Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Uzunömürlülüyün sirri   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Autizm dünyanın sonu deyil   |   Kola spermanın tərkibini korlayır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Suyu az içmək beyni qocaldır   |   Başı başqa bədənə köçürüləcək   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Kişilərin futbol sevgisi   |   Balığın sağlamlığınıza faydaları   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Zəmanə qadınları...   |   Çili bibərləri ağrıkəsicidir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Çox oturmağın zərərləri   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Gəzinti ən yaxşı idmandır   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Diliniz dərdinizdən danışır...   |   Prostatit və onunla mübarizə   |   Sadizmə meyilli olan insan portreti   |   Qadınlar yatanda arıqlayır   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Güclü cinsin zəif tərəfləri   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Köklük insult riskini artırır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Müasir xanımlar çox yaşayır   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   
Rotor sindromu

Rotor sindromu birləşmiş hiperbilirubinemiyanın digər növü olub klinikasına görə Dubin-Conson sindromuna bənzəyir.  Bu sindrom 1948-ci ildə Arturo Rotor və həmmüəllifləri tərfindən təsvir edilmişdir və onun şərəfinə Rotor sindromu adlandırılır. Rotor sindromu zamanı Dubin-Conson sindromundan fərqli olaraq qaraciyərdə qranulyar piqmentin toplanması və qaraciyərın rənginin tündləşməsi baş vermir.

Rotor sindromu zamanı da birləşmiş bilirubinin ekskresiya olunması mexanizmində defekt qeyd olunur və nətəcədə birləşmiş bilirubinin qanda miqdarı artmış olur. Rotor sindromu zamanı bilirubinin qana reabsorbsiyasında və sidiklə xaric olunmasında da çatışmazlıq qeyd olunur.

 

Əlamətləri

Rotor sindromun aşağıdakı əlamətləri qeyd edilə bilər:

  - Xroniki sarılıq

  - Qarınüstü nahiyədə arabir diskomfort və ağrılar

  - Epizodik olaraq bədən hərarətinin yüksəlməsi

 

Səbəb

Rotor sindromu anadangəlmə genetik patologiya hesab edilir. Bu sindromun əmələ gəlməsində rolu olan konkret genlər müəyyən edilməmişdir.

 

Müayinə

Rotor sindromunun diaqnostikası üçün bilirubin, sidik testləri və qaraciyər biopsiyası təklif edilə bilər. Müayinənin əsas məqsədi hiperbilirubinemiyanın səbəbinin təyin edilməsi və Rotor sindromunun digər hiperbilirbinemiya yarada biləcək patologiyalarla differensiasiya edilməsidir.

Rotor sindromu zamanı qanın biokimyəvi müayinəsi zamanı ümumi biliribin, xüsusilə də onun birləşmiş fraksiyası yüksəlmiş olur. Rotor sindromu zamanı ümumi bilirubin adətən 50-130 mkmol/l (norma: <17 mkmol/l) həddində olur.  Bununla yanaşı, qaraciyərin funksional vəziyyəti həm laborator (ALT, AST), həm də instrumental üsullarla təyin ediləcəkdir. Rotor sindromunun Dubin-Jonson sindromu ilə differensiasiya etmək üçün qaraciyər biopsiyası təklif edilə bilər.  Çünki hər iki sindrom birləşmiş hiperbilirubinemiyadır və onların differensiasiyası üçün qaraciyərdə piqment toplanmasının olub olmamasını təyin etmək vacibdir. Dubin-Jonson sindromu zamanı qaraciyərdə piqment depolaşması müəyyən edilirsə, Rotor sindromunda bu təyin edilmir.

 

Müalicə

Rotor sindromu genetik pozğunluq olduğu üçün tam müalicəsi mümkün deyil. Amma qeyd edilməlidir ki, Rotor sindromu xoş gedişə malikdir və xəstənin həyatı üçün təhlükə yartmır. Əgər hər hansı bir kənar faktorun təsiri ilə (hepatoksik dərmanların qəbulu və ya hepatit virusları ilə yoluxma) qaraciyərdə ağırlaşma (kəskin hepatit) törənərsə həkim müdaxiləsi qaçılmazdır.

Baxış sayı
Ay ərzində: 30
Bütünlüklə: 1082