Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Həkimlərdən qeyri-adi cəza   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   İnsulini sprey əvəz edəcək   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Pula qarşı allergiyası olan insan   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Pul saymaq ağrını azaldır   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Portağal sümüyü bərkidir   |   Arıqladan çimərlik paltarı   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Saqqız çeynəməyin faydaları   |   Savadlı ol ürəyin ağrımasın   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Sevgi ürəyə xeyirdir   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   İnsan dərisindən ev   |   Çili bibərləri ağrıkəsicidir   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Uzunömürlülüyün sirri almadadır   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Linza seçərkən diqqətli olun   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   2 yaşında 41 kilo oldu   |   Tənhalıq xərçəngə səbəb olur   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Kişilərin futbol sevgisi   |   Qadınlar, qəhvə için!   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Ev işləri erkən doğum risqini artırır   |   Zəmanə qadınları...   |   Qadınlar yatanda arıqlayır   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   29 yaşında nənə oldu   |   Ana öpüşü güclü immunitet yaradır   |   Piylənmə və artıq çəki problemi   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   
Qastrit

Qastrit mədənin selikli qişasının iltihabıdır. Başqa sözlə, qastrit mədəni daxildən müdafiə edən örtüyün müxtəlif səbəblər üzündən zədələnməsidir.Qastritin əmələ gəlməsinin əsas səbəblərindən biri Helicobacter pylori adlanan bakteriyalardır.Requlyar olaraq ağrıkəsici dərmanların qəbulu, travmatik zədələnmələr, spirtli içkilərin qəbulu, emoisional gərginlik kimi faktorlar da qastrit törədir. Qastritlər kəskin və xroniki olmaqla iki qrupa bölünür. Müalicə edilməyən qastrit mədə xorasına gətirib çıxara bilir.

 

Səbəbləri
  - Bakterial infeksiya. Təsqid edilmişdir ki, Helicobacter pylori infeksiyası mədənin selikli qişasını zədələyə bilir və qatritin əmələ gəlməsində böyük rolu var
  - Qeyri-sterioid dərmanların (aspirin, ibuprofen və s.) uzunmüddətli qəbulu
  - Həddən ziyadə alkoqol qəbulu
  - Siqaret çəkmə
  - Stress
  - Ödün 12 barmaq bağırsaqdan geri mədəyə qayıtması
  - Bədənimizdə gedən autoimmun proses mədəmizin selikli qişasına zədələyici təsir göstərərək onun iltihabını törədir
  - Travmatik zədələnmə
  - İsti qida və ya içki ilə yanma
  - Cərrahi əməliyyatlardan sonrakı dövrdə qastrit yarana bilər

 

Əlamətlər

  - Epqastral nayihədə, yəni döş sümüyünün altında olan ağrılar və ya diskomfort
  - İştihanın azalması və ya itməsi
  - Gəyirmə
  - Ürəkbulanma
  - Qusma
  - Hərarət
  - Yuxululuq
  - Qanqusma

 

Diaqnoz necə qoyulur?

  - Mədənin Rentgen müayinəsi selikli qişada zədənmənin olub-olmamasını üzə çıxarir
  - Mədənin Endoskopik müayinəsi həkimə mədənin selikli qişasını görməyə və rentgen müayinəsinin müəyyən edə bilmədiyi zədələnməni aşkar etməyə imkan verir
  - Helicobacter pylori infeksiyasının olub-olmaması fərqli üsullarla müəyyən edilə bilər: endoskopik müayinə zamanı götürülmüş mədə toxumasının histoloji müayinəsi, nəfəs testi, qan testi və nəcis testi.
Ağırlaşmaları
  - Qastrit müalicə olunmazsa mədə xorasına gətirib çıxara bilər
  - Xroniki qastritin bəzi formaları mədə xərçənginin əmələ gəlməsinə səbəb ola bilər.

 

Müalicəsi

Qastritin müalicəsinin əsas prinsipi qıcıqlandırıcı və zədələyici faktorların aradan qaldırılmasdır:
  - Helicobacter pylori  infeksiyasını aradan qaldırmaq üçün iki antibiotikin və proton nasosu inhibitoru adlanan dərmanlar birgə təyin edilir
  - Antiasidlər (Almagel, Maaloks və s.) mədənin turşuluğunu neytrallaşdırır və onun zədələyici təsirini azaldır
  - Turşu blokatorları adlanan dərmanlar həkiminiz tərəfindən təyin edilə bilər. Bunlara Cimetidine, Ranitidine, Nizatidine, Famotidine kimi dərmanlar aid edilir.  
  - Proton Nasosu İnhibitorları mədənin turşu ifrazını etibarlı şıkildə azalda biləcək yeni nəsil dərmanlardır. Bunlara Omeprazole, Lansoprazol, Rabeprazole kimi dərmanlar aid edilir
  - Dərman müalicəsindən əlavə mədəni zədələyə biləcək faktorlardan – alkoqol qəbulundan, siqaret çəkmədən, stresdən, çox isti qidalar və içkilərdən çəkinmək lazımdır.
  - Qastritdən əziyyət çəkən insanlar çox yağlı, istiotlu yeməklərdən qaçmaları məsləhət görülür.

Baxış sayı
Ay ərzində: 30
Bütünlüklə: 3767