Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Balığın sağlamlığınıza faydaları   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Piylənmə və artıq çəki problemi   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Yaşın fərqi varmış   |   Sonsuzluq – miflər və faktlar   |   Ana öpüşü güclü immunitet yaradır   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Həkimlərdən qeyri-adi cəza   |   Arıqladan çimərlik paltarı   |   Kişilər yoxa çıxacaq   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Ana südü xərçəngə qarşı   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Xərçəng yox olmaq üzrədir…   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Uzunömürlülüyün sirri almadadır   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Stress qadınların beynini zəiflədir   |   Partenofiliya - bakirə qızlara meyl   |   Qadınların sevimli yaş dövrü   |   Kola spermanın tərkibini korlayır   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Prostatit və onunla mübarizə   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   3D ürək bulandırır   |   Ramazan ayında necə qidalanmalı?   |   Çili bibərləri ağrıkəsicidir   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Depressiya görməni zəiflədir   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Tüstüsüz siqaret kəşf edildi   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Pula qarşı allergiyası olan insan   |   Xoşbəxtlik qadınları zəif edir   |   
Sinusit nədir?

Burunətrafı ciblərin iltihabına ümumi olaraq sinusitlər deyilir. Bu ciblər dörd cüt olur: haymor (əng), alın, əsas və xəlbir cibləri. Haymor cibləri ən böyük olub, həcmi 30 kub santimetrə çatır. Onlar əng nahiyəsinin dərinliyində yerləşir. Haymor cibinin forması üçüzlü piramidanı xatırladır. Onun ən vacib hissəsi burunla əlaqədar olan iç divarıdır. Burada cibdən burun boşluğuna açılan dəlik vardır. Haymor cibinin dib hissəsi üst-arxa azı dişlərinin kökləri ilə yaxın yerləşmişdir.

Bəzən isə köklər hətta boşluğun içində də yerləşə bilərlər, bu zaman onların üzərini yalnız selikli qişa örtür. Haymor cibinin iltihabına haymorit deyilir.



Səbəbləri və növləri

Haymorit – əng cibinin iltihabı, əsasən kəskin rinitin, qripin, qızılcanın, skarlatinanın və s. infeksion xəstəliklərin ağırlaşması kimi meydana çıxır. Digər çox rast gəlinən səbəbə üst çənədə olan dörd ədəd dişin kökünün iltihabını (odontogen haymorit) aid etmək olar. Kəskin haymorit hətta kəskin respirator virus infeksiyasının (KRVİ) fonunda baş verdiyinə görə bu xəstəliyi ayaqda keçirmək təhlükəlidir. Əgər iltihabi proses daha çox inkişaf edirsə, bir qayda olaraq bir neçə cibin iltihabı – polisinusit baş verir.
Uzun müddət davam edən zökəm əlamətlərinə əng nahiyəsində ağrı, gərginlik və təzyiq hissi, alın, təpə və gicgah nahiyələrinə yayılan və nəhayət üzün bir yarısını tutan ağrılar qoşulur. Belə ki, zökəm 7 gündən artıq davam edərsə və ağrılarla yanaşı burundan qatı ifrazat gələrsə, bu ciblərdə iltihabın başladığının göstəricisidir. Ona görə də “sadə zökəmə” etinasız yanaşmaq lazım deyil.  Zökəm xəstəliyi hətta səngiyəndə belə sağlamlığa ziyan vura bilər, çünki xronik formaya, sinusitə keçə və digər ağırlaşmalara səbəb ola bilər.

 

Simptomları

Burun tənəffüsü pozulur, ifrazat gəlməyə başlayır, gözdən yaş axması, işıqdanqorxma, iybilmənin zəifləməsi olur. İlk günlər temperatur qalxır, ümumi hal pisləşir və titrəmə olur. Bəzən haymorit olan tərəfdə üz və aşağı göz qapağı şişkinləşir, ağrılı olur. Bir çox xəstələrdə gün ərzində eyni vaxtda kəskin ağrılar müşahidə olunur.

 

Diaqnostikası

Diaqnozu dəqiqləşdirmək üçün rentgenoqrafiya və ya kompyuter tomoqrafiyası aparmaq lazım gəlir. Rentgenoqramda ciblərdə kölgəlik görünür. Bundan əlavə haymor cibi xüsusi iynənin köməyilə yerli anesteziya olunaraq sınaq üçün punksiya edilir. Bu zaman onun möhtəviyyatının xarakteri müəyyən olunur.

 

Müalicəsi

İlkin mərhələdə fizioterapevtik prosedurlar, antibiotiklər irinin əmələ gəlməsinin qarşısını ala bilər. Antibiotiklərlə birlikdə antihistamin preparatları, damarbüzücü maddələr və spreylər təyin olunur. Həmçinin, sınaq punksiyası zamanı cibdə irin aşkar olunarsa, irinin açılıb  təmizlənməsi sağalmanı tezləşdirəcək və xəstəni ağrılardan xilas edəcək.

Lakin nəzərə almaq lazımdır ki, damarbüzücü dərmanlardan yalnız kəskin dövrdə, 5-7 gündən artıq olmamaq şərtilə istifadə etmək olar. Onların uzunmüddətli istifadəsi dərman asılılığına, medikamentoz zökəmin əmələ gəlməsinə və burunun selikli qişasındakı damarların bir növ iflicinə və ya selikli qişanın atrofiyasına gətirib çıxarır. Nəticədə burun daim tutulur və çox zaman cərrahi müdaxiləsiz bu vəziyyətdən çıxmaq mümkün olmur. Buna görə də burun damcıları istifadə olunarkən onları təyinatı üzrə qəbul etmək lazımdır.

Burunətrafı ciblərin iltihabı öz növbəsində pnevmoniya, xroniki bronxit, bronxial astma və s. kimi xəstəliklərin inkişafına təkan verə bilər. Bu ciblərin baş beyinə və göz yuvalarına yaxın yerləşməsi beyin qişalarının prosesə qoşulmasına və böyük beyin damarlarının trombozuna gətirib çıxara bilər. Beyin sümüklərində osteomielit, beyinin və beyin qişalarının iltihabı (meningit), abses və empiyema ən qorxulu və proqnozu ciddi olan ağırlaşmalardan hesab olunur. Belə olarsa xəstəliyin proqnozu ciddiləşir və bu zaman cərrahi müalicə qaçılmaz olur. Belə əməliyyatlara ümumi olaraq sinus cərrahiyyəsi deyilir.

Baxış sayı
Ay ərzində: 28
Bütünlüklə: 1636