isə əksinə dərmanlarınızın dozası lazım olandan yüksək olanda, qidalanmanızda problem olanda və ya fiziki aktivliyiniz artıq olanda yarana bilər. Əlamətləri:

  - Tərləmə, titrəmə, əsəbilik

  - Aclıq

  - Başgicəllənmə

  - Dolaşıq düşüncə

  - Baş ağrıları

  - Görmənin pozulması

Bu halda təcili olaraq şəkərli qida qəbul etməlisiniz. Həkimə müraciət edin!

 

Ağırlaşmalar

Diabet sinirlərin zədələnməsinə səbəb olur ki, nəticədə ayaqlarınız üşüyür, hissiyyatını itirir. Ayaqlarınızı tez-tez yoxlayın. Çünki əmələ gəlmiş zədələri hiss etməyə bilərsiniz.

Seksual pozğunluqlar əmələ gələ bilər.

Diabet zamanı damarlarınız zədələnir ki, bu da ürək-damar xəstəliklərinin əmləgəlmə ehtimalını artırır. Eyni zamanda ürək, böyrək damarlarınız da zədələnir ki, uyğun olaraq görməniz və böyrəklərinizin işi pozula bilir.

Baxış sayı
Ay ərzində: 17
Bütünlüklə: 1435