Passiv siqaret çəkmək əsəbləri pozur   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Güclü cinsin zəif tərəfləri   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Kola spermanın tərkibini korlayır   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Nikah gecəsinin sirləri   |   Arıqladan çimərlik paltarı   |   Stress qadınların beynini zəiflədir   |   Saqqız çeynəməyin faydaları   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Çili bibərləri ağrıkəsicidir   |   Qadınlar daha ağıllıdır   |   Soğan yemək beyini gücləndirir   |   Əkizlər ana bətnində dostlaşırlar   |   İdman depressiyanın dərmanıdır   |   Çox oturmağın zərərləri   |   Peşənə bax, ölümünü bil!   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Depressiyanın dərmanı - dondurma   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Dişləri düzgün fırçalama texnikası   |   Siqaret karlıq yaradır   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Depressiya görməni zəiflədir   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Balığın sağlamlığınıza faydaları   |   Kişilər yoxa çıxacaq   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Linza seçərkən diqqətli olun   |   Yuxusuzluq kökəldir   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Ana öpüşü güclü immunitet yaradır   |   
Qıcıqlanan bağırsaq sindromu

Qıcıqlanan Bağırsaq Sindromu (QBS) yoğun bağırsağın funksional pozğunluğu olub bir çox əlamətləri özündə birləşdirir.   QBS zamanı qarında ağrı ilə müştərək bir-birini əvəz edən qəbzlik və ishal qeyd oluna bilər. Qıcıqlanan Bağırsaq Sindromu (QBS) həkimlərin ən çox rast gəldiyi şikayətlərdən biridir. Amma heç də QBS-i olan hər bir kəs həkimə müraciət etmir. Yalnız daha həsas və şikayətləri kəskin olan insanlar həkimə müraciət edirlər. Belə hallarda həkimə müraciət etmə alqışlanmalıdır. Çünki siz əmin ola bilərsiniz ki, şikayətləriniz digər daha ciddi patologiyadan qaynaqlanmır. QBS kişilərə  nisbətən qadınlarda daha çox rast gəlinir.

 

Səbəbləri

QBS-nin dəqiq səbəbini müəyyən etmək çox çətindir. QBS zamanı bağırsaqlarda heç bir patoloji struktur dəyişikliyi müəyyən edilmir. Bir neçə mümkün hesab edilən səbəblər təklif edilir, məsələn:
  - Bağırsaq əzələsində hərəki pozğunluğu. Normada bağırsaq daxilindəki qidanı hərəkət etdirmək üçün yığılıb açılır. Amma bəzən bu proses sürətlənərək ishal, qaz toplanması, genişlənmə, bəzən isə zəifləyərək qəbzlik törədə bilər.
  - Bağırsağın genişlənməsinə və hərəkətinə qarşı dözümlülüyün zəif olması. Bunu bəzi alimlər mərkəzi sinir sistemi ilə əlaqələndirirlər. 
  - Bəzi alimlər hormal dəyişikliklərin QBS zamanı əhəmiyyətli ola bilməsi inancındadırlar. QBS-dən əziyyət çəkən qadınlarda menustrasiya zamanı şikayətlərin daha da kəskinləşməsi bu ideyanı dəstəkləyir.

 

Əlamətləri

  - Qarında ağrılar və ya sancılar
  - Qarında köp
  - Ağrı ilə müşayət olunan xroniki ishal
  - Ağrı ilə müşayət olunan xroniki qəbzlik
  - Ağrıların nəcis ifrazından sonra keçməsi
  - Ürəkbulanma və qusma
  - İştahanın itməsi
  - Depressiya
  - Nəcisdə seliyin olması

 

Risk faktorları

  - Lifli qidaların az qəbulu
  - Əsəbi və gərgin iş rejimi
  - Qəbzlik zamanı işlədici dərman və vasitələrin (Laksativlərin) istifadəsi
  - İnfeksion ishalın olması
  - Digər qısamüddətli bağırsaq iltihabının keçirilməsi

 

Müayinələr

Adətən aparılan müayinələr heç bir nəticə vermir. Fəqət onların aparılması digər xəstəlikləri inkar etmək nöqteyi nəzərindən əhəmiyyətlidir. Həkiminiz aşağıdakı müayinələri təklif edə bilər:
  - Kolonoskopiya
  - Qarın boşluğu orqanlarının ultrasəs müayinəsi
  - Qanın ümumi analizı
  - Nəcisdə gizli qanın təyini
  - Bəd xassəli törəmələri inkar etmək üçün qanda bəzi onkomarkerlərin yoxlanılması

 

Müalicə

Müalicənin əsas məqsədi əlamətlərin aradan qaldırılmasıdır. Bəzi insanlarda pehriz əlamətlərin aradan qalxmasına kömək edir. Bağırsaqları qıcıqlandıran qidaların (məsələn, kofein) qəbul edilməməsi gərəkli ola bilər.  Aşağıda göstərilən vasitələrdə QBS əlamətlərinin itməsinə gətirib çıxara bilər:
  - Stresi aradan qaldıran tədbirlər, məsələn, idmanla məşğul olma
  - Yeməkdən öncə antixolinergik dərmanların qəbulu
  - Güclü təşviş və ya dərin depressiya zamanı dostlarla ünsiyyət
  - Diarreya əleyhinə dərmanların qəbulu
  - Aşağı dozalı antidepressantların qəbulu

Yadda saxlamaq lazımdır ki, QBS insanı onun bütün həyatı boyu müşayət edə bilər, amma onun yaratdığı şikayətlər müalicə vasitəsilə yaxşılaşa bilər və ya tam aradan qalxa bilər.

Baxış sayı
Ay ərzində: 23
Bütünlüklə: 3225