Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Siqaret karlıq yaradır   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Autizm dünyanın sonu deyil   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Uşaqları öpməyin!   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Ramazan ayında necə qidalanmalı?   |   Uzunömürlülüyün sirri almadadır   |   Depressiyanın dərmanı - dondurma   |   3D ürək bulandırır   |   Yemiş stressin dərmanıdır   |   Kişilər yoxa çıxacaq   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Pul saymaq ağrını azaldır   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   İdman depressiyanın dərmanıdır   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Qadınların sevimli yaş dövrü   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   B6 vitamini xərçəng risqini azaldır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Tənhalıq xərçəngə səbəb olur   |   Yuxusuzluq kökəldir   |   Körpələr yatanda da öyrənir   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Prostatit və onunla mübarizə   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Depressiya görməni zəiflədir   |   Savadlı ol ürəyin ağrımasın   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Portağal sümüyü bərkidir   |   Partenofiliya - bakirə qızlara meyl   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Uzunömürlülüyün sirri   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Tüstüsüz siqaret kəşf edildi   |   
Kişilərin futbol sevgisi

Görəsən, niyə xüsusilə kişilərin həyatında futbol matçlarını seyr etmək, bir futbol komandasının tərəfdarı olmaq bu qədər əhəmiyyətlidir? Niyə kişilər futbolu fanatik olma dərəcəsində bu qədər çox sevib təqib etməyə çalışır, hətta bütün plan və proqramlarını matç saatlarına görə qururlar? Azrkeşlik etdikləri komandanın qazanmalarından çox xoşbəxt olub, itirdiklərində depressiyaya girəcək qədər özlərini pis hiss edirlər?
Bu və digər sualların cavablarını idmansevərlərlə bərabər psixoloqlar illərdən bəri araşdırmaqdadır. Araşdırmalara görə xüsusilə kişilərin matç seyr etməsinin ən əhəmiyyətli səbəblərindən biri fikirlərini dağıtmasıdır. Futbol gərgin iş rejimindən, gündəlik həyatın gətirdiyi məsuliyyətlərdən “qurtuluş” vasitəsidir.
Eyni zamanda, kişi matçı seyr edərkən özünü komandanın, ya da bir oyunçunun yerinə qoyur . Yəni, özünü onunla eyniləşdirir. Azrkeşlik etdiyi oyunçunun, yaxud komandanın  müvəffəqiyyətini öz uğuru kimi qəbul edir. Oyun bitdiyində əgər komandası qazanıbsa, hesabı soruşduğumuzda şəxsin “bacardıq” deməsini yəqin çoxları eşidib. Əslində “bacardıq” kişilərin özlərini komandaları ilə nə qədər eyniləşdirdiklərinin ən güclü dəlilidir.
Necə ki, qadınlar aktrisa və modelləri özlərinə ideal seçərək onlara bənzəməyə çalışır, eləcə də kişilər futbolçuları özlərinə  kumir hesab edirlər. Çünki futbolçu şəxsiyyətinin özü kişiyə şöhrət, güc, pul, rəqabət və dayanıqlılıq kimi hisslər gətirir və kişilərin özlərini daha yaxşı hiss etməsini təmin edir.
Psixologiyada bu məlumatları dəstəkləyən “İctimai şəxsiyyət nəzəriyyəsi” nə görə, özünə inamı olmayan şəxslər özlərini tək və təcrid edilmiş hiss edər, qayğılı hiss edərlər. İdman tərəfdarlığı “birlik”, “bərabərlik” və “bağlılıq” duyğularının kişilərdə yüksəlməsini təmin edir. Həmçinin depressiya riskini azaldır. Eyni zamanda futbol, kişiləri yeknəsəklikdən uzaqlaşdırır. Qadınların həyatı qədər rəngli və dolu olmayan həyatlarına həyəcan və coşğu qatmasına köməkçi olur.
Ayrıca futbol kişilərin içində basdırdıqları aqressiyanı sağlam şəkildə ortaya çıxarmasına fürsət verir. Kişilər xüsusilə matç seyr etdikləri an dünyadan əlaqələrini kəsə bilər, heç kimin düşüncələrinə, söylədiklərinə əhəmiyyət verməzlər.
Kişilər üçün futbol seyr etmək bir növ ictimailəşmə, ünsiyyət formasıdır. Bu zaman azarkeşin içində hər cür strategiya və taktika olur və beyni işlədir. Kişilər üçün futbol bir növ müalicədir . Hörmətlərini gücləndirən, aid olma duyğusunu yaşadan, həyəcan, coşğu və kef verib adrenalin ifraz edən müalicə. Həyatın stress, məsuliyyət və yeknəsəkliyindən qaçış fürsəti təmin edən vasitə sayıla bilər. Futbol yalnız bir oyun deyil, gerçək mənada kişilərə təqdim edilə bilən bir hədiyyədir. Bununla birlikdə, yenə də diqqət yetirməmiz lazım olan nöqtə isə hər şeydə olduğu kimi həyatımızda futbol taraftarlığında da həddindən artığa qaçmamaqdır. Yəni fanatikləşməmək. Nəticədə həyatdakı bir çox şey kimi futbol da asılılığa səbəb ola bilər.

Psixoloq Lalə Bağırova

Baxış sayı
Ay ərzində: 19
Bütünlüklə: 1424