Linza seçərkən diqqətli olun   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Portağal sümüyü bərkidir   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Xərçəng yox olmaq üzrədir…   |   Ramazan ayında necə qidalanmalı?   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Yuxusuzluq kökəldir   |   Kişilərin futbol sevgisi   |   Uşaqları öpməyin!   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Almanı qabıqlı yeyin   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Enli budlar sağlam ürəyə işarədir   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Qadınlar daha ağıllıdır   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Tənhalıq xərçəngə səbəb olur   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Qadınlar, qəhvə için!   |   Təzyiq altında yaşamayın   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Autizm dünyanın sonu deyil   |   Balığın sağlamlığınıza faydaları   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Gəzinti ən yaxşı idmandır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   İnsulini sprey əvəz edəcək   |   İdman depressiyanın dərmanıdır   |   Suyu az içmək beyni qocaldır   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Xərçəngi insan yaradıb?   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Depressiya görməni zəiflədir   |   Tüstüsüz siqaret kəşf edildi   |   
Leykemiya

Leykemiya digər xərçəng növlərinə, məsələn, süd vəzisinin xərçəngi, prostat xərçəngi, bağırsaq xərçəngi nisbətən az rast gəlinir. Bu müasir müalicə üsulları sayəsində bir çox hallarda müalicəsi mümkün olan xəstəlikdir. Leykemiya sümük iliyində tam yetişməmiş və funksional cəhətdən qeyri aktiv leykositlərin həddindən artıq çoxalması ilə müşahidə olunur. Bu isə öz növbəsində normal qanyaranma mexanizminin pozulmasına və nəticədə qanda sağlam leykositlərin, eləcə də sağlam eritrositlərin, trombositlərin defisitinə gətirib çıxarır. Diaqnoz qanın müayinəsinə əsasən qoyulur. Daha dəqiq diaqnoz qoyulması üçün isə sümük iliyindən biopsiya alınması mütləqdir.

Leykemiya qanyaradıcı sistemin xərçəng xəstəliyi olub aşağıdakı simptomlara gətirib çıxarır:
- yorğunluq;
- solğun dəri;
- infeksiyalara qarşı həssaslığın artması;
- qanama.
Xəstəliyin 4 forması vardır:
- Kəskin Limfatik Leykemiya(KLL): Əksər hallarda uşaqlarda rast gəlinir. Bu formada əsasən beyin və beyin qişaları zədələnir. Buna görə də nevroloji, məsələn, iflic kimi simptomlara səbəb olur. Müalicə üsulu olaraq Kimyəvi Terapiya sərbəst və bəzi hallardan Şua Terapiyası ilə kombinəolunmuş şəkildə istifadə edilir. Uşaq yaşlarında olan xəstələrin 80%-ində həkimlər tam müalicəyə nail ola bilirlər.
- Kəskin Mieloid Leykemiya(KML): KML natamam mieloid hüceyrələr hesabına yaranır. Mieloid hüceyrələr eritrositlərin məlum kök hüceyrələridir. KML həmçinin degenerativ(zədələnmiş) eritrositlərdən də əmələ gələ bilər ki, bu da Eritroleykemiya adlanır. Kəskin Mieloid Leykemiyaya əsasən gənc yaşlarda xəstələrdə(orta hesabla kişilərdə 42%, qadınlarda 58%) rast gəlinir.
- Xroniki Mieloid Leykemiya(XML): Bu formada fəal granulositlərin sayı kəskin olaraq artır(granulositlər ağ qan hüceyrələrinin bir yarimtipidirlər). Sırada isə Blast Krizi adlanan mərhələ gəlir. Artıq burada külli miqdarda formalaşmamış və funksional qabiliyyəti olmayan Granulositlər-ilk etap(blastlar) hazırlanır. Əmələ gəlmiş anormal hüceyrələr qan axınına daxil olur. Daha sonra qaraciyər və dalağa gətirilərək depolaşırlar, bu isə həmin orqanların ödeminə səbəb olur. Xəstəliyin bu formasının əsas göstəricisi Filadelfiya Simptomu deyilən genetik pozğunluqdur ki, bu da xəstəlikdən əziyyət çəkənlərin təqribən 90%-ində özünü biruzə verir.
- Xroniki Limfatik Leykemiya(XLL): Ədəbiyyatda bu formaya "Non-Hodgkin Lipoması" adı altında da rast gəlinir. Xroniki Limfatik Leykemiya əsasən yaşlı şəxslərdə aşkar olunur. Qanda, sümük iliyində, limfa vəzilərində, qaraciyərdə və dalaqda B-Limfositlər toplanır. Normal, yəni, sağlam vəziyyətdə B-Limfositlər Anticisim hazırlanmasında iştirak edən ağ qan hüceyrələridir və bu səbəbdən immun sistemin vacib tərkib hissəsi hesab olunurlar. Lakin Xroniki Limfatik Leykemiya zamanı onlar toxunulmaz və qeyri funksional vəziyyətə gətirilirlər. Bu obrazla xəstəlikdən əziyyət çəkən insanların immun sistemi ciddi şəkildə zəifləyir.

Qan Xərçəngi ilk növbədə Kimya terapiyası və Sümük İliyi Trasplantasiyası ilə müalicə edilir. Müalicədən sonrakı vaxt ərzində isə xəstənin vəziyyəti təbii ki, yaxşılaşır və sonralar o vaxtı-vaxtında həkimin nəzarətində olmalıdır.

Baxış sayı
Ay ərzində: 17
Bütünlüklə: 823