Ana bətnində 4 gün donduruldu   |   Su filtrindən süzülən xəstəlik   |   Depressiya görməni zəiflədir   |   Kola spermanın tərkibini korlayır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Kök kişilər daha sədaqətlidir   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Müasir xanımlar çox yaşayır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Zəmanə qadınları...   |   Güclü cinsin zəif tərəfləri   |   Nikah gecəsinin sirləri   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Saqqız çeynəməyin faydaları   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Suyu az içmək beyni qocaldır   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Uzunömürlülüyün sirri   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   İnternet qocalmanı sürətləndirir   |   Yuxusuzluq kökəldir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Portağal sümüyü bərkidir   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Uzunömürlülüyün sirri almadadır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Qaradərili insanlar daha sakit olurlar   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Çox oturmağın zərərləri   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Sonsuzluq – miflər və faktlar   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Almanı qabıqlı yeyin   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   
Artiq çəki artiq dərddirmi?

Artiq çəki nədir
Artiq çəki - yaxın dövrlərə qədər qüvvət, sağlamlıq və varlılıq əlaməti hesab edildiyi halda, günümüzdə müalicə edilməsi vacib olan bir xəstəlikdir. Hətta 30-40 il öncəsinə qədər cəmiyyətə “gözəl, normal” kimi təqdim edilən qadınlar, kişilər günümüzdə “artıq çəkili” hesab edilənlərdir. Bu hal atalar sözlərimizə belə təsir etmiş, bizdən qabaqkı nəsillər “bir parça ət, min ayıbı örtər” demişlər.
Artıq çəki - qarın tipli və ya göbək tipli olarsa, ürək- damar xəstəlikləri riski daha çoxdur. Buna görə də, bel çevrəsi əsas göstəricilərdən biridir və normada kişilərdə 94, qadınlarda isə 80 sm-dən az olmalıdır (İDF).
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ildən-ilə dünyada artıq çəki və piylənmənin sürətlə artdığını qeyd edir ki, bu da çox ciddi haldır. Azərbaycanda isə kişilərin 50, qadınların isə 60%-də artıq çəki problemi var.

 

Artıq çəkinin səbəb olduğu xəstəliklər
Hazırki dövrdə artıq çəki və piylənmənin; infarkt, yüksək qan təzyiqi, iflic, şəkər xəstəliyi, süd vəzi, uşaqlıq, prostat və yoğun bağırsaq xərçəngi, varikoz, apnoe – yuxuda nəfəsin dayanması, hipoksiya, çətin doğuş, yumurtalıqların polikistozu – PKOS, depressiya, yırtıqlar, artrit kimi xəstəliklər üçün çox mühüm risk faktoru olduğu sübut edilmişdir.

 

Alış-veriş zamanı tövsiyələr

Ərzaq məhsullarını almağa acqarına getməmək

Alınacaq şeylərin siyahısını əvvəlcədən hazırlamaq

Siyahıdakı mallara yetəcək qədər pul götürmək

Yeyilmək üçün hazır vəziyyətdə olan ərzaqları almamaq

2 qidadan daha az kalorili olanını seçmək

Ərzaqlar barədə olan televiziya proqramlarına və ya reklamlara baxmamaq

 

Yeməklə əlaqədar bəzi tövsiyələr

Yeyilə bilən şeyləri göz qabağında saxlamamaq

Mətbəxdə çox vaxt keçirməmək, işi bitincə, uzaqlaşmaq

Yeməməsi gərəkən qidaları evdə saxlamamaq

Çömçə, iri xörək qaşığı və s. kimi köməkçi vasitələrin kiçik olmasına diqqət etmək

Yeməklə dolu qazanı və ya tavanı süfrəyə qoymamaq

Yemək bitən kimi masadan qalxmaq

Boşqabda yemək saxlamaqdan çəkinməmək, qalanını o biri öyünə saxlamaq

Tikələri yaxşıca və aramla çeynəyərək dadını hiss etməyə çalışmaq

Loxmalar arası zamanda çəngəl-qaşığı yerə qoymaq

Yemək vaxtı başqa işlə məşgul olmamaq (televizora baxmaq, kitab oxumaq və s.)

Təkrar qoya biləcəyini düşünərək boşqabına ilk dəfədə az yemək qoymaq

Alkoqol, dadlı sous və ədviyyatlardan qaçmağa çalışmaq

 

Dietoloqa sual ver

Dr. Səlim Əhədov

Endokrinoloq-dietoloq
 

Baxış sayı
Ay ərzində: 23
Bütünlüklə: 2019