İnsan dərisindən ev   |   Linza seçərkən diqqətli olun   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   B6 vitamini xərçəng risqini azaldır   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Balığın sağlamlığınıza faydaları   |   Təzyiq altında yaşamayın   |   Çox oturmağın zərərləri   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Peşənə bax, ölümünü bil!   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Xərçəng yox olmaq üzrədir…   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   İnternet qocalmanı sürətləndirir   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Depressiyanın dərmanı - dondurma   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Həkimlərdən qeyri-adi cəza   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Çox gülən qadınlar tez kökəlir   |   Dünyanın ən xeyirli mətbəxləri   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Köklük insult riskini artırır   |   Qadınlar yatanda arıqlayır   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Ramazan ayında necə qidalanmalı?   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Arıqladan çimərlik paltarı   |   
Qeyri-Hodgkin Limfomaları

Limfoma termini altında fərqli gedişə və proqnoza malik müxtəlif bədxassəli törəmələr birləşdirilir. Limfomalar iki əsas böyük qrupa bülünür:  Hodgkin və Qeyri-Hodgkin Limfoması. Rast gəlinən bədxassəli limfomaların 85%-ni Qeyri-Hodgkin Limfomaları təşkil edir.  Hodgkin xəstəliyinə aid edilə bilməyən və onun üçün xarakterik olmayan xərçəng hüceyrələrinə malik olan  limfomalar Qeyri-Hodgkin Limfomaları adı altında birləşdirilir.

Qeyri-Hodgkin Limfomaları adətən yaşlı insanlarda rast gəlinir və limfatik toxumalardan qaynaqlanır.  Səbəbi tam məlum deyil, amma bir çox elmi mərkəzlərdə belə bir inam var ki, limfomaların əsasında virus infeksiyası durur. 

 

Səbəbləri

Bütün Qeyri-Hodgkin Limfomaları öz əsaslarını limfositlərdən götürür. Limfositlər, başqa sözlə, ağ qan hüceyrələri limfatik toxumada əmələ gəlir və orqanizimin müdafiə sistemində önəmli rol oynayırlar. Limfomaların çoxu B limfositləri adlanan qan hücüyrələrindən başlayır.

Xəstələrin çoxunda xərçəngin əmələ gəlmə səbəbi məlum deyil. Fəqət, bu məlumdur ki, limfomalar zəif immun sisitemi olan insanlarda əmələ gələ bilir. Məsələn, transplantasiya olunmuş insanlarda limfomalar daha çox ratst gəlinir. Bu oununla izah olunur ki, transplantasiya edilmiş insanlarda orqanın bədən tərəfindən rədd edilməməsi üçün süni olaraq immun sistem tormozlanır.

Qeyri-Hodgkin limfoması xəsəliyin yayılma süətindən aslı olaraq bir neçə qrupa bölünür. Aşağı, orta və yüksək dərəcəli qeyri-Hodgkin limfomaları müəyyən edilir. Burkitt xərçəngi yüksək dərəcəli limfomalara nümunə ola bilər. qeyri-Hodgkin limfomalarının müxtəlif fərqli tipləri var.

 

Əlamətlər

Qeyri-Hodgkin Limfomaları zamanı aşağıdakı əlamətlər qeyd olunur:

  - Boyunda, qoltuqaltında, qasıqda və digər regionlarda limfa düyünlərinin heç bir ağrı vermədən böyüməsi 

  - Hərarətin yüksəlməsi 

  - Gecə tərləmələri

  - Güclü tərləmə

  - Naməlum səbəbli arıqlama

  - Kəskin qaşınma

  - Öskürmə və tənginəfəslik. Bu o zaman baş verir ki, timus vəziləri də xərçəng prosesinə cəlb olunsun və ya böyümüş limfa düyünləri ağciyərlərin kökünə təzyiq edir.

  - Bəzi xəstələrdə mədəsin ağrı və ya iltihab ola bilər ki, bu da iştahanın itməsinə, qəbzliyə, ürəbulanma və qusmaya gətirib çıxara bilər.

  - Əgər xərçəng beyin hüceyrələrini də zədələyirsə xəstədə baş ağrısı, diqqətini toplamaq  problemləri və tutmalar ola bilər.

 

Müayinələr

Həkim diaqnozu dəqiqləşdirmək üçün aşağıdakı müayinələri təklif edə bilər:

  - Limfa düyünün biopsiyası

  - Sümük iliyinin biopsiyası

  - CBC with differential

  - Döş qəfəsi, qarın və çanağın kompüter tomoqrafiyası

  - Rentgen müayinəsi

 

Müalicə

Müalicə taksitası xəçəngin yayılma sürətindən, diaqnoz qoyulan zaman xərçəngin inkişaf mərhələsindən və əlamətlərdən aslıdır.  Kimya terapiya əsas müalicə vasitəsidir. Rtuximab (Rituxan) Qeyri-Hodgkin limfomasının müalicəsində tez-tez istifadə edilir və immun terapiyanın bir növüdür. Radioimmunoterapiya istifadə edilən digər metoddur. Bu metod vasitəsilə anticismlə birləşmiş radioaktiv maddə orqanizmə daxil edilr və immun sisitemin gücləndirilməsi məqsədini daşıyır.  Bəzi seçilmiş hallarda kötük hüceyrələrinin köçürülməsi əhəmiyyətli ola bilər.

 

Proqnoz

Aşağı dərəcəli qeyri-Hodgkin limfoması kimya terapiya ilə müalicə oluna bilmir. Amma bu xəstəlik yavaş inkişaf edir və 10 il keçməlidir ki, xəstəlik öz dağıdıcı rolunu oynamağa başlasın. Kimyaterapiya yüksək dərəcəli  qeyri-Hodgkin limfoması zamanı effekt verə bilər. Amma müalicənin nəticəsi olmazsa xəstəlik tez ölümlə nəticələnə bilər.

Baxış sayı
Ay ərzində: 32
Bütünlüklə: 1494