Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Partenofiliya - bakirə qızlara meyl   |   Savadlı ol ürəyin ağrımasın   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Körpələrin ağlaması onlara xeyirdir   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Peşənə bax, ölümünü bil!   |   Yuxusuzluq kökəldir   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Qadınlar, qəhvə için!   |   Uzunömürlülüyün sirri almadadır   |   Oturaq iş qadınları qocaldır   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Autizm dünyanın sonu deyil   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Ana südü xərçəngə qarşı   |   Şokolad qan təzyiqini azaldır   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Piylənmə və artıq çəki problemi   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Zəmanə qadınları...   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Sevgi ürəyə xeyirdir   |   Uşaqları öpməyin!   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Boşanma kişilərə də təsir edir   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Yemiş stressin dərmanıdır   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   İnsulini sprey əvəz edəcək   |   Sevgi qurban tələb edir   |   Çox gülən qadınlar tez kökəlir   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   
Limfoqranulomatoz

Limfoma termini altında fərqli gedişə və proqnoza malik müxtəlif bədxassəli törəmələr birləşdirilir. Limfomalar iki əsas böyük qrupa bülünür:  Hodgkin və Qeyri-Hodgkin Limfoması. Rast gəlinən bədxassəli limfomaların 15%-ni Hodgkin Limfomaları təşkil edir. Hodgkin lomfoması limfa düyünlərində, dalaqda. qaraciyərdə və sümük iliyində olan lifatik toxumanın bədxassəli prosesi, başqa sözlə, xərçəngidir. Bu xəstəlik ilk dəfə 1832-ci ildə Tomas Hodgkin tərəfindən təsvir edilmiş və ona görə də onun adını daşıyır.

Bu xəstəliyə 15-35 və 50-70 yaşında insanlar arasında daha çox rast gəlinir. Hodgkin limfoması Avropa və Şimali Amerikada daha geniş yayılmışdır. 2002-ci ildə dünyada 62.000 Hodgkin limfomasından əziyyət çəkən xəstə qeydə alınmışdır. Hodgkin lifoması ilə olan xəstələrin 5 illik yaşam dövrü xəstəliyin I və II mərhələsində 90%, III mərhələsində 84%, IV mərhələsində isə 65%-dir.

Xəstəlik əsasən nəməlum səbəbdən limfa düyününün böyüməsi ilə başlayır. Sonradan xəstəlik ağciyərlərə, qaraciyərə və sümük iliyinə qədər yayıla bilir.

 

Əsas əlamətləri

Xəstəliyin əsas əlamətləri aşağıdakılardır:
  - Boyunda, qoltuqaltında və qasıq nahiyəsində limfa düyünlərinin ağrısız böyüməsi
  - Ümumi zəiflik
  - Hərarət və üşütmə 
  - Gecə tərləməsi
  - Arıqlama
  - İştahanın itməsi
  - Ümumi qaşınma

 

Əlavə əlamətlər
  - Güclü tərləmə
  - Dərinin qızarması və sulanması
  - Boyunda ağrı
  - Saçın tğkülməsi
  - Flank ağrılar
  - Clubbing of the fingers or toes
  - Splenomeqaliya

 

Səbəbləri

Hodgkin lomfomasının səbəbləri bu gün elmə məlum deyil. Bəzi elmi mərkəzlər xəstəliyin yaranmasında “Epstein-Barr-Virus“unun (EBV) rolunun ola biləcəyi qənaətindədir. Çünki xəstələrin 50%-ində EBV təyin edilir. Qəribədir ki, AİDS xəstələrində Hodgkin lomfoması hallarında EBV 100% hallarda rast gılinir. Bunula yanaşı, HİV daşıyıcıları arasında Hodgkin limfoması daha çox rast gəlinir nəinki HİV infeksiyası olmayanlarda.

Müayınə və testlər
  - Limfa düyününün biopsiyası
  - Sümük iliyinin biopsiyası
  - Şübhə törədən toxumaların biopsiyası
  - Reed-Sternberg hüceyrələrinin bioptatda təyini
  - Döş qəfəsi, qarın və çanaq orqanlarının Kompüter tomoqrafiyası
  - Döş qəfəsi, qarın və çanaq orqanlarının maqnit rezonans tomoqrafiyası
  - Qanın biokimyəvi analizi (Ferritin, ACE, Cryoglobulin)
  - PET (Positron Emission Tomography) skanlama
  - Peritoneal mayenin analizi
  - Mediastinoskopiya

 

Müalicəsi

Müalicə planını müəyyən emə üçün xəstəliyin hansı mərhələlərinin olmasını bilmək lazimdır. Hodgkin limfomasının aşağıdakı mərhələləri mövcuddur:
  - I mərhələdə yalnız bir böyümüş limfa düyünü regionu müəyyən edilir (məsələn, boyun)
  - II mərhələdə diafraqmanın bir tərəfində iki böyümüş limfa düyünü regionu əhatə olunur (məsələn boyunun hər iki tərəfi)
  - III mərhələdə diafraqmanın hər iki tərəfində böyümüş limfa düyünü regionu əhatə olunur (məsələn, qasiq və qoltuqaltı limfa düyünləri)
  - IV mərhələdə xərçəngin yayılması limfa düyünlərindən kənara çıxır (məsələn, sümük iliyi, ağciyərlər və ya qaraciyər)
I və II mərhələdə yerli radioterapiyadan, kimyaterapiyadan və ya hər ikisinin kombinasiyasından istifadə edilə bilər.  III və IV  mərhələdə əsasən yalnız kimyaterapiya ilə müalicə olunur. Bu mərhələdə bəzən radioterapiya və kimyaterapiya kombinasiya şəkilində istifadə olunur. İndividual xəstə üçün müalicə taktikası fərqli ola bilər.

Kimyaterapiya qan formulasında dəyişiklik əmələ gətirə bilər ki, bu da qanaxma, infeksiya və anemiya riskini artırır. Bu hallarda müalicə həkimi müalicə taktikasına münasib əlavə və dəyişikliklər edir.

 

Proqnoz

I və II mərhələ Hodgkin lomfoması xəstələrində 80% hallarda müalicə ən azı 10 il effekt verir.  III və IV  mərhələ  Hodgkin lomfoması xəstələrində müalicə 60% hallarda 5 illik effekt verir.

 

Mümükün ağırlaşmalar

Hodgkin limfomasının aşağıdakı ağırlaşmaları mümkündür:
  - Digər xərçəngin inkişafı
  - Ağciyər problemlərinin meydana çıxması
  - Qaraciyər çatışmazlığı
  - Radio- və kimya  terapiyanın əks təsirləri
  - Sonsuzluq

Baxış sayı
Ay ərzində: 57
Bütünlüklə: 3319