Yaşın fərqi varmış   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   İnsan dərisindən ev   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Şokolad qan təzyiqini azaldır   |   Suyu az içmək beyni qocaldır   |   Kişilər yoxa çıxacaq   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Başı başqa bədənə köçürüləcək   |   Ramazan ayında necə qidalanmalı?   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Xoşbəxtlik qadınları zəif edir   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Çox oturmağın zərərləri   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Saqqız çeynəməyin faydaları   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Yemiş stressin dərmanıdır   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Sevgi qurban tələb edir   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Uşaqları öpməyin!   |   Soğan yemək beyini gücləndirir   |   Boşanma kişilərə də təsir edir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Savadlı ol ürəyin ağrımasın   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Oturaq iş qadınları qocaldır   |   Uzunömürlülüyün sirri   |   Sevgi ürəyə xeyirdir   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Kök kişilər daha sədaqətlidir   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   
Rinit nədir?

Burun boşluğu selikli qişasının iltihabı rinit adlanır. Azərbaycanca buna zökəm də deyilir. Ümumiyyətlə dünya əhalisinin 15 - 20%-i rinitin müxtəlif formalarından əziyyət çəkir. Bununla da rinit əhali arasında ən geniş yayılmış xəstəlikdir.Rinit, onu törədən səbəblərdən asılı olaraq sərbəst (qeyri-spesifik) xəstəlik kimi və ya müxtəlif  xəstəliklər (spesifik) zamanı özünü göstərir.

 

Növləri və səbəbləri

Rinit adətən ümumi və yerli müqaviməti zəifləmiş, soyuqdəyməyə məruz qalmış və xroniki xəstəlikləri olan şəxslərdə əmələ gəlir. Bundan əlavə rinitin əmələ gəlməsinə burun travması, yad cisimlər, mövsüm və peşə faktoru də təsir edə bilər. Bu hallar baş verərsə, burunda və burun-udlaqda olan viruslar aktivləşərək burunun selikli qişasının funksiyalarını pozur.

Ən çox kəskin və allergik rinitlərə rast gəlinir. Kəskin rinitlə böyüklər il ərzində 3 dəfə, uşaqlar isə 4-6 (bəzən isə daha çox) dəfə xəstələnə bilərlər. Allergik rinitlər isə əsasən mövsümi xarakter daşısa da, ona bütün il ərzində rast gəlmək olar. Allergik rinitin əmələ gəlməsində bir sıra allergenlər əsas rol oynayır. Bunlara yazda və payızda çiçəkləyən bitkiləri və onların tozcuqlarını, kif göbələkləri, məişət tozu, yataq gənələri, heyvan mənşəli tük və digər hissəcikləri aid etmək olar. Təbii ki, genetik meylliliyi də yaddan çıxarmamaq lazımdır. Allergenin təsirinə daha çox uşaqlar, həssas insanlar, hamilə qadınlar və virus infeksiyası keçirmiş şəxslər məruz qala bilər.

 

Simptomları

Ümumiyyətlə rinit adətən kəskin başlayır və proses burunun hər iki tərəfində gedir. Əsas simptomları burundan ifrazatın olması, burunun tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və ümumi vəziyyətin pisləşməsidir.  Bu vəziyyət 1-2 sutkadan bir neçə sutkaya qədər müşahidə oluna bilər. Bu zaman, həmçinin baş ağrısı, hərarət, gözlərin sulanması ola bilər. Proses bir həftə və ya on gündən çox çəkərsə müəyyən ağırlaşmalara və xroniki rinitə gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün ən başlıcası mümkün qədər allergenlərlə təmasdan qaçmaq və müalicəyə vaxtında başlamaq lazımdır.

 

Diaqnostikası

İnsanlar çox vaxt bir deyil, bir neçə allergenə qarşı həssas olduğundan, bunu müəyyənləşdirmək üçün həkimə müraciət etmək və müxtəlif testlər aparmaq lazımdır. Burada hansı fəsildə xəstələnməyin, mənzil-məişət şəraitinin, ev heyvanları ilə təmasın və s. böyük əhəmiyyəti vardır. Diaqnostika üçün ən çox istifadə olunan üsul dəri sınaqlarıdır. Bunun üçün allergen ekstraktından bir qədər xəstənin biləyi üzərinə çəkilir. Sonra dəridə iti alətlə kiçik dəliklər açılır ki, maddə dərinin içinə daxil olsun. Əgər bu allergenə qarşı həssaslıq varsa, onda həmin yerdə müəyyən ölçüdə qızartı və şişkinlik əmələ bələcək. Bundan əlavə dəri altına az miqdarda ekstrakt vurmaqla və ya qan analizi aparmaqla da həssaslığı müəyyən etmək olar. Belə ki, bəzən qanda müəyyən allergenə qarşı IgE (immunoqlobulin E) adlı birləşməni axtarmaqla diaqnozu dəqiqləşdirmək lazım gəlir.

 

Müalicəsi

Diaqnoz müəyyən olunduqdan sonra allergen təbiətli maddələrdən maksimum qədər uzaq durmaq məsləhət görülür. Məsələn, hava kondisionerlərində olan filtrlər tozların 99%-ni tutub saxlayır. Bundan əlavə cərrahi və ya xüsusi maskalar da köməyə gələ bilər. Əgər bu şəraitdə belə simptomlar davam edərsə, o zaman həkim nəzarəti altında dərman müalicəsinə başlamaq və bunu uzun müddət davam etdirmək lazımdır. Çünki tənəffüsdə davamlı çətinliyin olması gələcəkdə astma və bronxit kimi ağırlaşmalara səbəb ola bilər. Effektiv müalicə vasitələrinə antihistamin preparatlarını, şişkinlik əleyhinə təsir edən və yerli (topik) tətbiq olunan steroid maddələri misal göstərmək olar. Daha həssas şəxlərdə immunoterapiya üsulu tətbiq edilir.
Rinitlər rinosinusitlərlə ağırlaşarsa bu o deməkdir ki, infeksiya burunətrafı ciblərə və hətta gözə və kəllə daxilinə yayıla bilər. Bu zaman cərrahi müalicə aparılmalı və burun ciblərinə giriş dəlikləri genişləndirilməlidir. Lakin bütün hallarda müalicənin hansı istiqamətdə aparılması ilə bağlı məsələlərə Qulaq-burun-boğaz həkimi qərar verməlidir.

Baxış sayı
Ay ərzində: 22
Bütünlüklə: 2073