Qan qrupu xarakterinizdən xəbər verir   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Uzunömürlülüyün sirri   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   İnsulini sprey əvəz edəcək   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Almanı qabıqlı yeyin   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Çili bibərləri ağrıkəsicidir   |   Kişilərin futbol sevgisi   |   İnsan dərisindən ev   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Qadınlar, qəhvə için!   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Kök kişilər daha sədaqətlidir   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Zəmanə qadınları...   |   Piylənmə və artıq çəki problemi   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Saqqız çeynəməyin faydaları   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Balığın sağlamlığınıza faydaları   |   Xərçəngi insan yaradıb?   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   B6 vitamini xərçəng risqini azaldır   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   
“Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”

“Ürəyi zəif olanlar baxmasın”, “Dəhşətli görüntülər yayıldı, 18+ ”, “Baş kəsərək, videoya çəkdi”.

Bu və buna bənzər başlıqlı xəbərlərin sayı son zamanlarda getdikcə artmaqdadır.

Buna səbəb isə terror təşkilatlarının bir-biriləri ilə qəddarlıq yarışmasına girmələridir. Demək olar ki, hər gün yeni-yeni vəhşilik nümayiş etdirən terror təşkilatları sırasında ilk pilləni sözsüz ki, İŞİD qruplaşması tutub.

Bu qruplaşma tez-tez tutduqları əsirlərə qarşı qəddarlıq edir, həmin anları kamera ilə lentə alaraq yayımlayır. Buna səbəb isə hər kəsin onlardan qorxmasını istəmələridir.

Bu kimi videoların bizim ölkəmizdə də geniş formada yayılması cəmiyyət arasında birmənalı qarşılanmır. Çünki şiddət əks etdirən bu videolar insanların psixologiyasına mənfi təsir göstərir. Getdikcə baş kəsmə videoları insanlar üçün adiləşir. Bu da cinayətlərin artmasına gətirib, çıxara bilər.

Məsələni daha dəqiq araşdırmaq və bu videoların insanlara hansı formada təsir etdiyini öyrənmək üçün psixoloq Elnur Rüstəmovla əlaqə saxladıq.

Elnur Rüstəmov musavat.com-a verdiyi açıqlamasında bildirdi ki, bu tipli videoların yayılması insanların psixologiyasına mənfi təsir göstərir: “Şiddət əks etdirən videoları yayımlayarkən xəbərin başlığında 18+ qeyd edilsə də, bu, heç də məsələnin həlli deyil. Sizi əmin edirəm ki, belə videolara baxan şəxsin yaşı 18-dən çox olsa da, həmin şəxsin psixologiyasına bu, çox mənfi təsir edir. Bir şeyi nəzərə almaq lazımdır ki, insanlar belə videogörüntülərə baxan zaman onun aqressiyası artmağa başlayır. İnsanlarda bu tipli videolara maraq çoxdur. Çünki bu, insanın psixologiyasında var. Bizə uşaq vaxtı nəyi qadağan edirdilərsə, biz ona daha çox meyl edirdik. Çünki bizim üçün maraqlı idi ki, görəsən niyə qadağan edilir? Və bunu öyrənmək istəyirdik. Bu istək yaş artdıqca azalmır. Eyni hislər yenə də qalır. 18+ yazısını gördükdə ona mütləq baxmaq istəyirik. Sizi əmin edirəm ki, 18+ yazılan videolara baxanların böyük hissəsinin yaşı 18-dən azdır”.

 

“Artıq onun üçün qan, vəhşət, ölüm hadisəsi adiləşib”

Psixoloqun dediklərinə görə, bu tipli videoların yayımlanmasına qadağa qoyulmalıdır: “İnsan zaman keçdikcə bunlara alışır. Və artıq şiddət onlardan asılı olmadan şüuraltına yeridilir. Bu da cinayətlərin artmasına gətirib çıxarır. Misal üçün iki nəfər mübahisə edən zaman onlardan birinin üzərində bıçaq varsa, həmin şəxs özünü müdafiə etmək istəmir, artıq qətl törətmək haqqında düşünür. Artıq onun üçün qan, vəhşət, ölüm hadisəsi adiləşib. Buna görə də, bu tipli videoların yayımlanmasına qadağa qoyulmalıdır. Qadağan edilməlidir. Misal üçün İŞİD terrorçularının videoları yayıldıqdan sonra biz görürük ki, neçə-neçə insanlar vuruşmaq üçün ora getmək istəyirlər. Onlarda aqressiya yaranır”.

 

“Belə hadisələrin bir daha yaşanmaması üçün görülə biləcək tədbirləri işıqlandırmaq lazımdır”

E.Rüstəmov deyir ki, şiddət əks etdirən xəbərlərin sayını mümkün qədər azaltmaq lazımdır: “Təkcə cinayət, vəhşətdən söhbət getmir. Ailə münaqişələri haqqında verilən xəbərlərdə də diqqətli olmaq lazımdır. Bu yaxınlarda bir azyaşlı qızın evindən qaçması və onun bir neçə nəfər tərəfindən zorakılığa məruz qalması haqqında xəbər verilmişdi. Və bu xəbərdə hər şey öz çılpaqlığı ilə yazılmışdı. Bu, düzgün deyil. Bunu oxuyan digər azyaşlı gənclərdə öncədən belə bir fikir yox idisə, artıq yarana bilər. Belə xəbərlərin sayını azaltmaq lazımdır. Və ya bu tipli xəbərləri verən zaman hər şeyi çılpaqlıqla verməkdənsə, azyaşlı qızın evdən qaçmaq səbəblərini araşdırmaq, bu haqda ekspertlərdən rəylər almaq lazımdır. Belə hadisələrin bir daha yaşanmaması üçün görülə biləcək tədbirləri işıqlandırmaq lazımdır”.

 

“İnsanlar zombiləşib”

Psixoloq bunu da qeyd etdi ki, insanların ölüm hadisələrinə alışması pis nəticələrə yol açır: “Bəzən düşünürlər ki, belə xəbərləri qabartsalar, bu, digərlərinə dərs olacaq. Amma elə olmur. Tam əksinə getdikcə vəziyyət daha da pisləşir. Qəzalar getdikcə çoxalır. Və bu haqda bütün xəbərlər verilir. Qəzalar azalırmı? Təbii ki, azalmır. Amma bunun əvəzinə maarifləndirici çarxlar hazırlansa, daha məqsədə uyğun olar. Qəzaların qarşısını almağın yollarından xəbər vermək lazımdır. İntihar hadisələri son zamanlar daha da çoxalıb. Çünki bu da adiləşib. Artıq intihar xəbərləri əvvəlki kimi reaksiya görmür. Çünki insanlar zombiləşib. Ölüm hadisəsi hər kəs üçün adi bir hal alıb”.

Məhəmməd TÜRKMƏN

Baxış sayı
Ay ərzində: 27
Bütünlüklə: 2434