Ev işləri erkən doğum risqini artırır   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Boşanma kişilərə də təsir edir   |   Qadınların sevimli yaş dövrü   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Xərçəng yox olmaq üzrədir…   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Əlləriniz xarakterinizi göstərir   |   Qadınlar daha ağıllıdır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Güclü cinsin zəif tərəfləri   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Oturaq iş qadınları qocaldır   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Ana südü xərçəngə qarşı   |   Soğan yemək beyini gücləndirir   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Yemiş stressin dərmanıdır   |   Uzunömürlülüyün sirri   |   Gəzinti ən yaxşı idmandır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Su filtrindən süzülən xəstəlik   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Suyu az içmək beyni qocaldır   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Sonsuzluq – miflər və faktlar   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Arıqladan çimərlik paltarı   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Yuxusuzluq kökəldir   |   Sevgi qurban tələb edir   |   B6 vitamini xərçəng risqini azaldır   |   3D ürək bulandırır   |   İnsan dərisindən ev   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Qadınlar, qəhvə için!   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Oturaq işləyən insanlar diqqətli olun   |   
Otit - qulağın iltihabi

Qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır. Burdan belə nəticəyə gəlmək olar ki, insanın qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin də özünəməxsus funksiyaları və xəstəlikləri vardır. Beləliklə, qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür.

 

Qulağa birbaşa aid olan xəstəliklər daxili və orta otitlərdir. Daxili otitlərə az rast gəlinsə də, bu çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən sərbəst əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqdan ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur. Orta otitlər daha çox yayıldığına görə, "otit" termini işlənərkən də əksərən orta qulağın iltihabı nəzərdə tutulur.

 

Səbəbləri və növləri

Orta qulaq iltihabının əmələ gəlməsi tez-tez yuxarı tənəffüs yollarında baş verən iltihabi xəstəliklərlə əlaqədar olur. Qeyd etdiyimiz kimi burada da ümumi infeksion xəstəliklər, məsələn, kəskin respirator virus infeksiyası və immun sistemin zəifləməsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, burun-udlaqda baş verən hipertrofik rinit, adenoid və burun çəpərinin əyriliyi kimi patologiyalar da otitlərin əmələ gəlməsinə zəmin yaradır. Orta qulaq əsasən təbil boşluğundan ibarət olduğundan iltihabın bir səbəbi də bu boşluqda təzyiqin dəyişməsidir. Məsələn, suda üzərkən və ya suya baş vurarkən, hündürlüyə qalxarkən (enərkən) atmosfer təzyiqinin kəskin dəyişməsi təbil boşluğundakı təzyiqə təsir edir və nəticədə buradakı selikli qişanın zədələnməsinə və iltihabi prosesin yaranmasına səbəb olur.

Otitlər, daha çox uşaqlarda müşahidə olunur. Bu da onların burun-udlağının anatomik quruluşundan, immunitetlərinin zəif olmasından və bir sıra digər subyektiv səbəblərdən asılıdır.

Gedişinə görə kəskin və xroniki otitlər ayırd edilir. Kəskin otit dedikdə, eşitmə borusu da daxil olmaqla orta qulağın bütün hissələrində gedən iltihabi proses nəzərdə tutulur.

 

Simptomları

Xəstələrin şikayətləri qulaqda və qulaqətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.

 

Diaqnostikası

Həkim bilavasitə otoskopiya etməklə təbil pərdəsinin vəziyyətinə və şikayətlərə əsasən rəy verməlidir. Əgər yuxarıda sadalanan simptomlar müşahidə olunarsa və bundan öncə xəstə soyuqdəyməyə məruz qalıbsa, o zaman diaqnozu təyin etmək çətinlik törətmir. Şikayətlərdən əlavə mütləq audioqramma aparmaq və bəzən qulaqdan yaxma götürüb mikrobları yoxlamaq lazım gəlir.

 

Müalicəsi

Yerli və ümumi aparılır. Yerli olaraq antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur, qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir. Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid preparatları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur. Bununla yanaşı, burun tutulmasına səbəb olan faktorlar  (adenoidlər, burun çəpərinin əyriliyi, allergik rinitlər və s.) varsa, onlar da aradan qaldırılmalıdır. Əgər aparılan müalicə fonunda yaxşılaşma müşahidə olunmazsa, əksinə, prosesin xronikləşməsi və beyindaxili ağırlaşma əlamətləri müşahidə olunarsa irinin cərrahi yolla xaric edilməsi vacibdir.

Baxış sayı
Ay ərzində: 27
Bütünlüklə: 2143